Bazar günü günü, 15 noyabr 2026
     

Evlərini satmaq istəyən Xankəndi erməniləri dilemma qarşısında - öncə Azərbaycan dövlətindən “kupça” almalıdırlar...

Image


Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsindən sonra ölkəmizin vətəndaşlığını qəbul etməyən ermənilərin burada qalmasının mümkünsüzlüyü heç kimə sirr deyil. Elə bu səbəbdən ermənilərin Qarabağdan köçü davam edir. Burada qalan sadə erməniləri maraqlandıran əsas məsələ isə sahib olduqları evləri sata bilməkdir.

Qeyd edilənlər fonunda Rusiya sülhməramlılarının müvəqqəti cavabdehliyi zonasında yerləşən Xankəndi şəhərində indi əsl mənzil satışı bumu yaşanır. Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti süjetində bildirilir: “Mənzil satışı bumu əhalinin kütləvi köçünün göstəricisidir. Rusiya sülhməramlılarının gec-tez bu əraziləri tərk edəcəyini anlayan ermənilər mənzillərini tələsik satışa çıxarırlar. Bunu görmək üçün belə elanlarla zəngin olan erməni saytlarına nəzər salmaq kifayətdir”. Onu da qeyd edək ki, Xankəndidə ermənilər tərəfindən satışa çıxarılan evlərin qiyməti sürətlə ucuzlaşır. Ermənistanın məşhur “list.am” saytı bildirir ki, bir neçə ay əvvəl satışa çıxarılan evlərlə hazırda satışa çıxarlan evlərin qiyməti arasında bəzən 50% fərq var. Belə ki, ötən ilin dekabr ayında satışa çıxarılan 3 otaqlı mənzil 45 min dollara təklif olunurdusa, hazırda bu, 25 min dollara təklif edilir. 2 otaqlı mənzillər 2-3 ay əvvəl 35-36 min dollara təklif edildiyi halda, indi 18-20 min dollara kimi aşağı düşüb. Ermənistan mətbuatı yazır ki,  44  günlük müharibədən sonra Xankəndini tərk edən ermənilərin bir çoxu yenidən ora qayıtmaq istəmir və bu səbəbdən də mənzillərini satmağa çalışırlar. Mənzillərə tələb olmadığı üçün isə qiymətlər aşağı düşməyə başlayıb. Bir müddət əvvəl isə sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlara görə, Xankəndidə satışa çıxarılan mənzillərə daha çox azərbaycanlılar maraq göstərir. Sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, azərbaycanlılar Xankədidə yaşayan ermənilərə evlərini onlara satmaları üçün hətta zənglər də edirlər. Burada əsas diqqət çəkən məqam ondan ibarətdir ki, mənzil satışı ilə bağlı verilən elanların əksəriyyətində əlaqə vasitəsi kimi Rusiya nömrəsi qeyd edilir. Əslində bu başadüşüləndir, çünki ermənilər bilirlər ki, Xankəndidə olan əmlaka müştəri yalnız azərbaycanlı ola bilər. Onlar azərbaycanlılarla Rusiyada görüşüb evlərini satmaq istəyirlər. Əmlak məsələləri üzrə ekspertlər qeyd edir ki, əslində, Xankəndi və ümumiyyətlə Qarabağda qalan digər ermənilərin azərbaycanlılara mənzil satışı mümkündür. Belə ki, bütün sənədləşmə işləri Azərbaycan qanunvericiliyinə uyğun aparılsa, məsələ həllini tapa bilər. Yəni hər hansı bir erməni o ərazidə əmlak sata bilməsi üçün birinci növbədə sənədlərini Azərbaycan hökümətinə təqdim etməlidir. Həmin sənədlər əsasında erməni əsilli Azərbaycan vətəndaşına ölkə qanunvericiliyinə müvafiq olaraq mülkiyyət sənədi verilməlidir. Çünki bu ərazilər Azərbaycana məxsus olduğuna görə bütün alğı-satqı prosesi də Azərbaycan qanunvericiliyinə uyğun olaraq notarial qaydada aparılmalıdır. Alğı-satqı prosesində bank köçürmələri Azərbaycan banklarında manatla həyata keçirilməlidir. Nə qədər ki, Xankəndidə yaşayan ermənilər Ermənistanın və ya qondarma respublikanın onlara təqdim etdiyi mülkiyyət sənədlərini Azərbaycan qanunvericiliyinə uyğunlaşdrmayıblar, heç bir halda qanunvericilik  onlara həmin evləri satmaq imkanı vermir. Ermənilər bunu nəzərə almalıdır.

Başqa bir tərəfdən, Xankəndidə mənzillərini satmaq istəyən ermənilərə bu məsələdə Azərbaycan dövləti də yardım edə bilər. Yəni həmin ermənilərin evlərini dövlət ala bilər. Məsələ burasındadır ki, işğaldan əvvəl təkcə Xankəndidə 12 000-dən artıq azərbaycanlı yaşayıb. Indi həmin azərbaycanlıların Xankəndiyə qayıtmasına da hazırlıq gedir. Bu halda Xankəndidən məcburi köçkün düşmüş soydaşlarımızı ora yerləşdirmək üçün tikinti işləri aparılmalıdır. Bu isə çox uzun zaman alacaq. Ona görə də ermənilərin satdığı evlər də dövlət tərəfindən alınaraq, bura soydaşlarımız yerləşdirilə bilər. Amma bunun üçün, yuxarıda qeyd edildiyi kimi, ermənilərin faktiki yaşadığı həmin ərazilərdə Azərbaycan qanunvericiliyi tətbiq edilməli, bunu da ermənilər qəbul etməlidir. Belə vəziyyətdə ermənilərin satışa çıxardığı evlərin dövlət tərəfindən alınması da mümkün ola bilər.

Onu da qeyd edək ki, Xankəndi və Qarabağda ermənilər qalan digər ərazilərdə su, işıq və digər problemlər də getdikcə kəskinləşir. Ümumiyyətıə, Xankəndinin içməli su təchizatı həmişə problemli olub. Ermənistanın işğalı altında olduğu müddətdə şəhərin su təchizatının yaxşılaşdırılması adı ilə milyonlarla dollarlıq layihələr icra olunsa da, bu sahədə ciddi dəyişiklik baş verməyib. Bu yayın Qarabağ ərazisində xeyli quraq keçməsi Xankəndi üçün su götürülən mənbələrdə suyun səviyyəsinin azalmasına səbəb olub. Buna görə də şəhərin su ilə təchizatında problemlər daha da dərinləşib. Xankəndiyə, həmçinin Əsgəran, Ağdərə rayonlarına gedən bütün çayların mənbəyi Azərbaycanın tam nəzarətində olan ərazilərdədir. Belə vəziyyətdə ermənilər Azərbaycandan getdikcə daha çox asılı duruma düşdüklərini yaxşı bilirlər. Bu halda isə onlar ya Azərbaycan qanunları ilə Qarabağda yaşamalı, ya da bu yerləri tərk etməlidirlər.

Ramil QULİYEV

 

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ