çərşənbə günü, 07 oktyabr 2026
     

"Heydər Əliyev Fondunun yeni layihəsi Böyük Qayıdışı daha da yaxınlaşdırır" - Vüqar Rəhimzadə

Image


«İkinci Qarabağ müharibəsi nəticəsində  yeni reallıqlar yaradan Azərbaycan nəinki bölgəni, bütövlükdə dünyanı erməni faşizmindən xilas etdi.  Azərbaycan tarixi torpaqlarını işğaldan azad etməklə, XXI əsrin müharibə salnaməsinə yeni parlaq səhifələr yazdı. İşğaldan azad edilən ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklər, dağıntılar bir daha Azərbaycanın 30 ildə necə dağıdıcı erməni faşizmi ilə üz-üzə qaldığını bütün dünyaya nümayiş etdirdi.

Tarixi və dini abidələrimizi yerlə-yeksan etməklə bütün izləri itirməyə çalışan erməni vandalları unutdular ki, bu torpaqların sahibi var və Qarabağ gec-tez öz sahibinə qayıdacaq, yenidən cənnət məkana çevriləcək. Ən əsası yağı düşmən tarixi nə qədər saxtalaşdırmağa, bu ərazilərin Azərbaycana məxsus olduğunu nə qədər inkar etməyə çalışsa da, tarix saxtakarlığı sevmədiyindən həqiqətin qalib gələcəyi, beynəlxalq hüququn bərpa ediləcəyi heç kimdə şübhə doğurmurdu. Çünki dövlətimizin başçısı İlham Əliyev nəyi nə zaman edəcəyini yaxşı bilirdi. Zaman gəldi və Azərbaycan gücləndi, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı, Azərbaycan əsgərinə “İrəli!” əmri verildi və 44 gün həqiqət anı kimi bütün qaranlıq məqamlara işıq saldı. Artıq Dağlıq Qarabağ münaqişəsi arxada qalıb, əzəli Azərbaycan torpaqları hazırda quruculuq və bərpa dövrünü yaşayır. İşğal olunmuş ərazilərdə 70 məscidi dağıdan, islami dəyərlərə, müsəlmanlara qarşı vandalizm siyasəti yürüdən ermənilər vəhşiliklərini gizlətməyə çalışsalar da, artıq özləri də bunun mümkünsüzlüyünün şahididirlər. İşğaldan azad edilmiş ərazilərimizi ziyarət edən, erməni silahlı qüvvələrinin törətdikləri cinayətlərdən dəhşətə gələn beynəlxalq təşkilatların nümayəndələri və digər xarici qonaqlar bir daha Qarabağ torpaqlarında heç yerdə görmədikləri faciənin, vandalizmin şahidi olduqlarını etiraf edirlər.»

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Möhtərəm Prezidentimiz İlham Əliyevin tarixi və dini abidələrimizin bərpası ilə bağlı göstərişlər verdiyini, bu məsələdə Heydər Əliyev Fondunun fəal rol oynayacağını xüsusi vurğuladığını önə çəkən V.Rəhimzadə bildirib ki, Fond fəaliyyətə başladığı gündən ölkəmizdə müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir: «Fondun tarixi, dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan tarixi, dini abidələrimizin, o cümlədən məscidlərimizin bərpası layihəsinin həyata keçirilməsinə başlaması Böyük Qayıdışa misilsiz dəstəkdir. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcək. İşğal illəri ərzində Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış dini ibadət yerlərinin bərpası üzrə müvafiq işlərə artıq başlanılmışdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəsmi “İnstagram” səhifəsindəki paylaşımında da bildirilir ki, bu günlər hər kəs Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayır. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir. Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşlar. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır. Paylaşımda bu əminlik ifadə edilir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb yaradacaqlar.»

V.Rəhimzadə diqqəti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İkinci Qarabağ müharibəsi dövründə özünün rəsmi “Twitter”, “İnstagram” səhifələrində etdiyi paylaşımlara yönəldərək bildirib ki, bu arzu hər zaman ifadə edilirdi ki, Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin. Bu istəyimizin gerçəkləşməsi üçün isə belə bir çağırış edilirdi ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur.

Baş redaktor dəmir yumruğun Qələbəmizin rəmzi seçilməsinin təsadüfi olmadığını da bildirərək vurğulayıb ki,  bu yumruq həm gücümüz, həm də birliyimizdir: «Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş torpaqlarımıza səfərləri, hər anın videogörüntülərinin çəkilməsi və Mehriban xanım Əliyevanın paylaşımlar etməsi Qələbə sevincinin doğurduğu qürurun aydın mənzərəsini yaradır. Möhtərəm Prezidentimizin ailə üzvləri ilə birlikdə Qarabağın tacı Şuşamıza səfəri, Cıdır düzündə cay süfrəsi arxasından ünvanladığı mesajlar da bu qürurun təqdimatı oldu. Dövlətimizin başçısı İlham Əliyev Vətən müharibəsi dövründə müsahibələrində  “Şuşasız bizim işimiz yarımçıq olar” fikrini təsadüfən söyləməmişdir. Şuşaya səfəri zamanı isə bu fikirlərin davamı olaraq “Şuşanı Cıdır düzüsüz, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil” fikrini bildirdi. Bu çağırışlar özlüyündə öz tarixi sahibinə qayıdan torpaqlarımızın bərpası işinin necə yüksək səviyyədə təşkil olunacağının, «Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!» reallığının daim qorunub saxlanılacağının təsdiqidir.»

Vüqar Rəhimzadə bildirib ki, Heydər Əliyev Fondu daim Azərbaycanın mədəni irsinin təbliğinə böyük töhfələr verib: «Mehriban xanım Əliyevanın 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ICESCO-nun xoşməramlı səfiri seçilməsi Azərbaycan mədəniyyəti üçün tarixi nailiyyət, əlamətdar hadisələr kimi dəyərləndirilib. Bu, Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılmasına yeni üfüqlər açılması demək idi. Muğam və aşıq sənətlərinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESCO-nun nadir, şah əsərləri sıyahısına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında əməkdaşlığın davamlılığına xidmət edən töhfələrdəndir. Azərbaycanın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu açıq şəkildə göstərən Qobustan abidələrinin UNESCO-nun dünya mədəni və təbii irsinin qorunması siyahısına daxil olmasında da Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri vardır. Mehriban xanımın fəaliyyəti təkcə milli-mənəvi dəyərlərin, Azərbaycanın mənəvi və qeyri-maddi irsinin dünya miqyasında təbliğinə deyil, eyni zamanda, dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəlib. 2019-cu ildə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər sırasında özəlliyi ilə diqqət çəkən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ölkəmizdə keçirilməsində də Azərbaycanın Birinci vitse-prezidentinin rolu misilsizdir. Mehriban xanım Əliyevanın ICESCO-nun xoşməramlı səfiri kimi müsəlman dünyasının birliyi, həmrəyliyi istiqamətində atdığı addımlar da  təqdirəlayiqdir. O, həmçinin müxtəlif mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşən, tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən Azərbaycanın bu mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində də davamlı addımları ilə diqqət çəkir. Azərbaycanın bu gün Qərblə Şərq, Qərblə İslam dünyası arasında önəmli, etibarlı körpü rolu oynamasında, sivilizasiyalar və mədəniyyətlərarası dialoq sahəsində bir çox ölkələrə nümunə olması haqqında dünya ictimaiyyətinin müsbət təsəvvürünün formalaşmasında dövlətimizin başçısı İlham Əliyevlə yanaşı, Mehriban xanım Əliyevanın da böyük xidmətləri vardır.

Baş redaktor bu məqamı da xüsusi qeyd edib ki, münaqişənin həllində əhəmiyyətli rol oynayan informasiya müharibəsinə Heydər Əliyev Fondunun töhfələri böyükdür: «Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün müxtəlif dillərdə kitablar nəşr olunub. Bu vəsaitlərdə Qarabağın tarixi, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, Ermənistanın işğalçı, terrorçu dövlət olması, Xocalıda XX əsrin ən dəhşətli soyqırımını törətməsi, erməni terror təşkilatlarının dinc azərbaycanlılara, türklərə qarşı vəhşilikləri barədə geniş məlumatlar öz əksini tapır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın həyata keçirdiyi «Xocalıya ədalət!» beynəlxalq kampaniyası çərçivəsində dünya ermənilərin əsl simasını görməklə yanaşı, bir sıra ölkələrin parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanıdı.

«Atılan hər bir addım bugünkü Qələbəmizi şərtləndirdi» söyləyən V.Rəhimzadə bildirib ki, Azərbaycanın diplomatik mübarizədə əldə etdiyi uğurlar 44 günlük müharibədə Zəfərinə, eyni zamanda, 10 noyabr üçtərəfli razılaşmasına yol açdı. Xalqımız dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində Böyük Qayıdış proqramının qısa zamanda gerçəkləşəcəyinə, cənnət Qarabağımızda tarixi və dini abidələrimizin bərpa olunacağına, Vaqif Poeziya Günlərinin, “Xarı bülbül” festivalının bərpa ediləcəyinə əmindir.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ