Cümə günü, 13 noyabr 2026
     

Avrasiya İqtisadi İttifaqı ən zəif halqadan qırılır - Ermənistan...

Image


Kollektiv Qərbin Avrasiya İqtisadi İttifaqının (Aİİ) ayrı-ayrı dövlətlərinə təzyiqi güclənir, bu da  ittifaqın bütün üzvlərinə təsir edir. Bu cür addımlara isə yalnız birgə effektiv cavab vermək olar. Bunu Rusiyanın baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının Minskdə keçirilən genişləndirilmiş iclasında bildirib.

O etiraf edir ki, kollektiv Qərbin təzyiqi ittifaqın bütün üzvlərinə təsir edir: “Bizim iqtisadiyyatlarımız bir-biri ilə sıx bağlıdır, ona görə də biz qeyri-dost addımlara ancaq birlikdə effektiv şəkildə cavab verə bilərik".  Mişustin qeyd edib ki, hazırda əsas vəzifə sanksiyaların vətəndaşlara təsirini minimuma endirmək və makroiqtisadi sabitliyi gücləndirməkdir: “Avrasiya inteqrasiyasının daha da mütərəqqi inkişafını təmin etmək, yeni çətin geosiyasi reallıqda beynəlxalq iqtisadi sistemin qeyri-sabitliyinin nəticələrini birgə aradan qaldırmaq vacibdir”. Mişustin onu da vurğulayıb ki, Avrasiya İqtisadi İttifaqı ölkələri əsas ərzaq növləri ilə özlərini tam təmin edir və kənd təsərrüfatı istehsalçılarının maraqlarını qorumağa davam edəcəklər. O, ərzaq təhlükəsizliyini Aİİ-nin gündəliyinin mühüm mövzularından biri olduğunu bildirib: "Son illər göstərdi ki, istənilən şəraitdə sağlam rəqabət iqtisadiyyatın sabitliyi üçün böyük əhəmiyyət kəsb edir. Bu sahədə ümumi qaydalara riayət olunmasına nəzarəti davam etdirmək, rəqəmsal bazarlarda rəqabətin vəziyyətinin qiymətləndirilməsinə yeni yanaşmalar hazırlamaq lazımdır". Onun sözlərinə görə, Aİİ üzv ölkələri ittifaq çərçivəsində idxalın əvəzlənməsi üzrə işləri davam etdirməli, yüksək texnologiyalı məhsulların inkişafı və istehsalı üçün öz layihələrini həyata keçirməlidirlər: “Biz xarici tədarükdən asılılığı azaltmalı, tələb olunan məhsulların istehsalı üçün öz birgə innovativ layihələrimizə başlamalıyıq”. Mişustinin bu fikirlərinə baxmayaraq, Avrasiya İqtisadi İttifaqı ilə bağlı proqnozlar heç də nikbin deyil, hətta qurumun varlığına son qoyması da gözləniləndir. Məsələn, elə bu günlərdə Qazaxıstanın Avrasiya İqtisadi İttifaqından çıxacağına dair xəbərlər yayılıb. Səbəb kimi də Qazaxıstan və Rusiya arasında həll edilməmiş fikir ayrılıqları göstərilir. Bu arada qeyd edək ki, Peterburq İqtisadi Forumunda “Donetsk və Luqansk Xalq Respublikalarını” tanımaqdan açıq şəkildə imtina edən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hədəfə gəlib. Tokayev Vladimir Putinin çıxış etdiyi tədbirdə fəxri qonaq kürsüsündə olub. O, bəzi məsələlərdə Rusiya ilə fikir ayrılıqlarının olduğunu etiraf edib və buna misal olaraq Qazaxıstanın Ukraynadan “müstəqiliyini” elan etmiş “DXR və LXR”i tanımadıqlarını deyib, onları “kvazi-dövlət” adlandırıb. Bu fonda Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulin qeyd edib ki, Rusiyanın MDB, Avrasiya İttifaqı və KTMT-dəki tərəfdaşları öz öhdəliklərini “çox özünəməxsus” başa düşürlər və inteqrasiya proseslərinə “bufet” kimi yanaşırlar, siyasətdə yalnız öz xoşlarına gələni seçirlər: “Heç kim onlardan heç nə gözləmədikdə, heç olmasa susmaq olardı”.

Zatulin onu da xatırladıb ki, Qazaxıstanda “əhalisinin əksəriyyətinin ruslar olduğu” regionlar var ki, parlamentariyə görə, “Qazaxıstan” adlandırılan ərazi ilə “zəif əlaqəsi var”: “Biz hər yerdəyik, o cümlədən Ukraynaya münasibətdə deyirik: əgər bizim dostluğumuz, əməkdaşlığımız və tərəfdaşlığımız varsa, heç bir ərazi məsələsi gündəmə gəlmir. Əgər yoxsa, onda hər şey mümkündür. Ukraynada olduğu kimi”. Hesab edilir ki, Qazaxıstan və Rusiya arasında həll edilməmiş məsələlər dərinləşsə, birincinin Avrasiya İqtisadi İttifaqını tərk etməsi qaçılmaz olacaq. İndilikdə isə Qazaxıstan bu qurumu tərk etmək niyyətində olmadığını bildirir. Rus ekspert Stanislav Pritçin qeyd edir ki, məsələ təkcə Qazaxıstanla yekunlaşmır: “Vəziyyət asan deyil. Ukrayna böhranı və ardınca Qərbin Rusiyaya qarşı sanksiyaları bütün kartları ciddi şəkildə qarışdırdı. Gələcək planlarla bağlı suallar da var. Biz görürük ki, Avrasiya İqtisadi İttifaqındakı müttəfiqlər və Moskvanın tərəfdaşları Rusiya ilə əməkdaşlıqdan əldə etdikləri gəlirləri itirməkdənsə, Qərbin sanksiyalarından daha çox qorxurlar. Məsələn, 2025-ci ilə qədər Aİİ üzvləri birlik çərçivəsində beynəlxalq müqaviləyə və maliyyə xidmətləri üzrə protokola uyğun olaraq maliyyə bazarı sahəsində qanunvericiliklərini uyğunlaşdırmalıdırlar. Eyni zamanda, Almatıda maliyyə bazarını tənzimləyən dövlətlərüstü qurumun açılması nəzərdə tutulurdu. Bununla belə, Aİİ ölkələrinin artıq maliyyə sistemi Qərbin təzyiqi altındadır. Xüsusən də, Mərkəzi Asiya ölkələrində və Ermənistanda məsələyə münasibət dəyişib”. Hesab edilir ki, Avrasiya İqtisadi İttifaqında ən zəif halqalardan biri də elə Ermənistandır. Qərb təzyiqləri artdığı halda Ermənistan Avrasiya İqtisadi İttifaqını ilk tərk edənlərdən biri olacaq. Qırğızıstanda da inteqrasiya birliyindən çıxmaq mövzusu müzakirə olunur. Strateji Qərarların Tətbiqi Mərkəzinin direktoru Kubatbek Rahimov hesab edir ki,  bu halda ilk növbədə Rusiyada bir milyona qədər əmək miqrantı kimi fəaliyyət göstərən qırğızlar əziyyət çəkəcək: “Onların dörddə biri evə qayıtsa belə, bu, hökumət əleyhinə etirazlara zəmin yaradacaq. Qırğızıstanın Aİİ-dən çıxmasının mənfi nəticələri kimi aşağıdakıları da göstərmək olar: Rusiyanın yardımı və təsiri azalacaq. Bundan başqa, Qazaxıstanla gömrük münasibətlərinə yenidən baxılmalı, Gömrük İttifaqı ilə münasibətlər də yenilənməlidir. Bütün bunlar öz məhsullarının təkrar ixracından olan gəlirlərinin azalmasına səbəb olacaq”. Lakin qeyd edilənlərə baxmayaq, Qırğızıstanın Aİİ-dən çıxması ilə bağlı fikir və tələblər artır.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ