Bazar günü günü, 04 oktyabr 2026
     

Ermənilər Qarabağdan hansı milli sənət məktəbimizin xalçalarını İrəvana daşıyıblar...

Image


Məlumat yayılıb ki, Ermənistanın Qarabağdan oğurladığı, qarət etdiyi xalçaların fevralın 20-də İrəvandakı Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda nümayişi keçiriləcək. Onlar burada əsasən 2020-ci il noyabrın əvvəlində Şuşadan apardıqları xalçaları təqdim edəcəklər.

 

Şuşa Xalça Muzeyinin eksponatları olan həmin xalçalar Şuşadan Ermənistana ötən il noyabrın 1-də aparılıb. Xalçaların ən qədiminin 350 ilə qədər yaşı var.

 

Azərbaycan Milli Xalça Muzeyindən verilən məlumata görə, sərgidə təqdim olunacaq “Artsax” adlandırılan xalçalar Vətənimizin ayrılmaz hissəsi olan Qarabağın azərbaycanlı xalçaçıları tərəfindən toxunan milli irs nümunələridir: “Bu sərgi ermənilərin növbəti falsifikasiyasıdır. Çox güman ki, kolleksiya 1992-ci il Şuşanın işğalından sonra ancaq canlarını götürüb qaçan azərbaycanlıların evlərində qalan xalçalardan ibarətdir. Xalça elə nadir sənət nümunələrindəndir ki, toxunduğu bölgənin tarixi, o ərazidə yaşayan xalqa mənsubluğu barədə mühüm məlumatlar mənbəyidir. Xalçalarımızın erməniləşdirilməsində mənfur qonşularımızın əsas məqsədlərindən biri də Qarabağın tarixini saxtalaşdırmaqdır. Əsrlər boyu burada toxunan xalçalardakı kompozisiya, naxışlar və rəng həlli Qarabağın məhz Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olduğunu bir daha sübut edir”.

Hazırda ermənilər tərəfindən qarət olunan xalçalar arasında əsasən hansı Azərbaycan xalçaçılıq məktəbinə aid xalça nümunələri ola bilər? Onlar bizim hansı növ xalçalarımızı mənimsəyərək öz adlarından təqdim edirlər?

Ekspertlər bildirirlər ki, ermənilərin qərət edərək sərgiyə çıxaracağı xalçalar arasında yalnız Qarabağ xalçaçılıq məktəbinə aid xalçalar deyil, onlarla yanaşı, həm də Quba, Şirvan, Borçalı və sair bölgələrimizə aid xalçalar nümayiş etdiriləcək.  MİRAS İctimai Birliyinin rəsmi “Facebook” səhifəsində isə qeyd edilir ki, İkinci Qarabağ müharibəsi zamanı Şuşa Xalça Muzeyindən aparılan və İrəvanda sərgilənəcək Qarabağ xalçalarının sırasında “Talış”, “Açma-yumma”, “Atlı-itli”, “Bağçada güllər”, “Çələbi”, “Şabalıd buta” və digər Qarabağ xalçaları var.

  • “Ermənilər bizim milli xalça çeşnilərimizi də mənimsəyiblər, bunun əsasında xalçalar toxuyurlar”

MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli qeyd etdi ki, ümumiyyətlə, xalça, palaz, kilim toxuculuğu tərəkəmə həyat tərzi, xüsusilə türk xalqlarının həyatı ilə sıx bağlıdır. Çünki türk xalqlarının heyvandarlıqla məşğul olmaq imkanı olub, qoyun, keçi saxlayıb və nəticədə də xammal ehtiyatı mənbələrinə malik olublar, bu xammal mənbələrini isə çox nadir hallarda digər toplumlarla paylaşıblar, bütövlükdə, bunun istehsalı ilə özləri məşğul olduğundan, satışını da özləri həyata keçiriblər. Ona görə də xalçaçılıq sənətinin türk xalqları, xüsusən də tərəkəmə həyat tərzi keçirən türklərlə sıx bağlılığı olduğunu deyən F.Xəlilli hesab edir ki, bütün dövrlərdə, elə indinin özündə də bu proses davam edir. “Qaldı ki, ermənilərin bizim xalçalarımıza, kilim və palazlarımıza yanaşmalarına, ermənilər hər zaman azlıq olaraq türk toplumlarının çoxluq təşkil etdiyi bölgələrin yaxınlığında, yaxud şəhərlərində yaşamağa üstünlük veriblər. Çünki onlar bununla ticarətlə məşğul olmaq və şəhər həyatından istifadə etmək imkanları qazanıblar. Bu mənada dünyadakı ən böyük xalça kolleksiyalarının olduğu mərkəzlərə baxmış olsaq, onların bir çoxu ya bu xalçaları ermənilər vasitəsilə əldə ediblər, ya da o mərkəzlər birbaşa elə ermənilər tərəfindən qurulub. Məsələn, Gulbetyanın kolleksiyasına baxmış olsaq görərik ki, çoxçeşidlidir. Dünyada bu məsələ çox yaxşı şəkildə bilinir ki, bu xalça, kilim, palaz toxunması məsələsi əsasən türk toplumu ilə bağlıdır. Heç İran – fars da demək olmur, çünki böyük bir Anadolu coğrafiyası var ki, orada elə bizimkilər qədər fərqli və çeşidli xalça nümunələri toxunur, eləcə də Orta və Mərkəzi Asiya kimi bölgələrdə də xalça toxunuşu var. Bunun da hamısı yenə də türklərlə, tərəkəmə həyat tərzi ilə bağlıdır”.

F.Xəlilli qeyd etdi ki, ermənilər işğal dövründə həm  Qarabağda, həm də İrəvanda xalça sexləri yaradaraq orada müxtəlif Azərbaycan xalçaçılıq məktəbinə aid xalçalar toxuyublar. “İşğal dövründə ermənilərin xalça toxuma sexləri də vardı. Bilmirik, onların son dövrlər Şuşadan apardıqları xalçalar öz toxuduqlarıdır, yoxsa bizim qədimdən qalan xalçaları aparıblar. Bu araşdırılmalıdır. Gizlin deyil ki, işğal dövründə onsuz da onlar Qarabağ muzeylərinin bütün xalçalarını, eksponatlarını, materiallarını daşıyıb aparıblar. Bu 28-30 ildə onlar bizim xalçalarımızı yığıb aparıblar, qarət ediblər”.  

F.Xəlillinin sözlərinə görə, ermənilərin mənimsədikləri xalça çeşniləri bütün xalça məktəblərimizi əhatə edir. “Ermənilər yalnız Qarabağ xalçaçılıq məktəbinə aid xalçalarımızı qarət etməyiblər, onlar arasında fərqli məktəblərə aid xalça nümunələri var. Yəni sırf hansısa məktəbin xalçalarından istifadə etmirlər, ayrı-ayrı xalça məktəblərinin nümunələrini əldə ediblər. Azərbaycan xalçaçılıq məktəbi çox zəngindir və burada hər bir çeşninin öz gözəlliyi var. Deyim ki, ermənilər Quba, Şirvan, Bakı və sair xalça məktəblərinə aid xalça çeşnilərini özləri də toxuyur və “erməni xalçası” kimi təqdim edirlər. Ermənilər bizim milli xalça çeşnilərimizi də mənimsəyiblər, bunun əsasında xalçalar toxuyurlar. Hətta deyim ki, Qars, Ərdahan, Anadolunun xalça çeşniləri də ermənilər tərəfindən oğurlanaraq İrəvanda və başqa yerlərdə o çeşnilər əsasında xalçalar toxuyurlar. Ən böyük xalça ticarətçilərinin içində ermənilər də var”.

F.Xəlilli hesab edir ki, maddi irs qaçaqmalçılığı ilə bağlı məsələ mütləq Azərbaycan tərəfindən aktuallaşdırılmalıdır. “Son məsələ ilə bağlı bir siyasi iradəyə ehtiyac var ki, əsirlərin qaytarıldığı kimi, xalçalarımız da daxil olmaqla bütün daşınan mədəni irs nümunələrimiz geri qaytarılmalıdır. Ermənilər bizim maddi-mədəni irsimizi oğurlayıb, qaçaqmalçılıqla ələ keçiriblər. Hazırda Ermənistan kapitulyasiya edib. Ümumiyyətlə, hesab edirəm ki, yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə bir işçi qrupu yaradılmalı, Ermənistan tərəfindən mənimsənilən Azərbaycana məxsus olan bütün eksponatların qaçaqmalçılığı təsdiq olunmalı və onlar konkret olaraq geri qaytarılmalıdır. Bizim bu gün onları qaytarmaq üçün imkanlarımız daha çoxdur, ola bilsin, sabah bunu qaytarmaq üçün imkanımız olmayacaq. Biz bir-bir invertar kitablarında adları qeyd edilən və Ermənistan tərəfindən oğurlanan bütün eksponatlarımızın, daşınan maddi irs nümunələrimizin geri qaytarılmasını tələb etməliyik. Bu məsələ  aktualdır, bu istiqamətdə məqsədyönlü addımlar atılmalıdır” - deyə F.Xəlilli bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

03.10.2026 / 18:14
Suverenliyimizi müəyyən edən iki tarixi hadisə – İlham Əliyev tarixi ardıcıllıq qurdu

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:27
Rusiya Arazdəyəndən Naxçıvan sərhədinə dəmir yolunun çəkilişi üçün Ermənistandan cavab gözləyir...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ