Bazar günü günü, 15 noyabr 2026
     

Şoyqunun Karapetyana "qılınc hədiyyəsi" və üstəlik qılınc qədər kəskin hədə sözü...

Image


Rusiyanın Müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Arşak Karapetyanla görüşüb. Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Görüşün sonunda Şoyqu Karapetyana xəncər hədiyyə edib. “Hesab edə bilərik ki, Ermənistana silah tədarükü prosesi başlayıb” deyə Şoyqu simvolik hədiyyəni erməni nazirə verərkən bildirib.

Şoyqu Ermənistan müdafiə naziri Karapetyana xəncər verdi və ona “hesab et ki, Ermənistanın silahlandırılması başlanıldı” işarəsini vurdu və bununla da öz ölkəsinin əsl niyyətlərini bir daha ortaya qoymuş oldu.

  • “Ehtimal ki, Rusiya bununla Azərbaycana və Türkiyəyə qarşı Ermənistanla birgə hərbi əməliyyatlara başlamaq mesajını da göndərə bilər”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akid Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Rusiyanın mövqeyi Azərbaycan tərəfindən sentyabrın 27-dən diqqətlə izlənilir: “Bütün gedişatda Rusiyanın necə hərəkət etdiyini, hansı mövqe tutduğunu izlədik və bu ölkənin bitərəf mövqe tutduğunu uğur kimi dəyərləndirdik. Amma təbii ki, bu təkcə Rusiyanın Azərbaycana xoş münasibəti ilə bağlı deyildi, Rusiya Azərbaycan və Türkiyənin birgə gücü qarşısında qismən neytrallığını qoruyub saxlaya bilmişdi. Özü də gördü ki, Azərbaycan və Türkiyə qüvvələri qarşısında heç nə edə bilməz. Əgər açıq şəkildə hərbi əməliyyatlara müdaxilə edərsə, Türkiyə də meydanda olacaq. Onda Rusiyanın özü üçün çox pis vəziyyət yarana bilərdi. Həm regionda problemlə üzləşərdi, həm də bu, Türkiyə ilə münasibətlərinin korlanması ilə nəticələnərdi, bu da Rusiyanın maraqlarına qətiyyən cavab vermirdi. Hesab edirəm ki, İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyəti Ermənistandan daha çox Rusiyanın məğlubiyyəti demək idi. Rusiyada da bunu çox gözəl başa düşürdülər. Müharibə dövründə Rusiya müqavimət göstərə, heç bir nəticəyə nail ola bilmədi. Ermənistanla birgə Rusiya da özü üçün vaxt qazandı. Rusiya müharibədən məğlub çıxdığını çox dərindən göstərməmək, bunu gizlətmək üçün çox cəhdlər göstərdi. Bu istiqamətdə çox gərgin danışıqlar getdi, Biz 10 noyabr ərəfəsində Azərbaycan və Rusiya prezidentlərinin danışıqlarını izlədik, hansı gərgin şəraitdə getdiyini gördük. Pərdə arxasında Rusiya və Türkiyə rəhbərləri arasında danışılqlar gedirdi. Rusiya çox çətinliklə özünə uyğun bir bəyannamənin imzalanmasına, müharibədən nisbətən sərfəli bir çıxışa nail oldu. Özünü tam məglub şəkildə göstərməmək üçün Rusiya hərbi kontingentini sülhməramlılar adı altında regiona yerləşdirməyə nail oldu. Bu həm də o məqsədi güdürdü ki, Rusiya məğlubiyyət qarşısında qalmasın, yəni bu fakt ortaya çıxmasın. Eyni zamanda sonrakı addımları üçün də orada baza yaradırdı…”

A.Nağı hesab edir ki, Rusiyanın öz məğlubiyyətinin əvəzini Azərbaycandan və Türkiyədən çıxması üçün isə rus sülhməramlıları həmin baza rolunu oynayırdı. “Rusiya məqam gözləyirdi və indi hesab edir ki, o məqam yetişib. Rusiyanın müdafiə nazirinin Ermənistana bu şəkildə açıq dəstək verməsinin və onun artıq silahlandırılmaya başlanıldığını bəyan etməsinin bir neçə yozumu ola bilər. Birincisi, ehtimal ki, Rusiya bununla Azərbaycana və Türkiyəyə qarşı Ermənistanla birgə hərbi əməliyyatlara başlamaq mesajını da göndərə bilər. Amma bu inandırıcı deyil. Çünki indiki şəraitdə, təcrid oldunmuş vəziyyətdə Azərbaycan-Türkiyə-Pakistan birliyinə qarşı hərbi müstəvidə çıxış etmək Rusiyanın maraqlarına cavab vermir. Amma ehtimallardan biri budur. Digər mesaj isə o ola bilər ki, Rusiya bu jestləri ilə Ermənistanı tamamilə Qərbin nəzarətindən çıxarmaq istəyir. Ona görə də, Şoyqu bununla Ermənistanın müdafiə nazirinə demək istəyir ki, Ermənistan həmişəlik Rusiyanın silahının altında olmalıdır. Yəni Soyqunun Karapetyana xəncər bağışlaması elə bu anlamı daşıyır ki, Ermənistan Rusiyanın silahının altında olub, olacaq da. Əslində, Rusiya  Ermənistanı həmişə silahlandırıb, bu gün də silahlandırmasını bəyan etməsində təəccüblü heç nə yoxdur. Müharibədə Rusiyanın Ermənistana verdiyi silahlar bizim Qənimətlər parkındadır”.

A.Nağı hesab edir ki, Ermənistanın silahlandırılmasına başlanmasının bəyan edilməsinin əsas mahiyyəti Rusiyanın bütövlükdə Ermənistanı öz nəzarətinə qaytarmaq niyyəti ilə bağlıdır. Onun sözlərinə görə, Ermənistanın müdafiə nazirinə xəncər bağışlanılmasının, bu ölkənin silahlandırılmasına start verildiyinin bəyan edilməsi və sairin əsas mahiyyəti Ermənistanı Qərbin nəzarətindən çıxarmaqdı. “Amma bu da mümkün deyil. Ermənistan tam şəkildə Qərbə bağlıdır, bu bağı qoparmaq mümkünsüzdü, Qərbin nəzarətindən çıxa bilməz. Çünki maliyyəni də Qərbdən alır. Rusiyanın Ermənistana verməyə maliyyəsi yoxdur, Ermənistanın vəziyyətdən çıxması üçün milyardlar lazımdı, bunu Qərb verir” - deyə A.Nağı vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ