Bazar günü günü, 01 noyabr 2026
     

Koronavirus zərbəsi onsuz da zəif erməni ordusunu tam şəkildə sıradan çıxarmağa başladı

Image


Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həlli bu il də, belə görünür ki, mümkün olmayacaq. Əvvəla, dinc çözüm üçün tərəflər arasında təmaslar, demək olar ki, tam dayanıb. Düzdür, buna təsir edən əsas amillərdən biri də koronavirus pandemiyasıdır. Amma digər tərəfdən o da faktdır ki, Ermənistan son addımları ilə də konfliktin sülh yolu ilə həllində heç də maraqlı tərəf kimi çıxış etmir. Hər halda, zəbt edilmiş ərazilərdə təşkil edilən qondarma “seçkilər” də bunun növbəti əyani təsdiqi oldu. Bunun nəticələri isə erməni tərəfi üçün artıq şok effekti yaradır.

Düzdür, işğalçı ölkənin təşkil etdiyi bu “seçkilər”  hər hansı hüquqi qüvvəyə malik deyil. Elə bu səbəbdən  qondarma “seçkilər” və onların nəticələrinin çoxsaylı beynəlxalq təşkilat və dövlətlər tərəfindən rədd edilməsi təsadüfi xarakter daşımadı. Yeri gəlmişkən qeyd edək ki, qondarma “seçkilər”lə bağlı beynəlxalq ictimaiyyətin üzvləri tərəfindən hələ də bəyanatlar verilməkdə davam edir və bu xüsusda Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi, ərazi bütövlüyünə dəstək ifadə olunur. Təbii ki, bütün bunlar diplomatik müstəvidə Ermənistan üçün ciddi məğlubiyyətdir. Amma Azərbaycan üçün əsas məqam ərazi bütövlüyünün bərpa olunmasıdır. Bunun üçün diplomatiya sahəsində müvafiq addım atılıb razılıq əldə olunmasa, Bakının güc yoluna əl atmaqdan başqa çarəsi qalmır. Hətta fikirlər səslənir ki, cari ildə yeni Qarabağ savaşına da start verilə bilər. Bunu Ermənistanda da etiraf edirlər. Məsələn, erməni politoloq Vigen Akobyan bildirir ki, indiki yaranmış vəziyyətdə bölgədə hərbi əməliyyatların ola biləcəyi istisna olunmur.  O qeyd edir ki, Azərbaycan aktiv şəkildə buna hazırlıq görür. Lakin Ermənistanda bu sahədə vəziyyət fərqlidir. Belə ki, ordunun döyüş qabiliyyəti və təminatı sarıdan Ermənistan Azərbaycandan çox geridə qalır.

Digər tərəfdən, hələ aktiv müharibə getmədiyi halda erməni ordusu çoxsaylı itkilər verməkdə davam edir. Bunu Helsinki Vətəndaş Assambleyasının Vanadzordakı ofisinin 2020-ci ilin birinci rübündə Ermənistan ordusundakı itkilərlə bağlı məlumatı da təsdiq edir. Bildirilir ki, Ermənistan ordusu və işğal altında olan Dağlıq Qarabağdakı qanunsuz hərbi birləşmə bu ilin ilk 3 ayında 16 itki verib.
Ölüm hallarının 5-i intihar, 5-i bədbəxt hadisə, 4-ü sağlamlıq problemləri, 1-i atəşkəsin pozulması, 1-i isə avtomobil qəzası nəticəsində baş verib. Ermənistan tərəfinin yaydığı rəsmi məlumatlarda 12 itkinin olduğu açıqlanıb. Helsinki ofisi bəyan edib ki, 4 məlumatın 3-nü mediadan, 1-ni isə prokurorluqdan əldə edib. Ölənlərdən 5-i əsgər, 7-si müddətdən artıq həqiqi hərbi xidmət keçən, 4-ü isə zabitdir. Hesabatda qeyd olunur ki, bu göstəricilər 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3 nəfər çoxdur: “2019-cu ilin müvafiq dövrü ilə müqayisədə intihar hallarının, sağlamlığa görə ölümlərin və qəza nəticəsində ölənlərin sayı artıb. Misal üçün, 2020-ci ilin birinci rübündə sağlamlığa görə 5 ölüm hadisəsi qeydə alınıb, ötən ilin birinci rübündə bu rəqəm 3 idi”. Bundan başqa, orduda qanunsuzluq hallarının hələ də geniş vüsət almasının əsas problemlər sırasında qalmaqda davam etməsi də vurğulanır. Erməni siyasi ekspert Sarkis Artsruni qeyd edir ki, itkiləri müvafiq dövlət qurumları hər dəfə  hansısa formada ört-basdır etməyə, standart cavab verməyə çalışır. Amma o vurğulayır ki, bu cür rəsmi şablon cavablar hətta ictimaiyyəti də iyrəndirib, üstəlik, insanlar dövlət orqanlarının baş verənlərə qeyri-adekvat qiymət verdiyinə qəzəblənir. Onun sözlərinə görə, insanlar Ermənistan ordusunda ölümcül olayların dayandırılması üçün əməli addımlar atılmadığından narazıdır:“Ermənistan baş prokuroru, Ermənstan müdafiə naziri silahlı qüvvələrdə cinayətkarlığın azaldığını bildirir ki, bu da baş nazir Nikol Paşinyanın “nikbin” qeydlər etməsi, faciəli hadisələrin bir-birini izləməsi üçün bir səbəbdir. Amma həqiqətdə orduda hələ də dinc dövrdə böyük itkilər olur”.
Ekspert qeyd edib ki, cari ilin ilk üç ayında qeydə alınan rəqəmlər Ermənistan silahlı qüvvələrinin hələ də böyük problemlərinin olduğunu göstərir:“Ermənistan ordusuna və cəmiyyətimizə müharibə elan edilib, ancaq bu vəziyyətdə çağırış hüdudlardan kənarda deyil, içimizdən gəlir. Buna səbəb bir halda pis idarəetmə, amma digər hallarda cinayət laqeydliyi və ya səhlənkarlıq ola bilər. Ölkənin yüksək vəzifəli şəxslərinin faciəli hadisələrə cavabı, yumşaq desək, adekvat deyil. Baş nazir tərəfindən yüksək cavabdehlik tələb edilmədikdə, rütbələr sökülmədikdə və istefalar olmadıqda, bu ölümcül proseslərə görə əsas cavabdeh olmasına baxmayaraq, cinayət submədəniyyətindən danışılır”. Artsruni qeyd edib ki, vəziyyət dəyişməsə, ordunun itkiləri artmaqda davam edəcək. Məhz belə bir vaxtda koronavirus pandemiyasının erməni ordusuna da ayaq açması vəziyyəti daha da pisləşdirir.  Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrində həm müqavilə ilə xidmət edən, həm də müddətli xidmət hərbi qulluqçuları arasında koronavirus infeksiyası halları qeydə alınıb. Ancaq yoluxma hallarının sayı açıqlanmır. Ermənistan Silahlı Qüvvələrin hərbi tibb idarəsinin rəisi, tibb xidməti polkovniki Sahak Ohanyanın sözlərinə görə, hazırda 6 hərbçi müalicəsini başa vurub və təkrar sınaqdan sonra hərbi xidmətə qayıdıb. Neçə nəfərin müalicəyə davam etdiyi bilinmir:“Bu barədə məlumat verməyi məqsədəuyğun hesab etmirəm”. Erməni polkovnik bildirib  ki, yoluxmuş insanların sayı Ermənistandakı ümumi sayla müqayisədə az sayıla bilər. Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanların sayı 1.201-ə çatıb. Son sutkada ölkədə virusa 42 yoluxma halı qeydə alınıb. Məlumatlara görə, koronavirusdan daha 1 nəfər ölüb. Beləliklə, pandemiya qurbanlarının sayı 19-a yüksəlib. Orduda da yoluxanların sayı az deyil.
Sahak Ohanyan isə bu fonda onu da bildirir ki, təcrid edilmiş hərbçilərin sayı “müəyyən məxfilik” səbəbindən qeyd edilmir. Eyni zamanda, indiyə qədər edilən testlərin ümumi sayı da açıqlanmır. Bununla belə, Ohanyan 600 hərbçinin Amerika laboratoriyalarında, 165 hərbi qulluqçunun isə Ermənistan-Rusiya səyyar laboratoriyasında sınaqdan keçirildiyini söyləyib. Erməni polkovnik bildirib ki, həm müsbət, həm də mənfi cavablar var. Digər laboratoriyalarda edilən testlərin sayı göstərilmir. Ohanyanın sözlərinə görə, yoluxmuş hərbçilərin və onların təmasda olduqları şəxslərin sağlamlıq vəziyyəti hazırda qənaətbəxş qiymətləndirilir. Amma müstəqil mənbələr ordu sıralarında yoluxma hallarının çoxluğu səbəbindən məlumatların gizli saxlanıldığını bildirir. Xatırladaq ki, fevralın 25-dən etibarən Ermənistan Silahlı Qüvvələrin hərbi hissələrində çağırışçıların görüşü, kənara çıxması və məzuniyyətləri qadağan edilib. Lakin zabit heyəti və müqavilə əsasında xidmət edən əsgərlərin giriş-çıxışı məhdudlaşdırılmayıb. Bu isə orduda yoluxma hallarına şərait yaradan amillərdən biri sayılır. Ohanyanın sözlərinə görə, bu şəraitdə hazırda kazarma rejiminin elan edilməsinə ehtiyac yoxdur. Lakin ayrı-ayrı hərbi hissələrdə, istənilən halda kazarma rejimi tətbiq olunub.
Ermənistan ordusunda ilk yoluxma mənbəyi isə martın 25-də aşkarlanmışdı. COVID-19 sınağı nəticəsində 3 müqaviləli hərbi qulluqçuya koronavirus diaqnozu qoyulmuşdu. Təmasda olanlar təcrid olunmuş və ya özünətəcrid tətbiq edilmişdi. Martın 29-da yoluxanların sayının 5-ə, martın 30-da isə 6-ya çatdığı açıqlanmışdı. Təsdiqlənmiş yoluxma halları və onların sayı ilə bağlı daha sonra heç bir açıqlama verilməmişdi. Ohanyan həmin vaxt yoluxmuş insanların və təmasda olanların təcrid olunduğunu, qalan işçilərin kazarma rejiminə keçdiyini qeyd etmişdi. Amma buna rəğmən, orduda yoluxma hallarının artımı səbəbindən məlumatların gizli saxlandığı qeyd olunur. Eləcə də, Qarabağdakı erməni hərbçılır arasında da yoluxma geniş vüsət almaqdadır. Bu səbəbdən də Sahak Ohanyan aprelin 14-də işğal altında olan Qarabağda keçirilmiş qanunsuz “seçkilər”də hərbi qulluqçuların iştirakı ilə əlaqədar mümkün epidemioloji yayılmalar barədə fikir bildirməyib. Bununla yanaşı, o qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri virusa qarşı mübarizədə  daha sayıq olmalıdır:

“Silahlı Qüvvələrin Hərbi Tibb İdarəsi Qarabağdakı hərbi birləşmənin tibbi xidmətini idarə edən rəhbər orqandır və Silahlı Qüvvələr üçün verilən bütün rəhbər göstərişlər, əmrlər Qarabağdakı hərbi birləşmədə də keçərlidir və qüvvədədir”. Erməni mediası isə bu fonda diqqəti ona çəkir ki, Baş Qərargah rəisi Artak Davtyanın və müdafiə naziri David Tonoyanın əsgərlərdən mobil telefonların müsadirə olunması, valideynlərlə görüşlərin qadağan edilməsi, hərbi qulluqçuların ciddi müayinələrdən keçirilməsinə dair göstərişləri virusun erməni ordusunda sürətlə yayılmasını təsdiq edən amillərdəndir. Bu da koronavirusun orduda yayılma miqyasının təhlükəli səviyyəyə, ordunun döyüş hazırlığının zəifləməsinə gətirdiyini göstərir. Elə Ermənistan hakimiyyətinin ordunun döyüş potensialının azalmasından narahatlıq keçirdiyi üçün məlumatları məxfiləşdirdiyi də bu mənada təsadüf sayılmır. Təbii ki, belə ordunun da yeni Qarabağ savaşında Azərbaycan əsgəri qarşısında tab gətirməsi mümkünsüzdür.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ