çərşənbə günü, 30 sentyabr 2026
     

Əfqanıstan türklərinin Azərbaycana böyük köçü gözlənilir...

Image


Dünya gündəminin ən aktusl mövzularından biri də hazırda Əfqanıstanda baş verənlərdir. Belə görünür ki, bu gedişlə sözügedən ölkədə “Taliban” hərəkatı  tezliklə iqtidara gələcək. Ölkə ərazisinin artıq 70 faiznin “Taliban” hərəkatının nəzarətində olduğu bildirilir.

Son məlumatlara əsasən, “Taliban” hərəkatı Əfqanıstanın Gilmənd və Qəndəhar əyalətlərinin administrativ mərkəzlərinin nəzarətini ələ keçirib. Hərəkatın nümayəndəsi Zabiullah Mücahid Laşkargah və Qəndəhar şəhərinin ələ keçirilməsini təsdiqləyib. Onun sözlərinə görə, taliblər şəhər qubernatorlarının ofislərini, polis qərargahlarını tutub. Hökumət qüvvələri çox sayda itki verib. Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlər uğrunda döyüşlər aparan “Taliban” hərəkatı arasında qarşıdurma illərdir davam edir. 2020-ci il sentyabrın 12-də Qətərin paytaxtı Dohada tərəflər arasında başlayan sülh danışıqlarında hələlik heç bir irəliləyiş əldə olunmayıb. Bu il aprelin 14-də ABŞ prezidenti Cozef Bayden qoşunların Əfqanıstandan çıxarılması barədə qərar qəbul edib. “Taliban” hərəkatı isə xarici qoşunların ölkəni tərk etməsi fonunda bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başlayıb. “Taliban” hərəkatının nümayəndəsi Məhəmməd Naim "Al Jazeera" telekanalının efirində bildirib ki, onlar mütləq hakimiyyətə gələcəklər: “Əfqanıstanın bir sıra böyük şəhərlərinin qısa zamanda "Taliban"ın nəzarəti altına keçməsi xalqın hərəkata dəstəyini sübut edir”. Onun sözlərinə görə, Əfqanıstanın əyalətləri könüllü olaraq “taliblər”in hakimiyyətini qəbul edir, onlar tərəfindən heç bir müqavimət, güc tətbiq olunmur: "Əfqanıstan xalqı bizimlə olmaq istəyir və bizi alqışlayır, ölkənin böyük şəhərlərinin sürətli süqutu buna sübutdur". O qeyd edib ki, hərəkat hakimiyyətə gəldikdən sonra bütün ölkələrlə balanslaşdırılmış münasibətlər qurmaq niyyətindədir. ABŞ Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən nümayəndəsi isə “Washington Post” qəzetinə bildirib ki, “Taliban” qruplaşması 7-90 gün ərzində Əfqanıstanın paytaxtı Kabili ələ keçirə bilər. ABŞ hərbçisi hesab edir ki, Əfqanıstanda vəziyyət sürətlə pisləşir və “Taliban” qruplaşması istəyərsə, Kabili bir həftədən 3 ayadək müddət ərzində tuta bilər. Başqa bir mənbə isə bildirib ki, ABŞ qısa bir müddətdə diplomatlarını və başqa vətəndaşlarını Kabildən çıxarmalıdır. 2020-ci ilin iyununda ABŞ-ın xüsusi xidmət orqanları 6 ay ərzində “Taliban”ın Kabili ələ keçirə biləcəyini bildirmişdi. Hazırda  Əfqanıstan hökumətinə sadiq olan hərbi birləşmələr bir-birinin ardınca məğlubiyyətə uğrayır və “Taliban” amerikalıların səxavətlə təmin etdikləri texnika və silahları ələ keçirir. Bu da onların daha sürətlə irəliləməsinə səbəb olur.

Türkiyəli ekspert Haluk Qaradağ baş verənləıri belə şərh edir: “Əfqanıstan Asiya coğrafiyasında çox özəl bir mövqeyə sahib olan ölkədir. Bu gün Asiya qitəsində Şərqdə Çinlə, Qərbdə İranla, şimalda Özbəkistan, Türkmənistan və Tacikistanla, Cənubda və Şərqdə Pakistanla qonşu olan Pakistan mərkəzi geosiyasi mövqeyi səbəbindən təxminən son iki yüz ildə böyük güclərin işğalına uğrayıb. 1839-cu ildə başlayan ingilis işğalı 1979-cu ildə SSRİ-nin işğalı ilə əvəz edilib, 2001-ci ildə isə ABŞ-ın buraya müdaxiləsi gerçəkləşib. NATO-nun Əfqanıstana yerləşməsi və ölkədə həyata keçirdiyi əməliyyatlar bir müddət ölkənin böyük hissəsində təhlükəsizliyi təmin etsə də, təşkilat tam şəkildə buna nail ola bilmədi. Dolayısı ilə beynəlxalq iqtisadi böhran nəticəsində ABŞ-ın dünyanın müxtəlif bölgələrində hərbçilərinin sayını azaltma fəaliyyəti NATO-nun Əfqanıstandan çıxması nəticəsini meydana gətirib. Sözügedən durumda son illərdə təsirini artıran və mərkəzi şəhərlər istisna olmaqla, digər yerləri nəzarətində saxlayan “Taliban”la müzakirələr başlayıb. İllərdir NATO qüvvələrinin də dəstəyi ilə “Taliban”a qarşı hökumət qüvvələrində döyüşən və müxtəlif vəzifələri icra edən əfqanlar üçün də bu vəziyyət qorxulu bir hala çevrilib. Nəticə etibarı ilə əfqanlar hissə-hissə ölkədən köç etməyə başlayıb”. Hazırda Əfqanıstandan köç əsas etibarı ilə İran və Pakistan istiqamətində gerçəkləşir. Tacikistan da kütləvi şəkildə qaçqın qəbuluna hazırlaşır. Son siyahıyaalmaya görə, Əfqanıstanda 32 milyondan çox sakin var. Əfqanıstanın özündə Tacikistandakından bir qədər az tacik yaşayır və əksəriyyəti ölkənin iki dövlətin sərhədinə yaxın şimal-şərq bölgələrindədir. Etnik taciklər Əfqanıstan əhalisinin təxminən dörddə birini təşkil edir. İran da əfqan qaçqınların qəbulu istiqamətində addımlar atır. İrandan əfqanlar Türkiyəyə keçməyə çalışır. Lakin Türkiyə sərəhədi möhkəmləndirib. Bu fonda İrana gələn əfqanların bir qisminin Azərbaycana keçməyə can atacağı istisna olunmur.

Xatırladaq ki, Əfqanıstanda, əsas etibarı ilə də Qəndəhar və Kabil şəhərlərində yaşayan əfşarlar türk tayfasıdır və ölkəmizə çox yaxındırlar. Hətta indiki Əfqanıstan ərazisində Qarabağ adında bir neçə yaşayış məskəni var. Əfşar tayfasından Azərbaycana gəlib-gedənlər də var. İlk növbədə məhz onların nümayəndələrinin Əfqanıstandan başlanan yeni köç dalğasında Azərbaycana gəlməsi istisna edilmir.

Samirə SƏFƏROVA

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

30.09.2026 / 22:43
İraqda 23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları bölgədən çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ