Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağ üzrə danışıqlar aparmaq və regional vəziyyəti nizamlamaq üçün görüşməyə hazır olduğunu bildirib. Baki-xeber.com xəbər verir ki, bu barədə İnterfaks məlumat yayb.
"Yerevan regional kommunikasiyaların açılması üçün Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin üçtərəfli komissiyasının işini bərpa etməyə hazırdır", - Paşinyan bildirib.
Hökumətin iclasında Paşinyan deyib ki, Ermənistan Azərbaycanla danışıqlar prosesinə yüksək və ali səviyyədə qoşulmağa hazırdır. Baş nazir qeyd edib ki, Ermənistan tərəfi konkret təkliflər gözləyir.
Ramil QULİYEV