çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Sevastopolda erməni lobbisi ilə çətin mücadilə vermiş Azərbaycandilli “Qobustan” radio proqramının 25 ili tamam oldu...

Image


Krım vilayətinin Sevastopol şəhər radiosunun “Qobustan” proqramının 25 yaşı tamam olur. 25 il bundan əvvəl ixtisasca müəllim olan Həbib Əliyev tərəfindən Azərbaycan həqiqətlərini, dövlətimizin və xalqımızın ədalətli mövqeyini ukraynalılara çatdırmaq üçün yaradılan “Qobustan”, sözün həqiqi mənasında, Sevastopolda Azərbaycanın gerçək səsinə çevrilib.

Mübtəla olduğu xəstəliyin müalicəsi ilə bağlı Azərbaycana gələn və müalicəsi başa çatdıqdan sonra  pandemiya ucbatından Sevastopola qayıda bilməyən Həbib Əliyev bir ildir ki, Azərbaycandadır, amma proqramın aparıcısı Leyli Kərimova “Qobustan”ın fəaliyyətini davam etdirir, dinləyicilərə Azərbaycanla bağlı maraqlı informasiyalar verir.

 “Qobustan” proqramının müəllifi və redaktoru, tanınmış jurnalist, təəssübkeş, vicdanlı, vətənpərvər insan olan Həbib Əliyev bizimlə söhbətində “Qobustan” proqramının bu 25 ildə keçdiyi şərəfli və çətin yoldan danışdı.

  • “Ümid edirəm ki, əlaqədar qurumlar, diaspor təşkilatlarımızın nümayəndələri səsimi eşidəcəklər”

1996-cı ildə Bakının Xətai rayonunda müəllim işlədiyini deyən H.Əliyev bildirdi ki, Azərbaycan həqiqətlərini yaymaq üçün Sevastopola gedib: “Ermənistanın Azərbaycana qarşı işğalçılıq planının reallaşdırılmasına başladığı 1988-ci ildən etibarən xalqımızın başına gətirilən müsibətlər, ərazilərimizin bir-birinin ardınca işğalı məni çox narahat edirdi. Hələ bu azmış kimi, cilddən-cildə girməkdə mahir olan ermənilər bizi borclu çıxarır, xarici ölkə mətbuatında ünvanımıza böhtanlar yağdırır, Azərbaycan xalqını vəhşi, qaniçən qəbilə kimi təqdim edirdilər. Ən çox təəssüf doğuran o idi ki, torpağı işğal edilən, hər şeyi ermənilər tərəfindən talan edilən, oğurlanan biz olduğumuz halda, xarici ölkə mətbuatı ermənilərin uydurmalarına inanıb azərbaycanlıları vəhşi adlandırırdı. Həmin dövrdə ulu öndər Heydər Əliyev xarici ölkələrdəki Azərbaycan diasporunun qarşısında ermənilərin bu fitnə-fəsadlarına qarşı yumruq kimi birləşməyi, Azərbaycan həqiqətlərini, xüsusilə ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri soyqırımı və işğalçılıq siyasətini dünya ictimaiyyətinə olduğu kimi çatdırmağı əsas vəzifə kimi qoymuşdu.

Açığını deyim ki, Ümummilli Liderin bu çağırışına qədər xaricdəki Azərbaycan diasporunun nümayəndələri pərakəndə fəaliyyət göstərir, yaşadıqları ölkələrdə Azərbaycan mədəniyyətinin təbliği ilə məşğul olmurdular. Nəticədə tarixi düşmənlərimiz bu boşluqdan istifadə edərək hər yerdə azərbaycanlıları vəhşi, mədəniyyətsiz xalq kimi təqdim edirdilər. Belə bir vaxtda ulu öndərin çağırışına cavab olaraq mən də qarşıma belə bir məqsəd qoydum ki, bu prosesdə yaxından iştirak etməliyəm. İş elə gətirdi ki, həmin vaxt Krımın Sevastopol şəhərində yaşayan bir tanışımdan məktub aldım. O, məni Sevastopolda yaşayan azərbaycanlı balaları üçün məktəb açmaq məqsədilə həmin şəhərə dəvət edirdi. 1996-cı ilin yanvarında məktəb açmaq məqsədilə Sevastopola getdim. Burada yerli diasporumuzun nümayəndələri ilə birlikdə azərbaycanlı uşaqlar üçün məktəb açdıq. Sevastopolda yaşadığım ilk gündən yerli radionun proqramlarını ardıcıl izləyirdim. Şəhər radiosunda ermənilərin xüsusi proqramı yayımlanırdı. Onlar vaxtaşırı verilişlərində haqqımızda təxminən belə deyirdilər: “Azərbaycanlılar vəhşi xalqdır. Onlar Sumqayıtda bizi kabab edib yemişlər. İndi isə Qarabağda demokratiya qalib gəlib. Qarabağ erməniləri Azərbaycanın zülmündən azad olublar. Özlərinin azad, demokratik respublikalarını qurublar”.

Bu düşüncələr içində radionun redaktorunun yanına getdim. Dedim ki, Bakıdan gəlmişəm, müəlliməm, ziyalıyam, sizə bir sualım var: mənə elə bir xalq göstərin ki, adamyeyən olsun? Redaktor cavabında dedi ki, dünyada belə bir xalq yoxdur. Dedim ki, əgər belədirsə, ermənilər azərbaycanlıları vəhşi, adamyeyən xalq kimi təqdim edir, siz isə susursunuz”.

H.Əliyev qeyd etdi ki, redaktor onu dinlədikdən sonra tədbir görüb. “Redaktor məsələdən xəbərdar olandan sonra bu verilişi hazırlayan jurnalistləri danladı, erməni cəmiyyətinin nümayəndələrinə belə bir verilişi efirə verdikləri üçün telefon vasitəsilə kəskin iradını bildirdi. Mən redaktora yerli radioda Azərbaycanla bağlı proqramın açılmasını təklif etdim. Cavabında redaktor dedi ki, biz heç kimin yolunu kəsməmişik, buyurun gəlin, proqram açın. Bir şərtlə ki, efirə münaqişəli verilişlər vermək olmaz. Yalnız mədəniyyətinizi təbliğ edə bilərsiniz. Mən də öz növbəmdə söz verdim ki, efirdə Azərbaycan mədəniyyətindən bəhs edən verilişlər səsləndirəcəyəm. Siz də görəcəksiniz ki, Azərbaycan xalqı necə yüksək mədəniyyətə, zəngin tarixi keçmişə, böyük istedada malik xalqdır”.

Beləliklə, 1996-cı ilin sonlarında “Qobustan” proqramı Səməd Vurğunun lirikası ilə efirə çıxır, bunun ardınca isə növbəti proqramlarda muğam sənəti, aşıq musiqisi, Azərbaycanın klassik və müasir şairlərinin poeziya örnəkləri, onlar haqqında informasiyalar, Azərbaycan həqiqətləri, ermənilərin əsassız torpaq iddiaları, torpaqlarımızı işğal etməsi faktları dinləyicilərə Azərbaycan və rus dillərində çatdırılır. “Mən fəaliyyətə başladığım andan “Qobustan” proqramı vasitəsilə xalqımızın mədəniyyəti ilə bağlı silsilə, maraqlı verilişlər təqdim edirdim. Bu, mənim üçün olduqca qürurlu və sevindirici hal idi. Təəssüf ki, bir neçə aydan sonra ermənilərin təxribatı nəticəsində radio bağlandı. Guya mən münaqişə yaradıram, siyasətlə məşğulam.

Mən yenidən redaktorla görüşdüm və məsələnin nə yerdə olduğunu söylədim. Onunla söhbətimdə konkret faktlar əsasında xalqlarımızın dostluğundan danışdım. Redaktor radionun açılmasına çalışacağını bildirdi. Hər şey aydınlaşandan sonra “Qobustan” proqramının fəaliyyəti yenidən bərpa olundu... Düz 25 ildir ki, “Qobustan” proqramı Sevastopolda Azərbaycanın səsinə çevrilib. Proqramın 25 illiyidir. Ən böyük arzum odur ki, yenidən Sevastopola qayıdıb mənim üçün əvəzsiz dəyərə malik olan “Qobustan”ın Azərbaycan dilində verilişlərini efirə verim, hazırda proqramın rus variantı efirə gedir. Aparıcısı Leyli Kərimovadır. Mən “Qobustan”ı yaradandan indiyə qədər öz işimi canla-başla, ürəklə həyata keçirmişəm.

Proqramda milli tariximizi, mədəniyyət və  incəsənətimizi təbliğ etmişəm, Azərbaycanın dövlət maraqlarını müdafiə etmişəm, onu insanlara çatdırmışam, Muğamlarımız, aşıq sənəti, tariximiz, ədəbiyyatımız, o cümlədən, bütün milli-mənəvi dəyərlərimizlə bağlı maraqlı məlumatları dinləyicilərə  təqdim etmişik. İndiyə qədər bu işləri təmənnasız görmüşəm, heç kəsin yardımını görməmişəm. Maddi sıxıntım olmasına baxmayaraq, bu proqrama maddi cəhətdən kömək edən olmayıb. Ümid edirəm ki, indən sonra bəlkə yardım edən, dəstək göstərənlər olar. Təsəvvür edin ki, Krım vilayətində nə qədər azərbaycanlı iş adamı var, onlar istəsələr, bundan sonra proqrama dəstək olarlar, çünki buna böyük ehtiyac var. Amma indiyə qədər olmayıblar. Mənim də əməkhaqqı almağa ehtiyacım var. Bilirsiniz ki, “Qobustan”dan başqa iş yerim yoxdur, oradan da maaş almıram. Bu 25 ildə müəllifi, redaktoru və aparıcısı olduğum “Qobustan” proqramını ictimai əsaslarla hazırlamışam, buna görə əməkhaqqı almamışam, xidmətlərim, gördüyüm işlər göz qabağındadır. Çox arzu edərdim ki, mənə də Prezident təqaüdü verilsin. Mənim maddi dəstəyə ehtiyacım var ki, gedib proqramın Azərbaycandilli versiyasını yenidən efirə hazırlayım. Amma maddiyyat problemindən və pandemiya ucbatından hələ ora gedib çıxa bilməmişəm. Ümid edirəm ki, əlaqədar qurumlar, diaspor təşkilatlarımızın nümayəndələri səsimi eşidəcəklər” - deyə H.Əliyev qeyd etdi.

O vurğuladı ki, “Qobustan”ın fəaliyyəti Sevastopolun yerli qurumları tərəfindən həmişə yüksək qiymətləndirilib və proqram bir sıra mükafatlara layiq görülüb.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ