çərşənbə günü, 07 oktyabr 2026
     

Prezident azad edilmiş rayonlarımızın statusunu həm də belə müəyyən etdi - “Yaşıl zona”...

Image


“...Mən artıq bəyan etmişəm ki, azad edilmiş ərazilər bütövlükdə yaşıl enerji zonası olmalıdır, buna imkan var. Bizim su resurslarımız kifayət qədər geniş həcmlidir. Eyni zamanda, günəş və külək enerjisi növlərinin yaradılması üçün imkanlar var. Xarici tərəfdaşları, investorları bu işlərə mütləq cəlb etmək, yerli şirkətlərə şərait yaratmaq lazımdır. Azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf ərazisi olmalıdır.

Yaşıl enerji zonası ilə bərabər, kənd təsərrüfatında ən müasir texnologiyalar tətbiq edilməlidir. Nəzərə alsaq ki, azad edilmiş ərazilərdə torpaqlar çox münbitdir, həm bitkiçilik, həm heyvandarlıq üçün çox böyük imkanlar var, çox böyük örüş sahələri var, orada kənd təsərrüfatının ən müasir texnologiyalar əsasında inkişafı mütləq təmin edilməlidir. Biz bu işi indidən planlaşdırmalıyıq ki, məhsuldarlıq yüksək olsun”. Bunu Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

  • İlqar Orucov: “Bu o deməkdir ki, işğaldan azad edilən əraziləri yaşıl enerji zonasına çevirmək dövlətin əsas hədəflərindən, prioritet məsələlərdən biridir”

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, Gənc Alim, Aspirant, Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyevin  yeni nazirə azad olunmuş zonalarda yaşıl enerji zonasının yaradılması barədə verdiyi tapşırıqların çox mühüm əhəmiyyəti var. İ.Orucovun fikrincə, yaşıl enerji zonasının yaradılması üçün azad edilmiş ərazilərimizin, rayon və kəndlərimizin seçilməsi təsadüfi deyil. 28-30 il düşmən işğalında olduğu dövrlərdə ərazilərimizdə ermənilərin böyük ekoloji terror törətdiyini qeyd edən İ.Orucovun sözlərinə görə, düşmən bizim ərazilərimizdə bütün infrastruktura, o cümlədən də yaşıllığa qarşı terror törədib, hər şeyi məhv edib: “Bilirsiniz ki, azad olunmuş ərazilərimizdə işğal dövründə ermənilər bütün mənalarda vandallıq aktları törədiblər. Orada təkcə yaşayış binaları, evlər dağıdılmayıb, həm də bütün infrastruktur məhv edilib. Ermənilər tərəfindən həmin ərazilərimizin ekologiyasına çox böyük zərbə vurulub, meşələr yandırılıb, qırılıb, bir sözlə, bütün ərazilərimiz, sözün həqiqi mənasında, xarabazarlığa çevrilib. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərimizin inkişaf etdirilməsi ilə bağlı Azərbaycan dövlətinin artıq kompleks tədbirlər planı hazırlanıb. Bu tədbirlər planının başlıca şərtlərindən biri odur ki, həmin ərazilərin ekologiyası bərpa olunsun. Cənab Prezidentin nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirini qəbul edərkən ona tövsiyələri, tapşırıqlarından biri  bundan ibarət oldu ki, azad edilmiş ərazilərdə, bütövlükdə, yaşıl enerji zonası yaradılmalıdır, həmin ərazilərin ekologiyasının bərpasında işlər görülməlidir. Xüsusilə də kəndlər, qəsəbələr, rayonlar, yaşayış məntəqələri yenidən qurularkən, bərpa edilərkən orada yaşıl texnologiyalardan istifadə edilməlidir. Yaşıl texnologiya nədir? Bölgənin enerji resursları günəş, külək enerjisindən istifadə etməklə təmin edilsin, bütövlükdə, işğaldan azad edilmiş ərazilərin yaşıllaşdırma məsələləri həll olunacaq. Burada söhbət ondan gedir ki, bərpa zamanı ekologiyaya zərər verə biləcək köhnə ənənəvi yanaşmalar ortaya qoyulmasın və xüsusən də ölkənin təbii resursları bizə imkan verir ki, həmin ərazilərdə biz külək, günəş və sair stansiyaları inşa edək, bu enerjilərdən bəhrələnə bilək. Əslində, cənab Prezidentin tapşırığı bu istiqamətdədir. Ümid edirəm ki, həmin ərazilər yenidən bərpa edilərkən, şəhərlər, kəndlər, yaşayış məntəqələri qurularkən müasir texnologiyalardan istifadə ediləcək. Fikir verdinizsə, cənab Prezident “ağıllı kənd”, “ağıllı şəhər” layihəsini və ondan istifadəni xüsusi vurğuladı. Bilirsiniz ki, dünyanın inkişaf etmiş ölkələrində, xüsusən də ekologiyanın qorunmasına önəm verən dövlətlərdə bu kimi yeni texnologiyalardan istifadə olunur. Bu texnologiyaların da tətbiqində başlıca məqsəd ondan ibarətdir ki, ekologiya daha az çirkləndirilsin, ekologiyanın qorunması məsələlərinə daha çox əməl edilsin. Bu baxımdan, ölkə başçısının da vurğuladığı kimi, işğaldan azad edilən ərazilərimizdə yeni texnologiyaların tətbiq edilməsi Azərbaycan dövlətinin əsas hədəflərindəndir. Əlbəttə, bütün bunlar alqışlanmalıdır və mən buna çox böyük önəm verirəm. Azad olunmuş ərazilərimiz bərpa edilərkən cənab Prezidentin verdiyi bu tapşırıqlar tam olaraq icra ediləcək və həmin ərazilərimizdə yaşıl enerji zolağı salınacaq. İşğaldan azad edilən Qarabağ zonası xüsusilə yaşıl texnologiyaların tətbiqi istiqamətində Azərbaycanda bir ilkin əsasını qoyacaq. Bu o deməkdir ki, işğaldan azad edilən əraziləri yaşıl enerji zonasına çevirmək dövlətin əsas hədəflərindən, prioritet məsələlərdən biridir. Azərbaycan dövləti mütləq mənada bu hədəfə də çatacaq”.

İ.Orucovun sözlərinə görə, yaşıl texnologiyanın tətbiqi ilə bağlı azad edilmiş rayonlarımızda daha çox imkanlar var. “Burada bütün şəhərlər, kəndlər dağıdılıb, binalar qalmayıb. Hətta biz qələbə qazanarkən bayraq asmaq üçün rayonlarımızda bir salamat bina belə tapa bilmirdik. Füzulini, Ağdamı düşmən tamamilə dağıdıb. İşğaldan azad edilən kəndlər, rayonlar yenidən sıfırdan qurulacaq və onlar yenidən qurulan zaman burada yeni infrastrukturun qurulması zamanı əlbəttə ki, mütləq mənada yeni texnologiyaları tətbiq etmək üçün xeyli imkan var. Yəni onu digər rayon və kəndlərdə etmək mümkün deyil, çünki orada qurulmuş infrastruktur buna imkan vermir. Ancaq  bərpa ediləcək, yenidən qurulacaq yaşayış məntəqlərində proses sıfırdan başlayacağı üçün artıq orada yaşıl texnologiyaların tətbiqi və bütövlükdə, ekologiyanın qorunması istiqamətində yeniliklər etmək mümkün olacaq. Bu baxımdan, hesab edirəm ki, biz işğaldan azad olunmuş ərazilərimizi, kəndlərimizi, şəhərlərimizi yaxın gələcəkdə tamamilə ən müasir, ən modern, dünyanın inkişaf etmiş ölkələrinin tətbiq etdiyi standartlar səviyyəsində görə biləcəyik. Cənab Prezidentin azad edilmiş rayonlarımıza yeni “Yaşıl enerji zonası” statusu verməsi çox mühüm məsələdir və biz tezliklə müasir texnologiyalardan istifadə edilməklə həmin ərazilərimizdə yaşıl enerji zonalarının qurulmasının şahidi olacağıq” - deyə İ.Orucov bildirdi.

İradə SARIYEVA 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ