Bazar günü günü, 01 noyabr 2026
     

Əflatun Amaşov: “Media nə arxayınlıq yaratmalı, nə də ölüm təhlükəsini çılpaqlığı ilə ortaya qoymalıdır” - MÜSAHİBƏ

Image


Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun APA-ya müsahibəsi

- Əflatun müəllim, nəinki ölkəmizin, bütövlükdə dünyanın başlıca mövzusu koronavirus pandemiyasıdır. Bu durumda mətbuatın üzərinə də böyük missiya düşür. Sizcə, Azərbaycan mediası üzərinə düşən vəzifənin öhdəsindən gələ bilirmi?

- Ümumən mediamız üzərinə düşən missiyanı yerinə yetirir. Kütləvi informasiya vasitələrimiz Azərbaycan dövlətinin koronavirus pandemiyasının zərərlərindən sığortalanmaq, itkiləri minimuma endirmək siyasətinin reallaşması üçün böyük əzmlə çalışır. Biz bunu görürük. Azərbaycan dövləti, şəxsən cənab Prezident İlham Əliyev koronavirus təhlükəsinin aktuallaşdığı ilk gündən məsələyə olduqca həssas yanaşdı. Dövlət başçımızın, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəfələrlə xalqa müraciətlərini gördük. Bu müraciətlər infeksiyanın yayılmasının qarşısını almaq, mənfi təsirlərini neytrallaşdırmaq üçün həm qanunçuluğun vacibliyini vurğuladı, həm də dövlətin vətəndaşlarına qayğısını göstərdi, çətin durumda birlik və həmrəyliyə böyük çağırış anlamı daşıdı. İdeoloji nöqteyi-nəzərdən bu addımlar cəmiyyətə son dərəcə böyük təsir göstərdi. İnsanlara ruh yüksəkliyi, dözüm, iradə aşıladı. Təbii ki, dövlətin koronavirusun vurduğu ziyanların aradan qaldırılması istiqamətindəki sosial xətti də önəmlidir. Mövcud istiqamətdə işlər görülüb, konkret nəticələr var və şübhəsiz ki, bununla bağlı fəaliyyət davam etdiriləcək. Azərbaycan Prezidenti videokonfrans şəklində keçirdiyi müşavirədə kifayət qədər vacib məqamlara toxundu.

Azərbaycan mediası başlıca olaraq dövlət siyasətinin təbliğatçısı qismində çıxış etdi. Onun yaradıcılıq dəst-xətti əsasən dövlətin gördüyü və görməli olduğu işlərin istər dinamikasına, istərsə də daxili mahiyyətinə dəstək baxımdan seçildi. Yəni, media bir növ, əskiklikləri tamamlamaqla vətəndaş rifahının yüksəlməsinə yönələn siyasətə töhfəsini verdi. Fürsətdən istifadə edib, çətin günlərdə işinə peşəkar yanaşan jurnalistlərimizin hər birinə dərin təşəkkürümü bildirirəm. Fərqləndirmək istəmirəm, belə vətənpərvərlik mövqeyi ortaya qoyan həmkarlarımız həm telekanallarda, həm radiolarda, həm qəzetlər və jurnallarda, həm də elektron media resurlarında var. Cəmiyyətin müxtəlif təbəqələri hər gün evlərində qalaraq onların zəhmətinin məhsulu olan maraqlı materialları izləyir. 

- Rəhbərlik etdiyiniz qurum koronavirus təhlükəsinin yarandığı ilk vaxtdan bir neçə dəfə kütləvi informasiya vasitələrinə müraciət ünvanladı, tövsiyələrlə çıxış etdi. İstərdik ki, bu tədbirləri zəruri edən səbəblərdən danışaq.

- Pandemiya şəraiti ekstremaldır. Biz indiyədək mediamızın ekstremal durumlarda çalışdığını görmüşük. Amma belə bir təhlükə olmamışdı. Müasir dünyamızda da bu cür durum yaşanmamışdı. Təsəvvür edin, təyyarə qəzası baş verir, 200 nəfər həyatını itirir, hansısa ölkədə matəm elan olunur, dövlət başçıları bir-birilərinə başsağlığı teleqramları ünvanlayırlar. İndi heç kəs bunu düşünə bilmir. Hər gün minlərlə insan dünyasını dəyişir. Sanki ölüm adiləşir. Hətta ölüm saylarının, tutalım 600-dən 300-ə enməsi sevinclə qarşılanır. Dünya belə bir vəziyyəti yaşamışdımı? Xeyr. 

Təbii ki, bu vəziyyət medianın fəaliyyətinə də ciddi təsir göstərməkdədir. Bizim mövcud istiqamətdə müşahidələrimiz oldu. Habelə xarici media orqanlarının fəaliyyətini də izlədik. Tövsiyələrimizi buna uyğun olaraq formalaşdırdıq. Bilirsiniz, əslində xüsusi bir tələb də yoxdur. Sadəcə pandemiya şəraitinin düzgün öyrənilməsi və ona uyğun fəaliyyət göstərmək lazımdır. Peşə prinsiplərinə hər zamankından daha çox sadiqlik, prinsipiallıq nümayişinə ehtiyac var. Jurnalist düşünməlidir ki, ölkə sanki düşmənlə mübarizə aparır. Bu düşmən həm can alır, həm depressiyaya salıb ümidsizlik yaradır. Belə bir şəraitdə cəmiyyətin psixoloji durumu necə olacaq? İnsanlar vəziyyətdən necə çıxacaq? Media peşəkar yanaşırsa, bunları düşünməlidir. Ölkənin sərvəti onun insanıdır. İnsan bədbin olmamalıdır, məsuliyyətli davranmalıdır. Biz mediaya bu xəttin götürülməsini tövsiyə etmişik. Təbii ki, cəmiyyət təhlükənin miqyasını da anlamalıdır. Heç kəs deyə bilməz ki, koronavirus infeksiyası ona yoluxmaz. Britaniyanın Baş Naziri xəstəliyə tutulursa, reanimasiyaya düşürsə, yaxud bir sıra məhşurlarda koronavirus aşkarlanırsa, demək ki, heç kəs sığortalanmayıb. 

Mediamız belə məqamları doğru olaraq diqqətə çatdırdı. Ancaq bəzən müəyyən media materiallarının sırf ölüm məsələsinə kökləndiyini, ölümün qabardıldığını, dilə gətirildiyini gördük. Təbii ki, məsələyə həssas yanaşmaq lazımdır. Media nə arxayınlıq yaratmalıdır, nə də ölüm təhlükəsini çılpaqlığı ilə ortaya qoymalıdır. Orta xətt mütləq var və bu, hər bir jurnalistin fərdi yanaşmasından, dünyagörüşündən, peşəkarlıq səviyyəsindən asılıdır. 

Mətbuat Şurasının tövsiyələri peşənin tələblərinə həssas yanaşmaq siqnalı idi. Hesab edirəm ki, bu, lazım idi. Bilirsiniz, söhbət heç də ondan getmir ki, kimlərsə öz işini bilmir. Peşəkarlarımız kifayət qədərdir. Sadəcə bəzən informasiya axını, vəziyyətin gərginliyi jurnalisti də çaşdıra bilir. Biz tövsiyələrimizi bunu nəzərə alaraq ünvanladıq. 

- Amma razılaşaq ki, işlərini bilməyənlər az deyil...

- Bəli, elədir. Hətta onu da demək olmaz ki, ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrində çalışanların hamısı işlərinin biliciləridir. Amma bu tip media orqanlarında bəlli sistem var. İnformasiya bir neçə nəfər tərəfindən oxunur və ondan sonra cəmiyyətə çatdırılır. Beləcə yanlışığa yol vermək faizi aşağı düşür, əksər hallarda olmur. 

Əslində koronavirus təhlükəsi həqiqi media orqanları, əsl peşəkarlar üçün iki aydın fəaliyyət istiqaməti ortaya qoydu. Birincisi, rəsmi məlumatlara istinaddır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın materiallarına istinaddan söhbət gedir. Eyni zamanda Operativ Qərargahın tövsiyə və tələblərinin yerlərdə icrasına nəzarətin nə dərəcədə təbliğ olunması vurğulanmalıdır. İkinci məqam medianın dezinformasiyalara, xüsusən sosial şəbəkələr vasitəsilə yayılmış yalan bilgilərə zamanında reaksiya verməsidir. Bu baxımdan jurnalistlər müvafiq dövlət qurumlarına  kömək göstərdilər. Özlərinin rəsmi orqanlarla əlaqəli şəkildə hazırladıqları çevik reaksiyaları ilə cəmiyyətin yanlış istiqamətlənməsinin qarşısını aldılar. 

Əlbəttə, vizual görüntü daşıyıcıları olduqlarından, əhalinin böyük qismi evdə qaldığından telekanalların izlənmə göstəriciləri artdı və onların daha çevik fəaliyyətlərinə ehtiyac aktuallaşdı. Burada vurğulanmalı məqam telekanalların işlərini məhz müəyyən saytlarda, sosial şəbəkə profillərində doğru olaraq qaldırılmış məsələlərə reaksiya şəklində qurmaları oldu. Biz reaksiyanı dezinformasiyalara münasibətdə də gördük. Bu mənada telekanallarla, radiolarla internet medianın, sosial şəbəkələrin vahid məqsəd üçün bir növ işbirliyini gördük. Son dərəcə vacib məqamlardan biri budur. Eyni zamanda deməliyik ki, müvafiq dövlət qurumları kifayət qədər operativ işlədilər. Onlarla medianın müştərək fəaliyyətinin örnək nümunələri diqqətdən yayınmadı. 

Əlbəttə, yenə deyim, qeyri-peşəkar yanaşmalar indinin özündə də var. Belə hallar yalnız mediada deyil. Bunu da müəyyən mənada anlayışla qarşılamalıyıq. Çünki qlobal pandemiya şəraiti bizlər üçün yenilikdir. Mən Operativ Qərargahın fəaliyyətini, xüsusən media ilə müştərək fəaliyyətini çox bəyənirəm. Ancaq onu da nəzərə alaq ki, bu cür təşkilatlanma ölkəmiz üçün yenilikdir. 

Digər tərəfdən, dünyanın media strukturları, ümumən media ictimaiyyəti daha çox koronavirusla bağlı feyk paylaşımlardan narahatdır. Əlbəttə, bu paylaşımlar bir çox hallarda siyasi məqsədə hesablanır. Qərb və Rusiya mediasının qarşılıqlı ittihamları var. Feyk materiallara qarşı hüquqi məsuliyyət tədbirləri də həyata keçirilir. 

- Məlumdur ki, Operativ Qərargah xüsusi karantin rejimində fəaliyyətinə icazə verilən istiqamətlər sırasına kütləvi informasiya vasitələrini də daxil edib. Ancaq bu şəraitdə jurnalist vəsiqəsi satanlar da oldu, başqa sui-istifadələrə yol verənlər də. Bununla bağlı hansı işlər görülür?

- Jurnalistikadan sui-istifadə halları ilə bağlı bizə müəyyən siqnallar daxil olur. Əlbəttə, kimlərsə xüsusi karantin rejiminin tələblərini saxtakarlıqla pozacaqlarsa, birmənalı qaydada məsuliyyətə cəlb olunmalıdırlar. Hər hansı güzəştdən söhbət gedə bilməz. Azərbaycan Mətbuat Şurası məsələni diqqətdə saxlayır. 

Bu problem hər zaman olub. Şura belə hallara qarşı səlahiyyətləri çərçivəsində mübarizə aparıb. Bir çox hallarda hüquq-mühafizə orqanlarına müraciətlər ünvanlamışıq. Əslində bu kimi məsələlərə kompleks yanaşmaq zərurəti var. Müəyyən sistem yaradılmalıdır. Prinsip etibarilə bu sistem özündə çoxşaxəli fəaliyyəti birləşdirməlidir. Geniş danışmaq istəməzdim, Mətbuat Şurasının bununla bağlı konkret təklifləri var. 

- Mətbuat Şurası Operativ Qərargaha media orqanlarının və jurnalistlərin siyahısını təqdim edib. İstərdik bilək ki, bu siyahı hansı prinsip üzrə tətbiq edilir?

- Əslində burada prinsip heç də siyahıda deyil. Məsələnin mahiyyəti budur ki, Operativ Qərargah medianı fəaliyyətinə icazə verilən sahə kimi təsdiqləyib. Bir çox jurnalistlərimiz fəaliyyət sərbəstliyinə malikdirlər. Ancaq qeyd etdiyiniz kimi, spekulyasiyalar oldu. Buna görə media üçün əmək müqaviləsi bildirişi tələb olundu. Amma bu, özlüyündə bir sıra problemləri doğurdu. Bilirsiniz ki, frilans kimi çalışan jurnalistlərimiz var. Onlar sadələşdirilmiş vergi ödəyicisidirlər. Ayrı-ayrı media orqanları üçün çalışırlar. Hətta bəziləri konkret vəzifə bölgüsü əsasında fəaliyyətdədir. Ancaq onların əməyinin ödənişi əmək müqaviləsinə deyil, xidməti müqaviləyə əsasən gerçəkləşdirilir. Təbii, belələrinin adları müvafiq dövlət qurumunun sistemində çıxa bilməz. Yaxud, nə əmək müqaviləsi, nə də xidməti müqavilə olmadan çalışanlar var. Biz bilirik ki, bu adamlar faktiki olaraq jurnalist fəaliyyəti göstərirlər. Bu, başqa söhbətin mövzusudur ki, niyə əməklərinin ödənişi rəsmiləşmir? Ümumən medianın iqtisadi durumu belə rəsmiləşməyə çətinlik yaradır. Problem həm ənənəvi media, həm onlayn media, həm də telekanallar və radiolar üçün aktualdır. Düşünürəm ki, məsələnin ciddi müzakirəsinə, konkret qərarların qəbuluna ehtiyac var ki, ümumən media sahəsi şəffaflaşsın.

İndiki durumda əsas məsələ qeyd etdiyim kateqoriyadan olan jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsidir. Bununla bağlı onlar bizə müraciət edirlər. Biz də həmin şəxslərin siyahısını Operativ Qərargaha göndəririk. 

Yeri gəlmişkən, bir məqamı vurğulamaq istərdim. Ümumən xüsusi karantin rejimi hər kəsin fəaliyyətini məhdudlaşdırır. Bəli, medianın fəaliyyətinə icazə verilir. Biz də istəyirik ki, icazə həqiqi media fəaliyyətini həyata keçirən hər bir subyekti əhatə etsin. Ancaq jurnalistlər də məsuliyyətli olmalıdır. Onlar anlamalıdırlar ki, verilən icazə jurnalistikanın cəmiyyət üçün vacib peşə olmasındandır. Kimsə bu icazəni tam sərbəstlik kimi qəbul etməməlidir. Ehtiyac yoxdursa, evdən çıxılmamalıdır. Jurnalistlər və redaksiya rəhbərləri həmçinin bilməlidirlər ki, xüsusi zərurət yoxdursa, işçi iş yerinə gəlməməlidir. İşini evdən idarə etməlidirlər. 

Yenə də deyim ki, koronavirus təhlükəsi ümumilikdə dünya üçün yenilikdir. Bununla bağlı medianın peşəkarlıq standartlarına da baxışlar dəyişir. Biz ölkəmizin media orqanlarını Beynəlxalq Jurnalistlər Federasiyasının tövsiyələri ilə də tanış etdik. Geniş danışmaq istəməzdim bu barədə, güman edirəm ki, hər kəs məlumatlıdır. Əlbəttə, ilk növbədə jurnalistlər özləri öz sağlamlıqlarının qayğısına qalmalıdırlar. Təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər. 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ