Prezident İlham Əliyev Balakən, Qax, Şəki və Zaqatala rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Balakən, Qax, Şəki və Zaqatala rayonlarının əhalisi 93014 nəfər olan 26 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 28 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,96 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.
Sıra
№-si
Rayonun
adı
Quyuların
sayı, ədəd
Yaşayış məntəqələrinin adı
Əhalinin sayı, nəfər
Balakən
6
Gərəkli kəndi
3658
Hənifə kəndi
4759
Qaracabinə kəndi
287
Qullar kəndi
5545
Talalar kəndi
3593
Tülü kəndi
6548
Qax
7
Ağyazı kəndi
630
Amanlı kəndi
170
Cəlayir kəndi
1626
Güllük kəndi
2635
Qaratala kəndi
598
Şıxlar kəndi
267
Tasmalı kəndi
1728
Şəki
8
Baş Zəyzid kəndi
5472
Çapağan kəndi
353
İbrahimkənd kəndi (2 quyu)
798
Kiçik Dəhnə kəndi
9331
Küdürlü kəndi
570
Şəki şəhəri (121-ci kvartal)
2000
Vərəzət kəndi
2038
Zaqatala
Aşağı Tala kəndi (2 quyu)
7372
Danaçı kəndi
7931
Əliabad qəsəbəsi
11236
Lahıc kəndi
2105
Muğanlı kəndi
3020
Yuxarı Tala kəndi
8744
Cəmi:
28
26
93 014