Bir zamanlar ölkəmizdə kimisə təhqir edəndə “erməni” deyirdilər və “erməni” jarqonu ən ağır təhqir ifadəsi hesab olunurdu. Xüsusən də bu ifadə illər əvvəl daha çox işlədilirdi. Zaman keçdikcə ermənilərin necə vəhşi bir toplum olduğu üzə çıxdı. Məsələ ondadır ki, onlar 90-cı illərdə Azərbaycan ərazilərini işğal edəndən sonra nəinki dinc insanlara, təbiətə belə divan tutdular.
Bununla belə, ümumiyyətlə ermənilər özləri də yaşadıqları mühitdə az qala hər kəsin onlara nifrət etdiyini bilirlər. Bilirlər və bunun üçün də işğalçı imperiyanın ətəyindən yapışırlar. Demək ki, problem onların kökündə və qanındadır. Çünki onlar istər düşmən, istərsə də dost olan hər kəslə eyni formada rəftar edirlər. Özlərindən başqa hamıya düşmən kimi baxırlar.
Bu arada maraqlıdır ki, Google axtarış sistemi erməniləri dünyanın ən alçaq xalqı kimi tanıyıb. Belə ki, sözügedən axtarış sisteminə rus dilində “camıy podlıy narod v mire” yazdıqda erməni xalqı və Ermənistan barədə məlumat gəlir. Eyni zamanda, Google-ə ingilis dilində dünyanın ən acıqlı ölkəsi (angriest country) yazdıqda da Ermənistan haqqında məlumat çıxır.
Maraqlıdır, ekspertlər bunun səbəbini nə ilə əlaqələndirir?
“Adamlar ermənilər barədə mənfi fikirlərini internetdə yazırlar”
Məsələyə münasibət bildirən media eksperti Azər Həsrətin fikrincə, Google axtarış sistemində ermənilərlə bağlı belə bir nəticənin ortaya çıxması təəccüblü deyil: “Böyük rus şairi Aleksandr Sergeyeviç Puşkin ermənilər barədə yaxşı deyib: “Sən oğru, sən kölə, sən ermənisən”. Puşkin 200 il əvvəl yazdığı bu şeiri ilə ermənilərə bu cür qiymət verir. Kimin ermənilərlə bu və ya digər dərəcədə təması olubsa, ermənilərə bu cür qiymət verir. Kim yaza bilirsə, onlara qiymət verərkən bu cür ifadələrdən istifadə edir. Ona görə də bu, yeni texnologiyaların timsalında özünü daha çox göstərir. Bu baxımdan ermənilərlə bağlı bu cür ifadələrin axtarış sistemində çıxması təsadüfü deyil. Çünki bu onların xarakteridir. İstənilən xalqın nümayəndəsi bu və ya digər formada onlarla təmasda olanda başına gəlməyən oyun qalmır. Fırıldaq, aldatma, yalan danışma, alçaqlıq kimi hərəkətlərə rast gəlirlər. Təbii ki, indi də müasir texnologiyalar dövrüdür. Adamlar ermənilər barədə mənfi fikirlərini internetdə yazırlar. Yazdıqlarına görə də həmin ifadələr o dəqiqə Google axtarış sistemində çıxır. Nəticədə reytinqlərdə ermənilər məhz bu cür mənfi göstəricilərə görə öndədilər. Əsəbi və acıqlı olmalarına gəldikdə isə, həqiqətən də ermənilər dünyanın bütün millətlərinə qarşı qəzəblidilər. Sanki bütün dünya bunlara borcludur. Onlar əllərinə düşən hər fürsətdə bunu dünyaya sübut etməyə çalışırlar. Dünya insanları da ermənilərə baxıb gülür və bu qeydləri internet üzərindən paylaşır. Məlum olur ki, ermənilər həqiqədən də ən alçaq millətdilər. Bunun nəticəsidir ki, ermənilər ən bərbad müstəvidə qərarlaşıblar”.
Media eksperti hesab edir ki, dünya ermənilərin iç üzünə nə qədər çox bələd olsa, bir o qədər yaxşıdır.
Vidadi ORDAHALLI