Cümə günü, 23 oktyabr 2026
     

Xaricdə Azərbaycan diasporunun və dövlətçiliyimizin əleyhinə işləyən antimilli bloqerlər - “televizyonşiklər” dəstəsi...

Image


Məlum olduğu kimi, ermənilərin Tovuz təxribatından sonra dünyanın bir çox ölkəsində ASALA-nın törəmələri olan erməni millətçiləri diaspor təmsilçilərimiz olan soydaşlarımıza hücumlar etdilər.

Təbiidir ki, diaspor fəallarımız onların hücumlarını cavabsız qoymadı. Soydaşlarımızın bu fədakarlığı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən böyük rəğbət hissi ilə qarşılandı.

  • Ermənipərəst mövqelərindən sonra bədnam yutuberlər tamaşaçılarını sürətlə itirir...

Ancaq bəzi “sapı özümüzdən olan baltalar” bu məsələdə də ermənilərin mövqeyindən çıxış etdilər. Xüsusilə də özünə bloger adını qoyan və xaricdə oturub daima Azərbaycan dövlətini təhqir edən bəzi yutuberlərin bu istiqamətdə “fəallığı” nəzərə çarpdı. Gündüzlər xaricdə öz qaranlıq işlərini görən, gecələr isə şəxsi kanalları vasitəsilə ölkəmizin simvollarını təhqir edən bu adamlar son rəzilliklərini mill məsələdə belə dövlətlərinin yanında olmamaqları ilə sübut etdilər. Onlara olan ictimai qınağın ən bariz göstəricisi isə verilişlərinə olan baxış saylarında özünü dərhal göstərməyə başladı. Müşahidələrimiz göstərdi ki, ermənipərəst mövqelərindən sonra onların verilişlərinə baxış sayında kəskin eniş dinamikası müşahidə olunmağa başlayıb.

  • Azərbaycana düşmən dairələrdən maliyyələşənlər...

Acı təəssüf doğuran faktlardan biri də odur ki, baş nazir Nikol Paşinyana qarşı amansız mübarizə aparan erməni blogerlər və xaricdə yaşayan siyasi mühacirlər Ermənistana qarşı hər hansı bir tənqidi fikir səsləndirmədilər, əksinə, Azərbaycana qarşı hər bir ermənini birliyə çağırdılar. Xüsusilə qeyd etmək yerinə düşər ki, hansı ölkədə yaşamalarından asılı olmayaraq, erməni erməniliyində qalır. Nə qədər bir-birinə rəqib olsalar da, Azərbaycanla mübarizə məsələsində birləşirlər. Amma bizim xaricdəki bəzi müxalifətçilər belə həssas və məsuliyyətli məqamda birliyə və erməni təcavüzünə qarşı həmrəy olmaq əvəzinə Azərbaycan hökumətini ləkələməyə və rəsmi Bakını ittiham etməyə başladılar. Bütün bu hərəkətlər bir daha təsdiqləyir ki, belə satqın adamların ermənipərəst qüvvələrə bağlılıqları var və Azərbaycana düşmən olan dairələr tərəfindən maliyyələşirlər. ABŞ-da və Belçikada ermənilərin təxribatları daha aydın şəkildə müşahidə edildi. Radikal qüvvələr tərəfindən çoxsaylı aksiya iştirakçılarına fiziki güc tətbiq olundu, onlara xəsarət yetirildi, sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqları pozuldu.

  • ABŞ hakimiyyəti etiraf etdiyi, səfir azərbaycanlılardan üzr istədiyi halda, Sevinc Osmanqızı...

Belçikada keçirilən dinc aksiyada jurnalist xanıma xəsarət yetirildi. Ancaq  Sevinc Osmanqızı kimilər Azərbaycanı qaralamağa can atırlar. Ermənilərin Los-Anceles terrorunu ABŞ hakimiyyəti etiraf etdiyi, səfir azərbaycanlılardan üzr istədiyi halda, Sevinc Osmanqızı ermənilərin günahkar olmadığını “sübut” etməyə çalışdı. Bu qəbildən olan diasporumuzun üz qaraları xaricdəki həmvətənlərimizin Ermənistanın işğalçılıq siyasətinin əleyhinə olan aksiyalarını xuliqanlıq, quldurluq, vətənşüvənlik kimi qələmə verməyə çalışdılar. Həmin hadisələr zamanı canlı yayımda çıxış edən Sevinc Osmanqızı, şübhəsiz, erməni siyasi mətbəxinin tezisləri əsasında danışaraq deyirdi ki, sizi inandırıram, heç erməni tərəfində belə təxribat niyyəti yoxdur və bu gün sivil mübarizə qaydasını pozan, bu qarşıdurmanı təşkil edən rəsmi Bakıdır. Azərbaycan dövlətinin və xalqının ünvanına yağdırılan bu şər-böhtanın adı açıq düşmənçilikdən başqa bir şey deyil. Sevinc Osmanqızı ilə yanaşı, Ramiz Yunus, Cəmil Həsənli, Tural Sadıqlı kimi “sapı özümüzdən olan baltalar” da bu cür iyrənc fikirləri bölüşdülər. Bu şəxslər azərbaycanlıların vətənpərvərlik aksiyalarını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışır, bununla da, necə deyərlər, ermənilərin dəyirmanına su tökür, onların cinayətkar əməllərinə bəraət qazandırmağa cəhd edirlər. Əlbəttə ki, Azərbaycan xalqı xarici ölkələrə sığınıb dövlətimizə və millətimizə böhtan atan bu ünsürlərin əsl riyakar, xain mahiyyətinə dərindən bələddir. Amma istənilən halda diqqətli olmaq, antimilli ünsürlərin çirkin planlarının reallaşmasına imkan verməmək lazımdır.

  • Samir Adıgözəlli: “...ermənilərə verilən cavablarda üzərinə söyüş mühacirləri adını götürmüş şəxslərin “imzasına” rast gəlmədik”

Xaricdəki diasporumuzda olan bu azğın xəttin təmsilçilərinin hərəkətlərini kəskin qınayan diaspor fəalı, Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu qəbildən olan adamlar iddia edirlər ki, güya Azərbaycanda daha yaxşı şəraitin yaradılması, insan haqlarının qorunması istiqamətində çalışırlar:“Əslində isə onlar iddia etdikləri amallar uğrunda mücadilə etmirlər. Biz illərdir deyirik ki, bu adamlar antimilli, antidövlətçi xətti tutublar. Bu vaxta qədər müxtəlif üsul və vasitələrlə maskalanmağa çalışırdılar. Belə böhranlı hallar ortaya çıxanda əsl simalarını göstərməkdən də çəkinmədilər. İndiki halda həmin şəxslər Ermənistanın Azərbaycana açıq təcavüzünü belə gözardı edirlər. Onlar Ermənistanla bağlı tənqidi fikir söyləməkdən belə çəkinirlər. Dünyanın müxtəlif şəhərlərində azərbaycanlıların küçələrə çıxıb ermənilərə etiraz etməsini də antimilli mövqedən yozmağa çalışırlar. Hətta Sevinc Osmanqızı utanmadan deyir ki, bu məsələlərdə ermənilərin günahı yoxdur, belə qarşıdurmaları Azərbaycan hökuməti təşkil edir. Bir insan öz millətinə, dövlətinə nə qədər nifrət etməlidir ki, belə bir məqamda bu cür yalan yaymaqla düşmənimizin dəyirmanına su töksün? Bu onların əsl siması və mahiyyətidir. Biz həmişə demişik ki, müxalifətçilik etmək istəyənlər bu fəaliyyəti ölkənin içində etsələr yaxşı olar. Qəbul edək ki, müəyyən səbəblərdən ölkə xaricində də müxaliflik edənlər var. Ermənistanın bizə hücum etməsi, ərazilərimizi işğal etməsində heç bir müxaliflik ola bilməz. Burada biz bütün siyasi maraqları kənara qoyub, Ali Baş Komandanın ətrafında sıx birləşməliyik. Təəssüflər olsun ki, belə məqamlarda adı keçən şəxslər düşmənə cavab vermək əvəzinə, ona dəstək olurlar. Artıq bunu görənlər başa düşür ki, belə adamların arxasınca getmək doğru deyil”.

Diaspor fəalının sözlərinə görə, tarixdən məlumdur ki, ermənilər ASALA və digər terror qruplaşmaları ilə türk diplomatlarına, digər ölkələrin vətəndaşlarına həmişə bu kimi hücumlar edib, terrorlar törədiblər: “Bu gün də Ermənistan dövləti, eyni zamanda onun xaricdə dəstəklədiyi ASALA terror təşkilatı tərəfindən vətəndaşlarımıza hücumlar edilir. Bir neçə gün əvvəl isə analoji hücuma ABŞ-dakı soydaşlarımız məruz qaldı. Ermənilərin bu vəhşilikləri bütün dünyada yaşayan soydaşlarımızı bərk hiddətləndirib. Təəssüflə qeyd etməliyik ki, biz ermənilərə verilən cavablarda xarici ölkələrdə oturub üzərinə söyüş mühacirləri adını götürmüş və daima ölkəmizin atributlarını təhqir edən şəxslərin “imzasına” rast gəlmədik. Onların indiyə qədərki fəaliyyət tezislərini, səsləndirdikləri bəyanatları analiz edin. Bilirsiniz nəyi görəcəksiniz? Ermənilərlə tam sinxronluq. Buna görə də cavab vermirlər. Necə olur ki, həmin adamlar Azərbaycanın bir uğuru olan kimi gedib məhz həmin ölkələrdə aksiyalar keçirib etiraz səslərini ucaldırdılar, indi niyə yoxdurlar? Bu cür hadisələr kimin hansı niyyətlə fəaliyyət göstərdiyinə tam işıq salmış olur. Yeri gəlsə, onların köməyinə heç ehtiyacımız da yoxdur. Son hadisələr göstərdi ki, artıq diasporumuz vahid mövqedən çıxış etməyi bacarır. Əminəm ki, dövləti sevən adamların resursları ilə biz erməniləri tam məğlub edəcəyik.

  • “Ordumuzun 12 iyulda ermənilərə verdiyi dərsi biz Avropa və başqa ölkələrdə sivil mübarizə ilə təkrarlaya bildik”

Biz bu hücumlardan çəkinməyərək öz haqlı mübarizəmizi və etirazımızı davam etdirməliyik. İşğalçılara qarşı etirazımızı və öz sözümüzü deməliyik. Ordumuzun 12 iyulda ermənilərə verdiyi dərsi biz Avropa və başqa ölkələrdə sivil mübarizə ilə təkrarlaya bildik. “Beşinçi kolon” rolunda çıxış edən bu satqınlar əllərindən gələni edirlər ki, Azərbaycan müxtəlif beynəlxalq səviyyəli platformalarda tənqid olunsun, ölkəmizin imici korlansın. Təbii, son hadisələr bir daha təsdiqlədi ki, biz yalnız erməni ordusu ilə deyil, həm də içimizdəki xainlərlə üzbəüz dayanmışıq. Son döyüşlərin fonunda dünyanın hər yerində Azərbaycan Ordusuna dəstək və erməni təxribatlarına etiraz aksiyaları keçirildi, ancaq milli satqınlar Azərbaycanı ittiham etməyə çalışdılar. Ermənilərin maraqlarına xidmət edən bu satqınların böhtanlarından yetərincə faydalanan Ermənistan da “Bunu azərbaycanlıların özləri etiraf edir”, - deyə dünyanı öz yalanlarına inandırmağa can atırlar. Şübhəsiz, erməni lobbisinin Azərbaycana qarşı təxribatlar, hücumlar təşkil etdiyi bir zamanda özlərini azərbaycanlı hesab edib, guya xalqımız naminə fəaliyyət göstərdiklərini iddia edən Sevinc Osmanqızı, Arif Məmmədov, Tural Sadıqlı kimilər düşmən cəbhəsində yer alırlar”.

Ümumiyyətlə, danılmaz faktdır ki, bizdə özünü “müxalifət” adlandıran qaragüruhçu dəstə sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə edərək siyasi mübarizə adı altında manipulyasiyalara əl atır, hər məqamda dövlətə zərbə vurmağa çalışır. Özlərini “xalqın təəssübkeşi” kimi qələmə verən marginal dəstə ölkənin, xalqın ağır günlərində, hər kəsin həmrəy olub yumruq kimi birləşdiyi vaxtda dağıdıcı mövqe ortaya qoyur, nəinki dövlətlə bir olur, hətta xalqa qarşı durmaqdan belə çəkinmirlər.

  • Azərbaycanın çətin günlərində də gerçək simalarını gizlətmədilər...

Xatırlayırsınızsa, aprel döyüşləri zamanı bəzi müxalifət təmsilçiləri, o cümlədən xaricdə məskunlaşan radikal mühacir qruplar Azərbaycan xalqına, ordumuza dəstək olmaq əvəzinə, guya uğursuz əməliyyatlar, itki sayının çox olması barədə silsilə dezinformasiyalar yayırdılar. Bununla bağlı sosial şəbəkələrdə xeyli sayda paylaşımların, ordumuzu gözdən salmağa hesablanmış qeyri-rəsmi məlumatların dövriyyəyə buraxılmasının şahidi olurduq. Təəssüf ki, oxşar tendensiya iyul döyüşləri - Tovuzda baş verən erməni təxribatı zamanı da davam etdi. Xalq gördü ki, “vətənpərvərlik” donuna bürünən bu diasapor təmsilçilərimiz Azərbaycanın çətin günlərində, ermənilərin təxribatları ilə üzləşdiyimiz anlarda gerçək simalarını gizlətmirlər, əksinə, düşmən cəbhədən Azərbaycana qarşı xaincəsinə vuruşmaları ilə fəxr edirlər. Öz dövləti  və ordusuna qarşı müxaliflik edənlər, təbii ki, düz yolda deyillər. Son hadisələr göstərdi ki, hətta hakimiyyətə müxalif olan əsl vətənpərvər diaspor nümayəndələrimiz belə öz milli və dövlətçi mövqelərini ortaya qoymaqla əsl mühacir adına layiq davranış nümayiş etdirdilər. Digərlərinə isə nə mühacir, nə müxalifətçi, nə də diaspor fəalı adı yaraşır. Onların etdiyi əməlin adı yuxarıda bir neçə dəfə qeyd edilidi.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ