Bazar günü günü, 15 noyabr 2026
     

"Laçın dəhlizində Azərbaycan əsgərləri də durmalıdırlar" - Yunus Oğuz

Image


Qarabağda cərəyan edən hadisələr, Rusiya sülhməramlılarının  özbaşınalığı, Azərbaycanın Rusiyaya etirazı, eləcə də İrana nota verməsi gündəmi zəbt edən hadisələrdir.

Qarabağ ətrafında baş verən hadisələrə aydınlıq gətirilməsi üçün olaylar.az saytı yazıçı-publisist, Milli Vəhdət Partiyasının sədri Yunus Oğuza müraciət edib.  

- Yunus bəy, hazırda Qarabağda qeyri-müəyyənlik hökm sürür. Rus sülhməramlıları öhdəliklərinin icrasından boyun qaçırırlar. Ərazidə baş verən prosesləri necə dəyərləndirirsiniz?

- Qarabağda baş verən proseslər deməyə əsas verir ki, Azərbaycan antiterror əməliyyatı aparmağa məhkumdur. Bunu zəruri edən amillər mövcuddur. Rusiya sülhməramlılarına Azərbaycanın narazılığı bir tərəfdən, İrana verilən nota digər tərəfdən, üçüncü tərəfdən isə Ermənistan müdafiə nazirinin sərt açıqlaması göstərir ki, Azərbaycan antiterror əməliyyatına başlamalıdır. Yəqin, onlar da proseslərin gedişindən hansısa bir məlumat alıblar ki, Azərbaycan antiterror əməliyyatına başlayacaq. Artıq kosmosdan da şəkillər çəkilib ki, Qarabağda ermənilərin yeni postları, yeni hərbi hissələri  qurulur. Təbii ki, belə vəziyyət Azərbaycanı heç cür qane edə bilməz. Ona görə də düşünürəm ki, antiterror əməliyyatı başlamalıdır. Gec-tez Rusiya da öz yerini bilməlidir.  Azərbaycan Rusiya  tərəfinə inanaraq Laçın dəhlizinə nəzarəti bu ölkəyə vermişdi. Əslində rus sülhməramlıları  Laçın  dəhlizində Azərbaycan əsgərləri ilə birgə nəzarəti həyata keçirməli idilər. Lakin bu təmin olunmadığından İran tərəfi bu marşrut xəttindən istənilən yükü keçirə bilir. Rusiya sülhməramlıları isə öz siyasətlərini həyata keçirirlər. Azərbaycan tərəfi artıq öz sərhədlərini özü qorumalıdır, rus sülhməramlıları ilə birgə Laçın dəhlizindən keçirilən yüklərə nəzarət etməlidir.

- Jirinovskinin təhdid dolu fikirlərindən sonra rus sülhməramlılarının qərəzli hərəkətlərini Azərbaycana qarşı təzyiq hesab etmək olarmı?  

- Əvvəlcə aydınlıq gətirək ki, rus sülhməramlıları nəyə arxayındır. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun gənclərlə görüşündəki açıqlamasına diqqət yetirin. Nəzərə alaq ki, Şoyqu sentyabr ayından faktiki  olaraq siyasətlə məşğul olmağa başlayacaq. Şoyqu Ermənistan müdafiə naziri  ilə görüşdən sonra birbaşa deyir ki, biz Ermənistana yeni ordunun yaradılmasında kömək etməyə hazırıq. Əslində, Şoyqu bizə məlumat ötürür ki, ermənilərin ordusu yoxdur. Biz ordunun yaradılmasında yardım etməyə hazırıq, ancaq sən Fransadan, Avropadan əlini çək. Guya bunun da nəticəsi kimi Qarabağda modul tipli hərbi baza yaradırlar. Şoyqunun söylədiklərinin sətiraltı mənası odur ki, Ermənistanda ordu yoxdur. Bu baxımdan Rusiya Ermənistana qarşı açıq hücuma keçib, sülhməramlılar isə bizə qarşı həyasızlıq edir. Rusiya Ermənistan tərəfdən bütün sərhədləri nəzarətinə keçirmək istəyir, artıq rus əsgərlərinin Qazax rayonu ətrafına yerləşdirilməsi nəzərdə tutulur. Bu o deməkdir ki, Ermənistanın baş nazirinin, müdafiə nazirinin,  revanşistlərin qışqırmağına baxmayın, bu ölkənin ordusu yoxdur.

- Rus sülhməramlıları Qarabağda təlim keçirmək istəyir, ermənilərin də həmin təlimlərə qatılacağı gözlənir. Bunu Rusiyanın Qarabağda yeni hərbi baza yaratmaq planı kimi qəbul etmək olar?

-Əslində Rusiya ilə Ermənistan həmişə birgə hərbi təlim keçiriblər. İndi   Rusiyanın sosial-iqtisadi vəziyyəti yaxşı olmadığından belə təlimlərə ara verilib. Hazırda Rusiya seçkilərə gedir, ölkə daxilində sosial-iqtisadi məsələlər həddindən artıq yüklənib. Avropa Şurasına üzv dövlətlərin ərazisi boyda Rusiyada yanğın var, ölkədə altı milyon kvadrat kilometr meşə yanğını tüğyan edir. Yanğının əhatə dairəsi Sibir, Tayqa, Arktikaya qədər gedib çıxır, cənubdan sel axını var. Digər tərəfdən, Amerika Rusiyaya pas ötürdü, ordusunu Əfqanıstandan çıxardı. Hazırda Rusiya təkbaşına Taliban ilə üzbəüz qalıb. Belə bir vəziyyətdə Rusiya bütün gücünü ya seçkilərə yönəltməlidir, ya da sadalanan problemləri həll etməlidir. Bu kimi məsələlərin seçkiqabağa qabardılması təsadüfi deyil. Bizim əlimizə şans düşüb tələb edək ki, ya 10 noyabr müqaviləsi yerinə yetirilsin, yerinə yetirilmədiyi tədqirdə Azərbaycan dövləti birbaşa Rusiya qarşısında məsələ qoyur ki, sülhməramlılarını ölkədən çıxart. 10 noyabr sazişinin 4-cü bəndinə əsasən sülhməramlılar müəyyən olunmuş ərazilərdə yerləşdiriləndə paralel olaraq erməni silahlı qüvvələri bütövlükdə ərazidən çıxarılmalı idi. Bu baş verməyibsə, artıq Rusiyaya xəbərdarlıq edildi. Hesab edirəm ki, seçkilərə qədər Rusiyaya bu məsələ ilə bağlı sərt mövqe bildirmək lazımdır. Çünki Azərbaycanın əlinə unikal imkanlar düşüb. Bu unikal imkanlardan maksimum istifadə etmək lazımdır.

     -Azərbaycanın İrana notası nəyi ehtiva edir?

-İran səfiri deyir ki, hələ məsələ araşdırılacaq. A, qardaş,  nəyi araşdıracaqsan? Sənə qardaş deyirik, özün də bizə qardaş deyirsən, amma İran nömrəli maşınlar ermənilərə yük daşıyır. Kor-kor, gör-gör, İranın ermənilərə satılmış bombaları tapıldı, hansı ki, Azərbaycan tərəfə atıblar, lakin partlamayıb, üstündə İranın bayrağı. Ermənilərə qazı verirdin, indi də Qarabağa gedən maşınların içərisində nə aparılır, bilinmir, nömrəni dəyişib Ermənistan nömrəsi ilə ərazidən keçirsən, orada yarı türk, yarı farsca danışanda hamı bilir ki, bunlar İran maşınlarıdır. Bəs nə oldu, Azərbaycanın qələbə çalması üçün fətva vermişdiniz? Azərbaycana bir dəfə də olsun humanitar yardım göndərilməyib ki, müharibədən çıxmış ölkədir, amma ermənilər üçün yük daşıyan maşınların ardı-arası kəsilmir. Belə halda təbii ki, nota verilməlidir.

-Necə hesab edirsiniz, üçüncü Qarabağ müharibəsinin başlanması labüd görünür?

-Üçüncü Qarabağ müharibəsi başlaya bilməz. Azərbaycan yalnız antiterror əməliyyatı apara bilər. Ermənistanın faktiki olaraq ordusu yoxdur, Azərbaycan kimlə vuruşmalıdır ki? Şoyqu da təsdiq etdi ki, Ermənistanın ordusu yoxdur. Odur ki, üçüncü Qarabağ savaşının olacağı barədə səslənən fikirlər yalan söhbətdir. 44 günlük Vətən müharibəsində gördük ki, ordu ordu ilə vuruşur, indi biz kimlə vuruşacağıq ki? Qarabağda yüz nəfərlik silahlı birləşmə varsa, bu o demək deyil ki, müharibə başlayacaq. Müharibənin şərtləri tamam başqadır, gərək mövcud olan bütün silah-sursat işə düşsün, bu isə yalnız antiterror əməliyyatı ola bilər.

Alim




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ