Bazar günü günü, 15 noyabr 2026
     

Vahabzadənin qeyri-diplomatik çıxışı, ancaq Rusiya rəhbərliyi nə qədər ki Jirinovskinin ağzını bağlamayıb...

Image


Rusiya Liberal Demokrat Partiyasının sədri, Dumanın deputatı Vladimir Jirinovski Azərbaycanın sabiq səfiri İsfəndiyar Vahabzadəni məhkəməyə verəcəyi ilə hədələyib. O bu barədə teleaparıcı Solovyovun Youtube-da canlı efiri zamanı bildirib.

Qeyd edək ki, İ.Vahabzadə Jirinovskini və rus xalqını “donuz” adlandırıb. Daha dəqiq desək, buna səbəb Vahabzadənin Jirinovskiyə etdiyi videomüraciətdir. Belə ki, İ.Vahabzadə vaxtaşırı Azərbaycan xalqına qarşı təhqiredici çıxışlar edən Jirinovskiyə müraciət edərək, onu və rusları təhqir edib: “Volodya, qulaq as, piyli donuz, qoca uzunqulaq. Nə vaxtsa bizi ”qoyun" adlandırmışdın və bilmirəm niyə bu barədə hər kəs susmuşdu. Donuz kimi iy verirsən, millətiniz də iy verir. Mən sizin üçün İranda işləmişəm, rus donuzlarının nə etdiyini bilirəm. Boş-boş işlərlə məşğuldurlar, iy verirlər. Qoxunuz artıq bütün dünyaya yayılır. Nəfəs almaq mümkün deyil”. Rusiya Liberal Demokrat Partiyasının rəhbəri isə, öz növbəsində, bunu cəzasız qoymayacağını qeyd edib: “Azərbaycan Respublikasının rəhbərinə cinayət işinin başlanması tələbi ilə sərt bir məktub göndərəcəyik. Bu təhqir dəhşətlidir. Bu, orta əsrlər səviyyəsindədir".

Xatırladaq ki, İsfəndiyar Vahabzadə filologiya elmləri doktoru, professor, diplomat və Moldova Respublikası Elmlər Akademiyasının həqiqi üzvüdür. O, 1997–1999-cu illərdə Pakistan İslam Respublikasında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri, 1999-2002-ci illərdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, 2005-2011-ci illərdə Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, 2011-2017-ci illər ərzində isə Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışıb. Azərbaycanın tanınmış şairi Bəxtiyar Vahabzadənin oğludur. Tərcümeyi-halından da görünür ki, İsfəndiyar Vahabzadə uzun müddət diplomatik postlarda çalışıb. Hər halda, bu ona imkan verirdi ki, fikirlərini daha korrekt və təhsirli formada bütöv bir xalqı təhqir etmədən çatdırsın. Ancaq o bunu etməyib, ya da edə bilməyib. Buradan görünür ki, Vahabzadə həm də yaxşı diplomat olmayıb. Yoxsa diplomatik etiket qaydalarını normal əxz etmiş olardı. Ancaq bununla heç də Jurinovskiyə haqq qazandırmaq kimi fikirdə deyilik.

Qeyd edək ki, İ.Vahabzadə V.Jirinovskinin Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı etdiyi təhdidlərə cavab verərək, həmin açıqlamaları sərt tənqid edib. Azərbaycan ictimai rəyində bu mövzudakı mövqelər haçalanır. Bəziləri hesab edir ki, Jirnovskinin özü məhkəməlikdir: “Onun başının parası yoxdur. İsfəndiyar Vahabzadə nə deyibsə haqlıdır. Jirnovski bizim millətimizi təhqir edib, Vahabzadə də cavabını verib. Bizdə belə bir məsəl var: “Söymə nökər dədəmi, söyməyim bəy dədəni”.

İsfəndiyar Vahabzadənin özünün isə məsələyə münasibəti belə olub:  “Kim nəyi bacarır, onu da eləsin. Verən versin, yazan yazsın, deyən desin. Mən bir şey demədən qabaq fikirləşib elə deyirəm. Sözümü demişəm, söhbəti uzatmağa ehtiyac yoxdur”. LDPR lideri Vladimir Jirinovski bu sözləri təkcə özünə deyil, bütün rus xalqına təhqir sayırsa, onda gərək bir neçə il əvvəl bütöv Azərbaycan xalqına qoyun deyəndə  bunu dərk edərdi. Bəli, bütöv bir xalqa ünvanlanan təhqir yolverilməzdir. Ancaq nəzərə almalıyıq ki, quyuya daşı birinci Jirinovski atıb.

Azərbaycanın rəsmi dairələri bu məslədə Vahabzadəyə haqq qazandırmayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən İ.Vahabzadənin Rusiya ilə bağlı çıxışı haqda suala cavab olaraq bildirilib ki, İsfəndiyar Vahabzadə fəaliyyətində olan nöqsanlarına görə dövlət başçısı tərəfindən 2016-cı ildə səfir vəzifəsindən azad edilib: “Belə olduğu təqdirdə, Xarici İşlər Nazirliyi və ya digər dövlət orqanını təmsil etmədiyi üçün XİN olaraq onun fikirlərini şərh etməyimiz düzgün olmazdı”.

İsfəndiyar Vahabzadənin Rusiya ilə bağlı isterik, demaqoji açıqlamalarının ölkəmizə vurduğu ziyan az deyil. Ancaq nəzərə almalıyıq ki, Jirinovskinin ranqı ondan da yüksəkdir. Rusiya Dumasındakı böyük bir fraksiyaya rəhbərlik edir. Görürük ki, sosial şəbəkələrin Rusiya seqmentində, Rusiya mediasında Vahabzadənin açıqlamaları geniş müzakirə olunur. Yaxşı olardı ki, bu reaksiya Jirinovski azərbaycanlıları təhqir etdiyi zaman da veriləydi. Təəssüf ki, görmədik. Bizim cəmiyyətdə isə Vahabzadə sərt tənqid edilir.  Bir sözlə, “hər ikisi eyni bezin qırağıdır”. Ancaq Rusiya hakimiyyəti və ictimai rəyi bundan həm də ciddi nəticə çıxarmalıdır ki, bir Jirinovski kimi məsuliyyətsiz adama görə bütün rus xalqının ünvanına xoşagəlməz ifadələr eşitmiş olur. Onun ağzını yummağın vaxtı çoxdan çatıb.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ