Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan qoşunları tərəfindən işğal edilib. Bunu Xarici işlər naziri Ceyhun Bayramov öz “Twitter” səhifəsində yazıb.
Nazir xatırladıb ki, azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirilib: “27 il Qubadlısız. Rayon 1993-cü il avqustun 31-də Ermənistan qoşunları tərəfindən işğal edilib və azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirilib. Azərbaycanın bütün işğal olunmuş əraziləri, o cümlədən Qubadlı azad ediləcək və yerli azərbaycanlılar öz evlərinə qayıdacaq!”