Bazar günü günü, 01 noyabr 2026
     

Azərbaycanın siyasi qüvvələrinin mütləq çoxluğu dövlətçilik mövqeyində - buna necə nail olundu...

Image


2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Prezident İlham Əliyev ölkə həyatının bütün istiqamətlərinə diqqət çəkib və qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı mühüm ismarıclar verib. İlham Əliyev bildirib ki, bu islahatların məntiqi davamı parlament seçkiləri idi:

“Parlament seçkiləri bir daha xalqımızın iradəsini ifadə etdi, bir daha göstərdi ki, apardığımız siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir, dəstəklənir və parlament seçkiləri demokratik inkişaf istiqamətində atılmış növbəti addımdır. Seçkilərdən sonra parlamentin tərkibi böyük dərəcədə, rəhbər orqanları isə tam dəyişdirildi. Tarixdə ilk dəfə olaraq, müxalifət nümayəndəsi Milli Məclisin sədrinin müavini vəzifəsinə seçildi. Hesab edirəm ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər, həm sədr, həm müavin vəzifələrində. Hesab edirəm ki, bu da çox önəmli addımdır və ilk növbədə, siyasi sistemin yeni konfiqurasiyasına yol açan bir addımdır, eyni zamanda, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərəcək. İndiki şəraitdə biz açıq-aydın görürük ki, siyasi qüvvələrin mütləq əksəriyyəti dövlətçilik prinsiplərini hər şeydən üstün tutur və bu da əslində, bizim əsas məqsədimizdir. Çünki əsas məqsədimiz elə siyasi sistem yaratmaqdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olsun, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır. Belə olan halda həm siyasi müstəvidə işlər müsbət istiqamətdə gedəcək, eyni zamanda, ölkədə mövcud olan problemlər daha tezliklə həll olunacaq. Çünki müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır”.

Göründüyü kimi, Prezident İlham Əliyev indiki şəraitdə siyasi qüvvələrin mütləq əksəriyyətinin dövlətçilik prinsiplərini hər şeydən üstün tutduğunu vurğulamaqla, bir daha antimilli qüvvələrə və onlardan öz maraqları üçün istifadə edənlərə xatırlatdı ki, Azərbaycanın islahatlar yolu ilə yeni inkişaf mərhələsinə qədəm qoyması, bu istiqamətdə inamla addımlaması xalqın, siyasi qüvvələrin mütləq əksəriyyətinin birmənalı şəkildə dəstəklədiyi, alternativi və geriyə dönüşü olmayan yoldur. Siyasi qüvvələrin mütləq əksəriyyətinin dövlət prinsiplərini hər şeydən üstün tutması olduqca müsbət göstəricidir. Buna necə nail olunub?

Fazil Mustafa:“Artıq ötən əsrin 90-cı illəri deyil ki, ölkənin xarici modellərlə idarə olunmasına maraq göstərilsin”

Parlamentdə müxalifəti təmsil edən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa “Bakı Xəbər”ə açıqlamasında bildirdi ki, yeni siyasi konfiqurasiyanın formalaşması istiqamətində ilkin addımlar atıldı:“Birinci mərhələdə parlament azlığı sayılan partiyalar qanunverici orqanın işinə cəlb edildi. İkinci mərhələdə parlament müxalifəti ideyası inkişaf etdirilməlidir. Bu çox normal modeldir. Siyasi mübarizənin episentrinin parlamentə köçürülməsi çox doğru addım sayılar. Dövlətin hər hansı təlatümdən qorunması baxımından da vacib amillərdən biridir. İlkin təmsil,ilik müsbət aura yaratdı. Əvvəllər müxalifət prosesdən kənardaydı, parlament idarəçiliyində YAP və bitərəflər təmsil olunurdu. Ancaq bir vacib detala da fikir verməliyik. Parlamentdə azlıqda olan partiyaların heç də hamısı müxalif mövqedə deyil. Onların arasında iqtidarın kursunu tam dəstəkləyən partiyalar da var. Yəni parlament azlığı deyəndə, yalnız orda təmsilçilik qazanan müxalif partiyalar nəzərdə tutulmur. Radikal, dövlətə qarşı sərt mövqe sərgiləyən müxalifətçilik bəyənilmirsə, qəbul edilmirsə, bunun alternativi sayılan parlament müxalifəti ideyası canlandırılmalıdır. Cünki radikal müxalifətlə bağlı müəyyən neqativ fikirlər səslənəndə bundan müxalif mövqedə olan istənilən adam pay götürə bilir. Bu ay;rım olarsa, hər kəs daha yaradıcı və konstruktiv müxalifət olmağa maraq göstərəcək. Yəni ölkə başçısının da ifadə etdiyi kimi, hakimiyyətə qarşı müxalif olursan, amma ümumilli məsələlərlə bağlı dövlətlə əməkdaşlıq edirsən. Son vaxtlar fikir verdinizsə, özünə radikal müxalifət deyən qüvvələrin çoxu situasiyanı doğru dəyərləndirə bilmədi. Bu da onların yaradıcılıq qabiliyyətlərinin aşağı olması ilə bağlıdır. Mən düşünürdüm ki, bir az yaradıcı hisslərə sahib olan siyasilər bəyanat verə bilərdilər ki, biz bu məsələdə hakimiyyətin atdığı bütün addımları dəstəkləyirik. Heç onların ən radikal tərəfdarları belə buna etiraz etməyəcəkdi. Çünki bu vəziyyət yalnız bizim ölkədə hakim deyil. Dünyanı bürüyən bəşəri mahiyyət alan problemlə bağlı dövlətin yanında olub, atılan addımları dəstəkləmək olardı. Bu ideyanı dəstəkləməmək özünü kənarda qoymaq deməkdir. Məhz bu baxımdan da hesab edirəm ki, Prezidentin vurğuladığı amillər kifayət qədər haqlıdır. Çünki böyük əksəriyyət dövlətçilik mövqeyindədir. Amma müəyyən istisnaları da görürük. Hansısa siyasi qüvvə belə ağır şəraitdə belə dialoq üçün təşəbbüs etmirsə, bu olduqca zərərli yanaşmadan xəbər verir. Ölkə başçısının bu səpkidə səsləndirdiyi iradları da haqlı sayıram”. Azərbaycanın siyasi qüvvələrinin mütləq çoxluğunun dövlətçilik mövqeyində durmağa necə nail olmaqları ilə bağlı isə millət vəkili bunları dedi:“Bu gün Azərbaycanda səmimi müxalifət anlayışı olan insanlar da anlayır ki, zaman başqadır. Artıq ötən əsrin 90-cı illəri deyil ki, ölkənin xarici modellərlə idarə olunmasına maraq göstərilsin. Hansısa xarici qüvvələrin dəstəyi ilə hakimiyyətə gəlmə mexanizmləri də bura üçün keçərsizdir. Yeganə uğur faktoru xalqın dəstəyi ola bilər. Məhz bu səbəbdən də siyasi sistem dövlətçilik anlayışını dərindən mənimsəyərək, dövlətçiliklə bağlı mövqedə mühafizəkar yanaşma ortaya qoyur. Bu çox yaxşıdır. Xalqın hamısı ədalət, demokratiya axtarışında deyil. Belə bir vəziyyətdə siyasi qüvvələr də öz hərəkətlərinə təftişçi yanaşır. Məlum olur ki, köhnə metodlar işləmir. Fikir veririk ki, radikal müxalifət heç zamanın texnoloji imkanlarından belə yararlana bilmir. Normal esse yazmaq qabiliyyəti olan müxalifət niyə mitinq üçün meydan tələb etməlidir? Bacarsalar, elə sosial şəbəklərin yaratdığı imkanlar hesabına öz auditoriyalarına xitab edə bilərlər. Təəssüf ki, yalnız kiminsə şəklini qoyub, onu söydürməklə məşğul olurlar”.

Deputatın sözlərinə görə, cəmiyyətimizin problemlərindən biri də kütləyə yaltaqlanmaqdır:“Ziyalılar heç vaxt bu mövqedə olmamalıdırlar. Həqiqəti söyləmək lazımdır. Hakimiyyətdə qorxub kimsə nəyisə söyləməyə bilər. Ancaq kütlədən qorxub həqiqətləri gizlətmək xalqın gələcəyi ilə bağlı məsuliyyətdən boyun qaçırmaq anlamına gəlir. Müxalifətin də əsas vəzifəsi xalqı küyçülüyə yox, demokratiyaya hazırlamaq olmalıdır. Bunu etmədən hakimiyyətə gəlmək olmaz. İndiki hakimiyyət xalqla arasında olan məsafəni yaxınlaşdıra bilib. Xalqın dəstəyi olmasaydı, heç bir hakimiyyətin ömrü 27 il olmazdı. Hakimiyyət xalqın marağını müxalifətdən yaxşı təmsil edə bilir ki, özünü qoruya bilir. Düşünürəm ki, xalqın başlıca marağı təhlükəsizliklə bağlıdır. Bu gün radikal müxalifətin çağırışları xalqın təhlükəsizliyinə zəmanət vermir. İnad mübarizəsi olmamalıdır”.

Məhəmmədəli QƏRİBLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ