Cümə günü, 13 noyabr 2026
     

Sülh sazişi üzrə XİN-lərin görüşü niyə gecikdirilir - Moskva sərhəd görüşündən də xəbər yoxdur...

Image


Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması ilə əlaqədar iki ölkənin xarici işlər nazirləri görüşməli idi. Ancaq hələ də belə görüşün keçirilməsindən səs-soraq yoxdu. Bundan başqa, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ilk görüşü mayın 24-də keçirilib.

Belə ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Arazdəyən (Vedi rayonunun Arazdəyən kəndi) istiqamətində sərhəd xəttində görüş keçirib. Tərəflər delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər. Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib. Tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.

Ancaq nədənsə, sərhədin delimitasiyası üzrə Komissiyanın ikinci iclası o vaxtdan gecikir. Baxmayaraq ki, bir neçə dəfə ikinici görüşün keçiriləcəyi anons edilib. Sonuncu dəfə, yəni iyunun 22-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dedi ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə Komissiyanın ikinci iclası yaxın vaxtlarda Moskvada keçiriləcək. Onun sözlərinə görə, Rusiya mayın 24-də tərəflərin razılaşdırdığı delimitasiya komissiyasının ikinci iclasını Moskvada keçirməyə çox yaxın vaxtlarda hazırdır. Buna baxmayaraq, hələ də sözügedən görüş baş tutmur.

Maraqlıdır, delimitasiya üzrə Azərbaycan və Ermənistan sərhəd Komissiyasının ikinci Moskva görüşü niyə gecikir?

  • “Moskva görüşünün baş tutmamasının səbəbi Ermənistan rəhbərliyinin təxribatçı açıqlamalarından irəli gəlir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev iclasın gecikməsini bir sıra amillərlə əlaqələndirdi: “Bildiyimiz kimi, Azərbaycanın Ermənistanla sərhədlərin delimitasiyası prosesində, Rusiyanın vasitəçiliyi də daxil, üçtərəfli işçi qrup fəaliyyət göstərir . Hazırkı dövrə qədər bir neçə dəfə müzakirələr aparılsa da, eləcə də görüş keçirilsə də biz Ermənistan tərəfinin açıq-aşkar sözügedən prosesi gecikdirdiyinin və zaman-zaman erməni rəsmi hökumət nümayəndələrinin hələ də ərazilərimizə iddialı münasibət nümayiş etdirdiklərinin şahidi oluruq. Söz yox ki, belə olan halda Azərbaycan tərəfi haqlı olaraq rəsmi İrəvanın qəbul edilmiş prinsiplərə riayət etmədiyini bəyan edir və söz yox ki, məsələ yalnız bəyanatlarla başa çatmır. Ermənistanın baş naziri növbəti sərsəm bəyanatını səsləndirərək iddia edib ki, Azərbaycan Ermənistanla yeni müharibəyə başlaması üçün legitim yollar axtarır. Əslində, Nikol Paşinyan birdəfəlik anlamalıdır ki, onun ölkəsi 44 günlük müharibədə uduzmuş tərəfdir və ölkəsi adından kapitulyasiya sənədinə imza atan da odur. Həmin sənəddə hər şey tam açıq şəkildə ifadə olunub və Ermənistan üzərinə götürdüyü bütün öhdəliklərinə əməl etməyə borcludur. Əgər bunları həyata keçirməzsə, əlbəttə ki, rəsmi Bakı qalib tərəf olması ilə yanaşı, həm də haqlı tərəf olaraq rəsmi İrəvana qarşı təzyiq və təsir dili ilə danışmağı məqbul hesab edəcək”

B.Quliyevin fikrincə, Ermənistan indiyə qədər üçtərəfli bəyanatda qəbul edilmiş iki əsas bəndlərə ümumiyyətlə əməl etməyib: “Onlardan biri qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasını tələb edən 4-cü, digəri isə Zəngəzur dəhlizinin blokadadan çıxarılması, habelə sərhədlərin delimitasiyasını əks etdirən 9-cu bənddir. 2020-ci ilin 10 noyabr tarixindən 1,6 ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistan bu bəndlərin heç birinə əməl etməyib. Sual edilə bilər ki, Azərbaycanın Ermənistana təzyiq etməkdən başqa hansı çarəsi ola bilər? Hazırkı dövrə qədər Moskva və Brüssel görüşlərində əldə edilmiş razılıqları da buraya əlavə etsək, Bakının hələ də nə qədər böyük səbrə malik olduğunu bir daha vurğulaya bilərik. Gözlənilən Moskva görüşünün baş tutmamasının səbəbi Ermənistan rəhbərliyinin təxribatçı açıqlamalarından irəli gəlir. Paşinyanın Azərbaycanın həmin görüşdən imtina etməsi ilə bağlı səsləndirdiyi fikirlərini analiz etməklə biz belə bir nəticə hasil edə bilərik: Azərbaycan artıq təzyiq rıçaqlarını işə salıb və Prezident İlham Əliyevin Laçında yeni komando birliyinin açılışı zamanı irəli sürdüyü önəmli bəyanatı da buna əsaslanır. Dövlət başçısı xüsusilə vurğuladı ki, Ermənistan regionda sülh prosesinin yaranmasına əngəllər yaratmaqda davam edərsə, vaxtı uzatmağa cəhdlər göstərərsə lazımi cavabını alacaq və dəmir yumruq da yerindədir. İndi qalır İrəvanın bu bəyanatdan nəticə çıxarması və özünü yığışdıraraq üzərinə düşdüyü vəzifələri icra etməsi. Əks halda, elə son vaxtlar erməni mediasının da iddia etdiyi kimi, Azərbaycan Ermənistana qarşı yeni və 2020-ci ilin payızından da dəhşətli müharibəyə başlaya bilər. Və burada söhbət yalnız Qarabağın separatçı tör-töküntülərdən tamamilə təmizlənməsi məsələsi dayanmır. Bu həmçinin tarixi Qərbi Azərbaycan torpaqları və oraya dönməyə haqları olan soydaşlarımızla bağlıdır. Necə deyərlər, zaman dayanmır və vaxt da daralır. Ermənistan tərəfi İlham Əliyevin bəyanatlarından nəticə çıxarmalıdır”.

Bu baxımdan politoloq hesab edir ki, yaxşı olardı erməni tərəfi bu reallıqları dərk etsin.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ