Bazar günü günü, 01 noyabr 2026
     

Pandemiya ilə mübarizədə Azərbaycan göstərdiyi bəşəri həmrəyliyə görə də regionda lider oldu

Image


Bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Bu gün elə dövlətlər var ki, pandemiyaya qalib gəlmək ərəfəsindədirlər, elələri də var, hələ heç bir irəliləyişə nail olmayıblar.

Bəşəriyyəti bürüyən koronavirus pandemiyasının tamamilə məhv edilməsində, yer üzündən silinməsində müstəsna rol oynayan amillərdən biri dövlətlərin birliyi, həmrəyliyidir.

Bu gün virusdan xilas edilməyin yolu, əlbəttə, bəşəri həmrəylikdən keçir. Pandemiyanın ilk dalğalarının yayılmağa başladığı ilk günlərdə Azərbaycan koronavirusa qarşı ümumbəşəri mübarizəyə ciddi maddi və mənəvi dəstək verməklə, bütövlükdə, bu prosesə qoşulmaqla ortaya çox ciddi nəticələr, nümunələr qoya bildi.

Məlumdur ki, öz daxilində pandemiya ilə ciddi mübarizə aparan dövlətlərin böyük əksəriyyətinin başı özünə qarışdığından, koronavirus pandemiyasına qarşı həyata keçirilən ümumbəşəri mübarizəyə qoşulmağa heç bir səy göstərmir. Uzağa getməyək, məsələn, Ermənistan kimi. Ermənistan nəinki koronavirusla ümumibəşəri mübarizəyə qoşulmur, hətta heç bir ölkəyə yardım belə təklif etmir. Əlbəttə, ömrü boyu o dövlətin, bu dövlətin verdiyi ianələrlə dolanan bir forpostun koronavirus pandemiyasına qarşı aparılam ümumibəşəri mübarizəyə qoşulmaması anlaşılandır. Bu mübarizəyə qoşulan dövlətin, ilk növbədə, iqtisadi gücü, humanizm, həmrəylik potensialı olmalıdır. O da ki, bu ölkədə yoxdur.

Onu da bildirək ki, Azərbaycan Cənubi Qafqaz respublikaları arasında göstərdiyi ümumbəşəri həmrəyliyə görə liderdir.       

Qeyd etdiyimiz kimi, Azərbaycan dövləti isə pandemiyanın başlandığı ilk dövrlərdən başlayaraq pandemiyaya qarşı ümumbəşəri mübarizəyə qoşuldu, bununla da ümumbəşəri həmrəyik göstərdi. Bu gün Azərbaycanın pandemiya dövründə göstərdiyi ümumbəşəri həmrəylik nümunələri beynəlxalq qurumlar tərəfindən qeyd edilir, bir örnək kimi bütün dünyaya təqdim olunur. Dövlətimizin dünyanın ağır günündə ortaya qoyduğu ümumbəşəri həmrəylik nümunələri dünya tərəfindən təqdir edilir. 

Onu da bildirək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin ortaya qoyduğu ümumbəşəri həmrəylik nümunələri ilə bağlı Prezidentin ünvanına təşəkkür məktubları gəlir.

Bildiyimiz kimi, pandemiyanın yayıldığı yeni dövrdə Ümumdünya Səhiyyə Təşkilatı göstərdiyi həmrəyliyə görə dövlətimizə ilk təşəkkür edən beynəlxalq qurum olub.

Aprelin 16-da isə Birləşmiş Millətlər Təşkilatı (BMT) həmrəyliyə görə Azərbaycana təşəkkür edib. Belə ki, BMT-nin Azərbaycandakı nümayəndəliyi Heydər Əliyev Mərkəzinə Azərbaycanın əsas memarlıq simvollarından birinin üzərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bayrağının təsvir olunmasına görə dərin minnətdarlığını bildirib.

“Bu həmrəyliyi və dəstəyi yüksək qiymətləndiririk. Mübarizənin ön cəbhəsində olan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) minlərlə əməkdaşı ilə birgə virusla mübarizə aparan üzv dövlətləri və onların cəmiyyətlərini, xüsusilə də bu pandemiyadan daha çox əziyyət çəkənləri, məsləhət, təlim, avadanlıq və həyati əhəmiyyət daşıyan xidmətlərlə dəstəkləyir.

ÜST və BMT-nin digər agentlikləri ölkədə COVID-19 pandemiyasının səbəb olduğu təcili problemləri həll etmək üçün Azərbaycan hökuməti və digər tərəfdaşlarla sıx əməkdaşlıq edirlər.

Azərbaycanın bu çətin sınaqdan alnıaçıq çıxmasına dəstək olmaq üçün əlimizdən gələni edəcəyik. Biz birlikdə daha güclüyük və birlikdə bu böhrana qalib gələcəyik" - deyə təşkilatın minnətdarlığında bildirilib.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 16-da Heydər Əliyev Mərkəzinin binası üzərinə Ümumdünya Səhiyyə Təşkilatının bayrağı videoproyeksiya olunub.

Aprelin 3-dən başlayaraq virusdan zərər çəkən hər bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla da Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

İndiyədək Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə, Böyük Britaniya, ABŞ, Gürcüstan, Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının bayraqları Mərkəzin binasının üzərində nümayiş olunub.

Azərbaycan dövlətinə təşəkkür edən ölkələr sırasında Fransa, Almaniya və digər ölkələr də var.

Avropa İttifaqı da həmrəyliyə görə Azərbaycana təşəkkür etməyi unutmayıb. Belə ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas həmrəyliyə görə ölkəmizə təşəkkür edib.

Azərbaycan dövlətinə, ölkəmizə göstərdiyi nəcib nümunələrə görə minnətdarlıq edənlərin çox  qısa bir sırasını sizə təqdim etdik.

  • “Bunun nəticəsidir ki, bu gün müxtəlif beynəlxalq təşkilatlar, dövlətlər göstərdiyi bəşəri həmrəyliyə görə Azərbaycan dövlətinə, cənab Prezidentə təşəkkür məktubları ünvanlayırlar”

Pandemiya ilə mübarizədə Azərbaycanın göstərdiyi bəşəri həmrəyliyə görə də regionda lider olmasının təsadüfi olmadığını deyən “Səs” qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri, politoloq Bəhruz Quliyevin bildirdiyinə görə, buna Azərbaycanın mövcud iqtisadi-siyasi, mənəvi gücü, eyni zamanda, beynəlxalq nüfuzu imkan verir ki, dövlətimiz bəşəri həmrəyliyə qoşulsun və bu sahəyə böyük töhfələr versin. “Bu gün bəşəriyyətlə COVID-19 pandemiyası arasında “soyuq müharibə”gedir. Müasir dünyaya “soyuq müharibə”nin şərtlərini COVID-19 diqtə edir. Ona görə də bu gün bütün dövlətlər, birliklər, güclər pandemiyaya qarşı mübarizədə birləşib. Sözsüz ki, bu dövlətlər sırasında Azərbaycanın xüsusi yeri var. Azərbaycan COVID-19 pandemiyası ilə bağlı həyata keçirilən bəşəri mübarizəyə qoşulmaqla, bu mübarizəyə maddi-mənəvi dəstək verməklə, bu sahədə həmrəylik göstərməklə, bir daha özünün real gücünü ortaya qoymuş oldu. Azərbaycan dövləti həm ölkə daxilini bu virusa geniş yoluxmadan qoruyur, həm insanların təhlükəsizliyini, rifahını təmin edir, həm bölgədə başqa ölkələrə dəstək göstərir, eyni zamanda da, bütövlükdə, bütün dünyaya həmrəylik göstərir. Azərbaycanın koronavirus pandemiyası ilə bağlı bəşəri mübarizəyə verdiyi ciddi dəstək, beynəlxalq aləmlə həmrəylik nümayiş etdirməsi ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir. Bunun nəticəsidir ki, bu gün müxtəlif beynəlxalq təşkilatlar, dövlətlər göstərdiyi bəşəri həmrəyliyə görə Azərbaycan dövlətinə, cənab Prezidentə təşəkkür məktubları ünvanlayırlar. Həqiqətən də Azərbaycanda həyata keçirilən mübarizə tədbirləri, yoluxmanın az olması, ölüm faizinin cüzilik təşkil etməsi, sagalanların isə yoluxanları üstələməsi beynəlxalq qurumların da gözündən qaçmır və onlar bu məqamları da vurğulayırlar. Cənubi Qafqazda lider dövlət olan Azərbaycanın pandemiyaya qarşı mübarizə metodu bir Azərbaycan modeli kimi öyrənilməkdədir. Bilirsiniz ki, cənab Prezidentin təşəbbüsü ilə bu günlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının onlayn iclası keçirildi. Məlumdur ki, Türk Şurasına Azərbaycan sədrlik edir. Türk Şurasının onlayn iclasında da bütün çıxışlar, fikirlər, müzakirələr COVID-19 pandemiyası ilə mübarizəyə yönəldi. Eyni zamanda, bütün türkdilli dövlətlərin də gəldiyi qənaət bu oldu ki, Azərbaycan bu prosesdə fərqli mübarizə üsulu ortaya qoyub, pandemiya ilə mübarizədə daha aktiv və fəaldır, yenilikçidir” - deyə bildirən B.Quliyev hesab edir ki, Azərbaycan dövləti, bütövlükdə, pandemiya ilə mübarizəyə ən çox töhfə verən dövlətlərdəndir. “Artıq beynəlxalq müşahidələr də göstərir ki, Azərbaycan dövləti bu sahədə nə qədər ciddi iş ortaya qoyub. Ölkəmizin pandemiya ilə mübarizədə gördüyü işlər, həyata keçirdiyi tədbirlər yalnız ölkəmizə deyil, bütövlükdə, qonşu ölkələrə də dividend gətirə bilər”.

B.Quliyev hesab edir ki, dövlətimizin bu istiqamətdə bəşəriyyətə verdiyi həmrəylik töhfəsinin  bu gün Azərbaycanın bir dövlət kimi dünyada xüsusi yerə, nüfuza malik olmasını bir daha sübut edir.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ