Bazar günü günü, 15 noyabr 2026
     

“Nəhayət, beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında Ermənistanla bağlı həqiqətlər öz əksini tapır” - Vüqar Rəhimzadə

Image


Bu gün dünyada baş verən hadisələrə diqqət yetirdikdə müxtəlif sualların yaranmasına gətirib çıxaran məqamların şahidi oluruq. İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Qələbəsinin yaratdığı reallıqlar dünyanın bu günədək hüquq problemi yaşamasını açıq şəkildə ortaya qoydu.

Maraqlısı budur ki, dünya güclərinin diktəsi ilə hərəkət edən beynəlxalq təşkilatların hesabatlarında da, nəhayət, əsaslı şəkildə dəyişikliklər baş verməkdədir. Sual olunur: Əgər İkinci Qarabağ müharibəsi baş verməsəydi, dünya gücləri hələ də ədaləti maraqlarının arxasında əritməkdə davam edəcəkdilərmi? Doğrudur, bu gün də həmin güclərin hadisələrə öz maraqları çərçivəsində münasibət bildirdikləri, istədikləri zaman susmaq, istədikləri zaman isə danışıb ədaləti arxa plana keçirdikləri məqamlar diqqətdən kənarda qalmır. Amma görünən odur ki, Azərbaycanın Vətən müharibəsində tarixi Zəfəri, həmçinin dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə başlandığı andan bu günədək qlobal problemə qarşı birgə mübarizənin zəruri olduğunu bildirərək, bu gün də “peyvənd millətçiliyi”ndən narahatlığını ifadə etməsi dünya siyasətində nəzərəçarpan dəyişikliklərə yol açıb. Nəhayət, dünya gücləri də dərk edirlər ki, ədaləti uzun müddət maraqlara qurban vermək, onun üstündən xətt çəkmək qeyri-mümkündür. Artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasının hansı vəziyyətə gətirib çıxardığını dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar gördülər. Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfəri, həmçinin pandemiyaya qarşı mübarizədə mesajları ilə bir daha dünyaya çatdırdı ki, haqqın, ədalətin yanındadır, bu mübarizəni sonadək aparmaq imkanlarına malikdir.

Bu fikirləri KİV-ə açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, daim Ermənistana dəstək verən “Amnesty İnternasional”, “Human Rights Watch”, “Freedom House” kimi hüquq müdafiə təşkilatlarının son iki ildə açıqladıqları hesabatlara diqqət yetirdikdə tamamilə başqa bir mənzərə görünür. Məsələn, “Freedom House” bir qayda olaraq hesabatlarında Dağlıq Qarabağı Azərbaycanla Ermənistanın müştərək ərazisi kimi göstərirdi. Demokratiya və insan hüquqlarının qorunmasına münasibətdə Ermənistanı “azad”, Azərbaycanı isə “qeyri-azad” ölkələr sırasında qeyd edirdi. Azərbaycan bu təşkilatların hesabatlarında daim mətbuat azadlığı boğulan, insan hüquqları kobud şəkildə pozulan ölkə kimi təqdim olunurdu. Adları çəkilən beynəlxalq hüquq müdafiə təşkilatlarının 2019-2021-ci illər hesabatlarında, nəhayət, bu reallıq xüsusi qeyd edilir ki, 44 günlük İkinci Qarabağ müharibəsi, həmçinin COVID-19 pandemiyası ilə mübarizə dövrlərində Ermənistanda insan hüquqları qorunmayıb, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində vətəndaşların əsas azadlıqları kobud şəkildə pozulub. Hesabatlarda korrupsiyanın baş alıb getməsi, şəffaflığın olmaması, polis tərəfindən zor tətbiqi və cəzaçəkmə müəssisələrinin vəziyyəti problemli məsələ kimi önə çəkilir. Halbuki, sadalanan bu problemlər Ermənistanda daim yaşanıb. Sadəcə, indi dünya yeni reallıqlar fonunda həqiqətlərə həqiqət gözü ilə baxmaq məcburiyyətindədir.

Demokratik təsisatların inkişafına məsul Avropa Şurası bir qayda olaraq Ermənistanı demokratik cəhətdən zəif, bu dəyərləri kobud şəkildə pozan ölkə kimi dəyərləndirib hər dəfə onun təmsilçilik hüququnun əlindən alınacağı ilə bağlı fikirlər səsləndirsə də, qurumda ermənilərin və ermənipərəst dairələrin səyləri nəticəsində işğalçı dövlət bu günədək bu nüfuzlu beynəlxalq təşkilatda təmsil olunmaqdadır.

Baş redaktor qeyd edib ki, hələ işğalçı dövlətlə işğala məruz qalan dövlət eyni vaxtda Avropa Şurasına qəbul olunan zaman özünü sivil adlandıran dünyanın demokratik dəyərlərə hansı prizmadan yanaşdığı bəlli idi. “Freedom House”un 2021-ci il üçün “Dünya Azadlıq hesabatı”nda Ermənistanın “qismən azad” ölkə kimi təqdim edilməsi bir çox məqamların təqdimatında əhəmiyyətli rol oynayır. Eyni fikirləri “Amnesty İnternasional”, “Human Rights Watch” kimi təşkilatların hesabatları barədə də söyləmək olar. “Amnesty İnternasional” təşkilatı hələ İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə Ermənistana dəstək missiyasını həqiqətlərin təqdimatı ilə əvəzlədi. Belə ki, bu təşkilat Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq çərçivəsində qadağan edilmiş raketlərdən istifadəsini təsdiqləyən hesabatla çıxış etdi.

ABŞ Dövlət Departamentinin qiymətləndirməsinin də diqqətçəkən olduğunu vurğulayan V.Rəhimzadə bildirib: “Dövlət Departamenti hesabatında bildirir ki, Ermənistanda insan hüquqları sahəsində problemlərə işgəncə, azadlıqdan səbəbsiz məhrumetmə, cəzaçəkmə müəssisələrinin pis vəziyyətdə olması, insan alveri, vətəndaşların şəxsi həyatına müdaxilə, müstəqil məhkəmə sisteminin yetərsizliyi, mülki əhaliyə zərər vermək kimi məqamlar daxildir. Halbuki, ABŞ Dövlət Departamentinin hesabatlarında da Azərbaycan hər zaman demokratik inkişaf baxımından zəif ölkə kimi təqdim edilirdi. Qərb və erməni mənbələrindən maliyyələşdirilərək, təlimatlandırılaraq Azərbaycana qarşı aparılan qərəzli qarayaxma kampaniyasının davamlı xarakter daşıması da, adları çəkilən və çəkilməyən beynəlxalq təşkilatların bilərəkdən ölkəmizdə yaratdıqları “5-ci kolon”un formalaşdırılması da onların Azərbaycanda sürətli, davamlı inkişafa qara eynək arxasından baxmaq niyyətlərindən irəli gəlirdi. Nəhayət, gec də olsa, bəzi dairələrin “azad ölkə” adlandırdıqları işğalçı Ermənistanda intensivləşən vətəndaş itaətsizliyini, iqtidarın istefası tələbini görmək istəməyən, mitinq iştirakçılarına qarşı törədilən fiziki, mənəvi təzyiqləri “demokratik prinsiplərə” uyğun hesab edən “Freedom House”, “Amnesty İnternasional”, “Human Rights Watch” kimi beynəlxalq hüquq müdafiə təşkilatlarının, ABŞ Dövlət Deapartamentinin bu gün dünya ölkələrində insan haqlarının vəziyyəti barədə hesabatlarını hazırlayarkən ədalət meyarına müraciət etmələri təqdirəlayiqdir. Bu, bir daha sübut edir ki, ədalət, beynəlxalq hüquq deyilən məfhumlar var, onlarsız hansısa məsələnin həlli mümkünsüzdür. Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfəri, eyni zamanda, COVID-19 pandemiyasına qarşı mübarizədə atdığı addımlarla bu reallıqları dünyaya diktə edir. Artıq dünyada hesabatlar hazırlayan beynəlxalq hüquq müdafiə təşkilatları “araşdırmaları”nda qeyri-ədalətli yanaşmanı, qeyri-bərabərliyi, riyakarlığı, yalanı, böhtanı demokratik prinsiplər kimi təqdim edə bilmirlər”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

15.11.2026 / 13:50
Trampa sui-qəsd iddiası ABŞ-ı ayağa qaldırdı... Bəzi rəsmilər evlərindən çıxarılıb təhlükəsiz yerlərə aparıldı...

15.11.2026 / 13:14
İranın nə qədər raketi var?... ABŞ kəşfiyyatı açıqladı – müharibəyə baxmayaraq...

15.11.2026 / 12:09
Daha bir super güclə Strateji tərəfdaşlıq qurduq - Azərbaycanı nələr gözləyir...

15.11.2026 / 11:42
İran Bəhreyndə ABŞ-ın radar stansiyasına dronlarla zərbə endirdi...

15.11.2026 / 11:18
Kadırov Qroznıda Putinin adını daşıyan yeni rayon salır...

15.11.2026 / 11:10
Prezident İlham Əliyev Mahmud Abbası təbrik etdi

15.11.2026 / 10:31
Azərbaycan Fələstini Milli Günü münasibətilə təbrik edib

15.11.2026 / 10:11
Tramp İrana yeni zərbələrdən bu halda imtina edəcək – Ağ Evdə qapalı müzakirələr gedir...

15.11.2026 / 09:27
"Azərbaycanın artan geosiyasi nüfuzu onu Avropa üçün mühüm tərəfdaşa çevirib" - Vüqar Rəhimzadə

15.11.2026 / 08:55
Hörmüz boğazında iki neft tankerində partlayış baş verib...

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ