Bazar günü günü, 20 sentyabr 2026
     

Rusiya daha bir postsovet ölkəsinə hücuma hazırlaşır...

Image


Rusiya və Litva arasında münasibətlər getdikcə daha kəskin xarakter almağa başlayır. Buna səbəb Litvanın ərazisindən Kalininqrad vilayətinə və əksinə məhsul daşınmasına qoyduğu qadağaları geri götürməməsidir.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev qeyd edir ki, Kalininqrad vilayətinə malların tranzitinə qoyulan qadağaya Kremlin reaksiyası çox sərt olacaq: “Onların əhəmiyyətli bir hissəsi iqtisadi xarakter daşıyır və Baltikyanı qonşular üçün “oksigeni bağlamağa qadirdir”. Təbii ki, Rusiya cavab tədbirləri görəcək və onlar çox sərt olacaq”. Medvedyevin sözlərinə görə, imkanların əhəmiyyətli hissəsi iqtisadi xarakter daşıyır. O bildirib ki, həmçinin, Moskva münaqişənin kritik eskalasiyasına səbəb olacaq asimmetrik tədbirlər tətbiq edə bilər: “Belə bir eskalasiya pis seçimdir və Baltikyanı ölkələr, o cümlədən Litva bundan əziyyət çəkir. O ölkələrdə həyat səviyyəsi onsuz da çox yaxşı deyil. Avropa standartlarına görə isə, Litvanın adi vətəndaşları sadəcə dilənçilikdədirlər. Litva siyasətçiləri rəğbət qazanmağa cəhd edir, vətəndaşlar isə bu absurd teatrında birtəhər sağ qalmağa çalışırlar. Lakin hər ikisi getdikcə bunun öhdəsindən daha pis gəlir”. Xatırladaq ki, Avropa İttifaqı aprelin əvvəlində Rusiya Federasiyasında qeydiyyatdan keçmiş yük maşınlarının Avropa ölkələrinə buraxılmasını dayandırıb. Bununla belə, Kalininqrad vilayətinə malların tranziti istisna edilib. Hazırda Litvanın elan etdiyi qadağa Avropa İttifaqı sanksiyalarına məruz qalan malların bütün yük tranzitinə şamil edilir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Litva belə bir qərar qəbul edərək aqressiv hərəkət edir və qeyri-dost xətlərdən kənara çıxıb. Avropa İttifaqının Rusiyadakı səfiri Markus Ederer tranzit məhdudiyyətlərinə görə Xarici İşlər Nazirliyinə çağırılıb. Söhbət zamanı Rusiya tərəfi dərhal Kalininqrad tranzitini bərpa etməyi tələb edib, əks halda cavab tədbirləri görüləcəyi bildirilib. Litvanın Moskvadakı müvəqqəti işlər vəkili Virciniya Umbrasenedə Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirin XİN-ə çağırılmasının səbəbi Vilnüsün Rusiyaya xəbərdarlıq etmədən Litva ərazisindən Kalininqrada dəmir yolu vasitəsilə yüklərin daşınmasına qadağa qoymasıdır. XİN-dən bildirilib ki, yaxın günlərdə yük daşınması tam bərpa edilməzsə, Rusiya milli maraqlarını qorumaq üçün müəyyən tədbirlər görəcək. Litva hakimiyyəti tranzit sazişinin pozulmasını inkar edir və yalnız Aİ sanksiyalarına əməl etdiklərini iddia edir. Ölkənin prezidenti Gitanas Nauseda bildirib ki, Vilnüs Kalininqrad vilayətinə yüklərin tranziti məsələsində Rusiyaya güzəştə getməyəcək. Belarus prezidenti Aleksandr Lukaşenko isə Litvanın Kalininqrada tranzit qadağasının müharibə elan etməyə bənzədiyini bildirib. O, bu ölkənin hərəkətlərini qəbuledilməz adlandırıb.

Ukrayna Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko bildirir ki, son cavab tədbiri olaraq Rusiya Litvaya hücuma keçə bilər: “Onlar Rusiya ərazisindən və Belarusdan sürətli hücum edə biləcəklər, NATO isə öz mövqelərini təhvil verəcək. Onların planı belədir. Dəfələrlə bu plan təsvir edilib, hətta bir britaniyalı general belə Rusiyanın Baltikyanı ölkələrə qarşı mümkün hücumu haqqında kitab yazıb”. Musienko qeyd edib ki, Rusiya Belarus və Kalininqrad arasında yerləşən Suvalki dəhlizini bağlaya və Litvanın Polşa ilə əlaqəsini kəsə bilər. Məhşur “Politiko” nəşri də qeyd edir ki, Suvalki dəhlizi hipotetik olaraq ən təhlükəli ərazidir. Məhz bu dəhliz NATO və Rusiyanın toqquşacağı məkan ola bilər: “Litvanın cənub-şərq sərhədində yerləşən Druskininkaya şəhəri “Suvalki boşluğu” kimi tanınan dar bir strateji əraziyə baxır. Qərb hərbi planlaşdırıcıları xəbərdarlıq edirlər ki, Rusiya prezidenti nə vaxtsa münaqişəni qızışdırmaq qərarına gəlsə, bu ərazi ilk hədəflərindən biri olacaq”. Ehtimal olunur ki, Moskva Kalininqrada quru dəhlizi yaratmağa cəhd edə bilər: “Bu isə nüvə silahından istifadə etməklə dövlətlərin genişmiqyaslı müharibəsinə təkan olacaq”. Qeyd edək ki, uzunluğu təxminən 100 kilometr olan Suvalki dəhlizinin adını 2015-ci ildə Estoniyanın keçmiş prezidenti Tomas Hendrik İlves verib. Onun fikrincə, bu bölgə ona görə çox təhlükəlidir ki, Rusiya tərəfindən ələ keçiriləcəyi təqdirdə Baltikyanı ölkələrlə əlaqə kəsiləcək. Ukraynanın Ordu Tədqiqatları, Konversiya və Silahsızlaşdırma Mərkəzinin eksperti Mixail Samus isə iddia edir ki, Avropa üçüncü dünya müharibəsindən qaçmaq üçün Litvanın bir hissəsini qurban verə bilər. Onun sözlərinə görə, Rusiya Suvalki dəhlizini () işğal etmək üçün Litvaya hücum etmək qərarına gələ bilər: “Rusiya və Belarus “Qərb” təlimləri zamanı dəfələrlə Suvalki dəhlizinin tutulmasını işləyib hazırlayıblar. Belə bir hücum olarsa, NATO ölkələri mövqe tuta bilər ki, gəlin Litvanın bir hissəsini qurban verək, Rusiyaya dəhliz ayıraq və üçüncü dünya müharibəsinin eskalasiyasına imkan verməyək”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

20.09.2026 / 08:23
Tramp daha üç media qurumuna qarşı savaş açdı - CNN, MS NOW, Politico…

20.09.2026 / 07:54
Xəzərdə iki nəfər batıb - axtarışlar davam edir …

20.09.2026 / 07:40
Ağ Ev Moskva ilə iqtisadi əməkdaşlığı irəlilətmək niyyətindədir - müharibəyə son qoyulmasa da…

20.09.2026 / 07:24
“ Süni İntellektin Gücü” adlı qurum yaranır - Tramp anons etdi

20.09.2026 / 07:15
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

19.09.2026 / 22:15
Amerika kəşfiyyatının süni intellekt xətası ABŞ-Çin müharibəsinə səbəb olacaqdı – iki ölkə müharibənin bir addımlığından döndü…

19.09.2026 / 21:59
Qrenlandiya sazişi ilə bağlı əsl həqiqət ortaya çıxdı - Tramp adaya nəzarətin ABŞ-a keçdiyini iddia etmişdi…

19.09.2026 / 21:30
Ermənistan və ABŞ MN-ləri arasında protokol imzalandı

19.09.2026 / 21:08
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 20:43
Əski Şınıx-Başkənd yurdları uğrunda I Vətən müharibəsinin tarixi səhifələri...

19.09.2026 / 19:48
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir

19.09.2026 / 19:40
Yunus Oğuzun “Əmir Teymur və Qara Yusif – Son vəsiyyət” əsəri Türkiyədə çapdan çıxıb

19.09.2026 / 19:18
Rusiya Qara dənizdə Ukrayna tankeri və yük gəmisini vurdu

19.09.2026 / 18:30
Türk Dünyası Bəstəkarlar Birliyi yaradıldı - Bakı Bəyannaməsi imzalandı...

19.09.2026 / 18:06
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19.09.2026 / 17:20
Ermənistan şirkətlərinin Rusiyaya 770 milyon dollar borcu yaranıb – səbəb…

19.09.2026 / 16:48
Medvedev sanksiyalara cavab olaraq Rusiyadakı xarici aktivlərin müsadirə edilməsini təklif etdi...

19.09.2026 / 16:30
Ermənistan Rusiyada seçkiləri müşahidə edən KTMT missiyasına daxil edilmədi…

19.09.2026 / 16:09
Türkiyə İranın ən böyük özəl banklarından birinin lisenziyasını ləğv etdi – işdə ABŞ izi göründü...

19.09.2026 / 15:52
ABŞ İranla müharibə xərclərini açıqladı – azı 45 milyard dollar, hələ dəyən ziyanlar hesablanmır…

19.09.2026 / 15:14
Paşinyan bilsin ki, əgər Ermənistanda "o od bir də qalansa…" - Aydın QULİYEV yazır…

19.09.2026 / 14:30
“Formula 1”lə əlaqədar bu marşrutların hərəkət sxemi dəyişdirilir...

19.09.2026 / 14:11
Prezident neft sənayesi işçilərini təltif etdi

19.09.2026 / 14:05
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edildi

19.09.2026 / 13:42
Ombudsman erməniəsilli məhkumlarla bağlı iddiaları rədd etdi - heç bir əsası yoxdur...

19.09.2026 / 13:15
Tramp oğlunun toy xərclərini ödəyən rusiyalı oliqarxın pulunu qaytaracağını deyir…

19.09.2026 / 12:56
Tramp Rusiya neft-qaz alıcılarına 100 faiz tarif tətbiq edəcək - Çin və Hindistan hədəfdə…

19.09.2026 / 12:33
Tramp Azərbaycan-Ermənistan razılaşmasını 25 nailiyyəti siyahısına daxil etdi...

19.09.2026 / 12:08
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirildi

19.09.2026 / 11:22
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - VİDEO

19.09.2026 / 11:19
Husilər Səudiyyədə İtaliyanın Eurofighter F-2000 qırıcısını vurdu…

19.09.2026 / 10:25
Bir gündə 83 cinayətin üstü açıldı

19.09.2026 / 09:47
Tramp inanılmaz bir qərar verdi - CNN və daha iki kanalın Ağ Evə girməsini qadağan etdi…

19.09.2026 / 09:22
İranla müharibədə ölən ABŞ əsgərlərinin sayı rəsmi rəqəmlərdən daha çoxdur – İDDİA…

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ