Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan diasporundan böyük töhfə...

Image


Müasir beynəlxalq münasibətlər kontekstində hadisələrin inkişafının qloballaşması, milli sərhədlərin silinməsi, hətta insanların dünyagörüşünün və həyat tərzinin yeni standartlar üzrə formalaşması prosesi özünü getdikcə daha qabarıq formada büruzə verir.

Eyni zamanda dövlətlər və regionlar ideyaların, kapitalın, mal və məhsulların, texnologiyaların axını üçün daha açıq və əlçatan olur. Təsadüfi deyil ki, qloballaşmanı informasiyanın, pulun, insanların, digər maddi və qeyri-maddi obyektlərin dövlət sərhədlərindən hərəkəti kimi də qəbul edir. Nəticə etibarı ilə  dövlətlər arasında ənənəvi ikitərəfli və çoxtərəfli əlaqələr yeni xarakter alır.  Bunun əsasında beynəlxalq münasibətlərin yeni aparıcı subyektləri də meydana çıxır. Onların dünyada rolu daim və durmadan artır. Söhbət diaspordan gedir.

  • Diasporumuzun təşkilatlanma prosesi yeni vüsət alır

Bu gün beynəlxalq münasibətlər sahəsində aparıcı subyektlər dedikdə, hadisələrin gedişində müəyyən rol oynamağa, təsir göstərməyə qadir olan hər hansı bir orqan, təşkilat, qrup, hətta konkret fərd başa düşülür. Başqa sözlə, hər hansı bir sosial icma və ya fərd öz qərarlarını qəbul etməkdə müəyyən dərəcədə muxtariyyətə, beynəlxalq münasibətlərə müəyyən təsir gücünə malik olduqda, onların hərəkətləri və ya niyyətləri başqaları tərəfindən nəzərə alındiqda beynəlxalq müstəvidə aparıcı subyekt kimi çıxış edə bilər. Məsələyə bu prizmadan yanaşdıqda diaspor daha çox diqqət cəlb edir.

Diasporlar həmişə mövcud olub, lakin bu gün dünyanın qloballaşması fonunda bu qüvvələrə ictimai-siyasi, etnomədəni proses kimi maraq hədsiz dərəcədə artıb. Bu da təsadüfi deyil və miqrasiya prosesinin aktivləşməsi ilə bağlıdır. Məlumdur ki, iqtisadi və siyasi qloballaşma şəraitində miqrasiya prosesləri müasir beynəlxalq münasibətlər sisteminin formalaşmasında mühüm rol oynamağa başlayıb. Miqrasiya prosesləri ölkələrin böyük əksəriyyətini əhatə edir və qloballaşma prosesinin ən mühüm hissəsi kimi özünü göstərir. Son onillikdə əhalinin beynəlxalq hərəkatının intensivləşməsinin nəticəsi ondan ibarət oldu ki, müasir dünya əsasən Qərbi Avropada təkcə milli dövlətlərdən ibarət deyil, həm də çoxmillətli,  rəngarəng diasporalara malik konfessional dövlətlər formalaşıb. Bu baxımdan diasporların artan rolu və nüfuzu beynəlxalq aləmdə son dərəcə mühüm hadisədir. Diaspor fenomeni təkcə miqrasiya ilə deyil. Vahid mədəni məkana malik olmayan, əksər hallarda mədəni, sosial, iqtisadi təsirlərə qarşı immunitetə ​​malik insanların köçü fonunda da diaspor formalaşır. Azərbaycan diasporu ilə bağlı elə bu məqam getdikcə özünü daha qabarıq büruzə verir. Ancaq burada o da nəzərə alınır ki, tarixi vətənlərindən kənarda yaşayan, mənsub olduğu xalqın bir hissəsini təmsil edən diaspor hansısa formada ev sahibi cəmiyyətin həyatında iştirak edir və transmilli miqyasda hadisələrə təsir edir. Bu mənada diaspor amili dövlətçiliyimizin inkişafı və Azərbaycanın dünyadakı nüfuzunun, təsir imkanlarının artması yönündə mühüm əhəmiyyətə malikdir. Qeyri-rəsmi statistikaya görə bu gün dünya üzrə sayı 60 milyona çatan azərbaycanlıların qitələr üzrə yayılma arealı genişlənib və təşkilatlanma prosesi buna uyğun olaraq reallaşır. İndi diasporun aktiv təşkilatlanması prosesi özünü qabarıq büruzə verir. Nəticədə diasporun fəaliyyət göstərdiyi ölkədə hadisələrə təsir imkanları da artır. Bu da sonda Azərbaycanın beynəlxalq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verir.

  • Dövlət diaspor faktına daim xüsusi diqqət edir

Azərbaycan dövlət olaraq da diaspor faktına xüsusi diqqət edir, bu istiqamətdə nəticəyə hesablanan əməli addımlar atır. Məsələn, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun İsrailə son səfəri bu müstəvidə dəyərləndirilə bilər.

Səfər çərçivəsində o, İsraildəki Azərbaycanla icma üzvləri ilə yanaşı, bu ölkənin n diaspor işləri üzrə naziri Naxman Şayla görüşüb. DİDK-in məlumatına görə, görüşdə əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb. Azərbaycanda yəhudi icmasının, İsraildə isə Azərbaycan diasporunun fəaliyyəti yüksək qiymətləndirilib. Ölkəmizdən dünyanın müxtəlif dövlətlərinə köçmüş yəhudilərin həm də Azərbaycan icması olaraq birgə layihələrə cəlb edilməsi istiqamətində addımlar atılmasının vacibliyi diqqətə çatdırılıb. Təbii ki, birgə addımlar Azərbaycanla İsrailin etibarlı tərəfdaş olduqlarını göstərməklə yanaşı, onların dünyada mövelərinin daha da güclənməsinə gətirib çıxaracaq. Azərbaycan digər dost və tərəfdaş ölkələrlə də münasibətdə eyni addımlar atır. Bu da onunla nəticələnir ki, Azərbaycan diasporunun mütəşəkkilliyi daha da gücləndir, qeyd edilən məqsədlə yeni yanaşmalar tətbiq edilir. Ölkəmiz nəzərə alır ki, diaspor xalqların yaxınlaşması, anlaşması, ölkələrarası münasibətlərin qurulması və dövlətlərarası əməkdaşlığın inkişafında mühüm amildir. Burada onu da xatırladaq ki, regional olaraq diaspor təşkilatları Xaricdəki Azərbaycanlıların Koordinasiya şuraları adı altında birləşdirilib. Qeyd edək ki, indi dünyanın 33 ölkəsini əhatə edən 130 diaspor təşkilatını özündə birləşdirən 14 Koordinasiya Şurası fəaliyyət göstərir. Onların əsas hədəfi diaspor fəaliyyətini gücləndirmək, lobbiçiliyi təşviq etmək və vətəndaş cəmiyyəti olaraq beynəlxalq təşkilatlara təsir imkanlarını gücləndirməkdir. Hazırda Azərbaycanın dinamik inkişafı, uğurlu daxili və xarici siyasət, regional və beynəlxalq əməkdaşlıq manevrləri, həyata keçirilən transmilli layihələr ölkəmizin xarici tərəfdaşlarının  sayının artması ilə müşayiət edilir.  Bu fonda Azərbaycan diasporunun da təşkilatlanma imkanları daha asan reallaşır. Nəticə etibarı ilə Azərbaycan diasporunun nüfuz və mövqeyi də güclənir. Bu da sonda Azərbaycanın dinamik inkişafına,  dünyada daha böyük nüfuz sahibinə çevrilməsinə gətirib çıxarır.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ