Bazar günü günü, 01 noyabr 2026
     

Vüqar Rəhimzadə: “Birillik hakimiyyətləri dövründə AXC-Müsavat cütlüyü yalnız dövlətə, xalqa xəyanəti, millətə zülm verməsi ilə yadda qalıb”

Image


“AXCP-də diktatura hökm sürür, partiyanın sədri Əli Kərimli isə avtoritar düşüncəyə malikdir. AXCP-dən istefa verən şəxslərin hamısı Ə.Kərimlinin partiya daxilində avtoritarizm yaratması, azad sözü boğması, tənqidə və fərqli fikrə dözümsüz yanaşması barədə danışırlar. Siravi cəbhəçilər belə bildirirlər ki, bu partiyada hər kəs yalnız Əli Kərimlinin şəxsi maraqlarına xidmət edir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, AXCP sədri Ə.Kərimlinin, bir qayda olaraq, mənəviyyatsız üsullarla mübarizə aparması artıq heç kimə sirr deyil. “Demokrat” donuna bürünərək min bir oyundan çıxan Ə.Kərimlinin çirkin əməlləri ilə bağlı kifayət qədər həqiqətlər ortadadır: “Zaman-zaman AXCP-dən istefa verən cəbhəçilər də öz üzdəniraq “liderləri”nin çirkin xislətindən, xəyanətkar əməllərindən və antimilli fəaliyyətindən dəfələrlə söz açıblar. Doğrudur, bu antimilli ünsür formal olaraq AXCP sədri olsa da, o, bu gün xalq arasında daha çox bloger funksiyasını yerinə yetirən qaragüruhçu kimi tanınır. “Osmanqızı” və “Azərbaycan saatı” kanallarından başqa çox nadir hallarda başqa “YouTube” TV-lərə müsahibə verən bu antimilli ünsür yalnız və yalnız ictimai rəyi çaşdırmağa, siyasi dividend əldə etməyə və əlbəttə ki, xarici qrant təşkilatlarının diqqətini çəkməyə çalışır”.

“Bu gün yaşlı və orta nəslin nümayəndələri yaxşı xatırlayırlar ki, bədnam AXC-Müsavat cütlüyünün hakimiyyəti ölkəni bərbad vəziyyətə salmışdı və bu, orduda daha acınacaqlı hal almışdı” - deyən Vüqar Rəhimzadə əlavə edib ki, ordunun maddi-texniki təminatı, hərbi arsenalı yox idi, ordunun döyüş ruhunu saxlamaq üçün arxa cəbhədə milli birlik də təmin edilməmişdi: “Ön cəbhədə döyüşlərin getdiyi bir vaxtda arxa cəbhədə vəzifə davası aparılır, siyasi və silahlı qruplaşmalar arasında açıq silahlı mübarizə gedirdi. Ordunun daxilindəki müxtəlif birləşmələr də ayrı-ayrı siyasi və maraq qruplarının tabeliyində idilər. Paytaxtda vəzifə davasına çıxan siyasi qruplar daha çox pay qoparmaq üçün həmin silahlı birləşmələri ön cəbhədən - döyüş bölgəsindən geri çəkərək Bakıya gətirir, siyasi mübarizədə, vəzifə bölgüsündə təzyiq aləti kimi istifadə edirdilər. Cəbhədə döyüşlərin getdiyi vaxt Surət Hüseynovun, İsgəndər Həmidovun, Rəhim Qazıyevin və digərlərinin silahlı dəstələrinin Bakı küçələrində avtomatlarla gəzdiyini, insanlara divan tutduğunu, vəzifə bölgüsündə daha çox pay qoparmaq üçün paytaxtı hərbi poliqona çevirdiklərini xalq unutmayıb. Ordu Bakıda vəzifə davasında iştirak etdiyi həmin dövrdə isə ön cəbhə müdafiəsiz qalmışdı. Nəticədə erməni işğalçıları Dağlıq Qarabağla birgə ətraf yeddi rayonu da işğal etməyə nail oldular”.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, dil pəhləvanı olan qaragüruhçu Ə.Kərimlinin bütün pafoslu çıxışları yalan və böhtan üzərində qurulur, özü kimi simasızların qondarma “internet televiziyalarında” hər dəfə mənəviyyatsızlığını bir daha ortaya qoyur: “Onun moizələrinə qulaq asan və 1992-1993-cü illərdən bixəbər olan insana elə gələ bilər ki, guya həmin dövr ölkəmizdə ən uğurlu və xoşbəxt illər olub. Guya ölkədə bütün sahələrdə inkişaf, güclü iqtisadiyyat, yüksək rifah və s. təmin olunubmuş. Lakin sual olunur ki, əgər belə idisə, niyə AXC hakimiyyəti cəmi 1 il davam gətirə bildi? Niyə Qarabağ ermənilərdən təmizlənmədi, siyasi-iqtisadi islahatlar aparılmadı, ölkədə vətəndaş müharibəsi və separatizm meylləri tüğyan etməyə başladı? Əslində isə həmin 1 il ərzində AXC-Müsavat cütlüyünün ölkəni hansı vəziyyətə saldığı hər kəsə məlumdur. Heç kəsə sirr deyil ki, Sovet İttifaqının süqutundan əvvəl və sonrakı dövrdəAzərbaycanda tüğyan edən hərc-mərclik ərazilərimizin bir hissəsini erməni işğalı ilə üz-üzə qoymuş, digər hissəsində isə bu işğal yerli məmur özbaşınalığı ilə əvəzlənmişdi ki, nəticədə xaos, anarxiya yaranmış, ölkə hərtərəfli böhrana sürüklənmişdi. Bu zaman hakimiyyəti əldə saxlamaq, eyni zamanda, Azərbaycana rəhbərlik etmək uğrunda mübarizə aparan diletant siyasətçilər ölkəni düşmənə peşkəş etməyə hazır olmaqla kifayətlənmir, əllərində olan bütün imkanlardan, o cümlədən, qanunsuz silahlı birləşmələrdən maksimum səviyyədə yararlanmaqla dövlət mülkiyyətini talayırdılar. Bu cür dağıdıcı siyasət AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə daha da dərinləşmiş, Azərbaycan iqtisadiyyatı defolt həddə çatmışdı.

1991-ci ildən başlayaraq ölkə iqtisadiyyatında ümumdaxili məhsul istehsalı hər il orta hesabla 16,5 faiz azalmış, istehsal potensialının üçdə iki hissəsi sıradan çıxmışdı. Ümumi xarakterizə etsək, bu dövrdə ölkə iqtisadiyyatının həcmi 1989-cu ilin müvafiq göstəricisinin 20 faizini təşkil edirdi. 1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 1012,3 faiz təskil etmişdi ki, nəticədə sonrakı illərdə bu rəqəm özünün ən yüksək həddinə - 1763,5 faizə çatmışdı. Bu dövrdə ölkə iqtisadiyyatına, demək olar ki, xarici sərmayə qoyulmamışdı. Məhz bu səbəblərə görə issizlik səviyyəsi xeyli artmışdı. 1991-ci ildən baslayaraq 4 il ərzində əməkhaqqı 5,7 dəfə azalmışdı.

Həmin dövrdə nə ordudan, nə də hərbi uğurlardan danışmaq mümkün idi. Ölkədə ordu əvəzinə, çoxsaylı silahlı qruplaşmalar mövcud idi. Vəzifə davası aparan hər kəs bir batalyon saxlayırdı. Ön cəbhədəki uğursuzluqlar da öz yerində. Həmin dövrdə orduda vahid komandanlıqdan isə söhbət belə gedə bilməzdi. Bunun da nəticəsi olaraq erməni hərbi birləşmələri və onların havadarları tərəfindən torpaqlarımızın işğalının qarşısını almaq mümkün olmurdu. Ölkə daxilindəki xaosun, anarxiyanın, mənəm-mənəmliyin məntiqi nəticəsi olaraq, Dağlıq Qarabağla yanaşı, Kəlbəcər kimi strateji əhəmiyyətli rayon AXC hakimiyyətinin günahı ucbatından əldən verildi. Ön cəbhədə, orduda olan belə bir acınacaqlı şəraiti aradan qaldırmaq, ölkəni düşdüyü dramatik situasiyadan çıxarmaq əvəzinə, paytaxtda hakimiyyətdaxili mübarizə gündən-günə qızışırdı. Bu mübarizədə ön cəbhədə dislokasiya olunmuş silahlı birləşmələrin Bakıya cəlb edilməsi isə işğalçı ordunun əl-qolunu açırdı. Nəticədə AXC hakimiyyətinin hərbi sahədəki “nailiyyətləri” ona gətirib çıxardı ki, ermənilər ölkənin, ümumilikdə, 20 faiz ərazisini işğal etdilər.

O zaman hakimiyyətdə olan qüvvənin apardığı siyasət nəticəsində ölkə iqtisadiyyatı çökdürülür, büdcə talanırdı. Ölkədə, bütün sahələrdə olduğu kimi, iqtisadi sferada da korrupsiya və rüşvətxorluq baş alıb gedirdi. Milyonlarla manatın toplandığı Ləl-Cəvahirat Fondunun vəsaitləri belə mənimsənilmişdi. İş o yerə çatmışdı ki, Elçibəy öz məmurlarına üzünü tutub «rüşvəti alanda elə edin ki, kommunistlərin atasına rəhmət oxutdurmayın»  demişdi.

Ölkənin siyasi sistemində də vəziyyət acınacaqlı idi. AXC demokratik şüarlarla hakimiyyətə gəlsə də, tezliklə avtoritar xarakterini ortaya qoydu. Müxalif sözə, tənqidə dözümsüzlük nümayiş etdirdi. Ölkədə plüralizm boğulmağa başladı. Həmin dövrdə jurnalistlərin yüksək vəzifəli məmurlar tərəfindən döydürülməsi, onların həbs edilməsi, müxalifət nümayəndələrinin fəaliyyətinə maneçilik törədilməsi, onların təhqirə məruz qalmaları, qərargahlarının dağıdılması adi hala çevrilmişdi. Söz azadlığının boğulması müstəqil qəzetlərə edilən təzyiqlərdə özünü göstərirdi. Məsələn, qəzet redaksiyalarına edilən basqınlar, jurnalistlərə edilən fiziki təzyiqlər bunun bariz nümunəsidir.

Bir sözlə, birillik hakimiyyətləri dövründə AXC-Müsavat cütlüyü yalnız dövlətə, xalqa xəyanəti, millətə zülm verməsi, insanları aclıq imtahanına çəkməsi, vətəndaş müharibəsi törətməsi, separatizmi alovlandırması və s. ilə yadda qaldı”.

Vüqar Rəhimzadə söyləyib ki, bütün bunlar Ə.Kərimli və onun kimilər üçün daha bir tarixi xatırlama dərsi olmalıdır. Çünki Ə.Kərimli və onun  ətrafındakılar vaxtilə milləti aclıqla imtahana çəkən Vətən xainləri, xalq düşmənləridir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ