Qondarma "Artsax nazirinin" müraciəti – əslində, BMT və YUNESKO-nun özü aşağılanır…

Tural İrfan: “Ermənilər bu cür məktubları yazmaqla diqqəti öz vəhşiliklərinin üzərindən kənara yönəltməyə çalışırlar”

img

Özünü qondarma “Artsax”ın “xarici işlər naziri” adlandıran David Babayan BMT Baş katibinə və YUNESKO-nun direktoruna, güya Azərbaycan tərəfindən Dağlıq Qarabağdakı dini-mədəni irsin dağıdılması ilə bağlı müraciət edib. Sözügedən instansiyalarla ünvanlanan məktubun mətni başdan-ayağa kimi yalan üzərində qurulub.

Bu xüsusda qeyd edilir ki, güya belə dağıntılar 1997-2006-cı illərdə Naxçıvanın Culfa rayonunda və 1992-1994-cü illər ərzində Dağlıq Qarabağ ərazisində həyata keçirilib. Saxta “nazir” hətta ağlına gələn rəqəmləri belə səsləndirərək iddia edir ki, həmin illər ərzində 167 erməni kilsəsi, 8 monastr kompleksi, 123 qəbiristanlıq dağıdılıb.

Aydındır ki, bütün bunlar ağ yalandan başqa nəsə deyil. Çünki həmin illər ərzində ermənilər işğal altında saxladıqları Azərbaycan ərazilərindəkli dini-mədəni irsi tammailə məhv ediblər. Belə olan halda, ermənilərin mötəbər qurumlara ünvanladıqları aşkar yalanların əks olunduğu şikayəti elə BMT və YUNESKO-ya qarşı hörmətsizlik kimi dəyərləndirmək olarmı?

İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilər dünyada böhtan və şərlə öz əsassız iddialarını sübut etməyə çalışan millət kimi tanınıblar: “Dini abidələrə olan münasibətlə bağlı məsələdə də eyni siyasəti yürüdürlər. Hətta  Xocalı faciəsi ilə bağlı faktları belə dünyaya nümayiş etdirib, güya həmin vəhşiliyin onlara qarşı törədildiyini diqqətə çatdırmağa çalışıblar. Ermənilər üçün xarakterik haldır. Bir daşın üstünə nəsə yazıb yerə basdırırlar və sonra çıxarıb deyirlər ki, güya bu onların min illik tarixinə aid olan məsələdir. Dini abidələrin dağıdılması ilə bağlı cinayətləri ermənilər bizə qarşı törədib. Bütün bunlar konkret faktlarda öz əksini tapıb. Bizim ərazilərimiz onların işğalında olubsa, deməli deyilən vəhşilikləri onlar törədə bilər, biz yox. Son günlərdə şahidi olduq ki,  Xurşudbanu Natəvanın məzarını dağıdıb sümüklərini çıxarıblar. Belə vəhşiliklər tam erməni xislətinə uyğundur. Ermənilərin məktubları ünvanladığı instansiyalar  belə yalançı təqdimatı özləri üçün təhqir saymalıdır. Bundan əlavə, yaxşı olar ki, həmin beynəlxalq qurumlar uzun illərdi Azərbaycanın dini-mədəni irsin dağıdılması ilə bağlı təqdim etdiyi faktları araşdırsınlar. Ermənilərin hərəkətlərini İŞİD-lə müqayisə etmək olar. Dünyada İŞİD-in vəhşiliyinə qarşı necə mübarizə aparılırsa, ermənilərə qarşı da analoji mübarizə olmalıdır. Ermənilər bu cür məktubları yazmaqla diqqəti öz vəhşiliklərinin üzərindən kənara yönəltməyə çalışırlar. Mən istərdim ki, Qafqaz Müsəlmanları İdarəsi xüsusi fəallıq göstərsin. Ancaq biz, təəssüf ki, bu qurumun passivliyini müşahidə edirik. Həmin təşkilatlarla ciddi iş aparılmalıdır. Ermənilərin bütün addımlarına qarşı ciddi arqumentlər təqdim edilməlidir”.

Ekspertin sözlərinə görə, Ermənistana qətiyyən imkan vermək olmaz ki, bizi bu məsələdə də qabaqlasınlar: “Ermənilər yalanı daha yaxşı təbliğ etməyi bacardıqları üçün həmin təşkilatlarla işlənilməlidir. Bütün dünyaya Errmənistanın vandallığını nümayiş etdirməliyik”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər