29/05/2020 11:27
728 x 90

Ermənistan koronavirusa görə dünya birincilərindən birinə necə çevrilib...

Əli Orucov: “Bu onu göstərir ki, işğalçı ölkənin səhiyyə sistemi bərbad vəziyyətdədir”

img

Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır. Bu ölkənin Xəstəliyə Nəzarət və Profilaktika Mərkəzinin yaydığı məlumata görə, virusa yoluxanların sayı 482 nəfərə çatıb.

Məlumata əsasən, bir sutka ərzində Ermənistanda 58 yeni koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 25-i karantində olan, 31-i isə virusa yoluxmuş şəxslə əlaqədə olan şəxslərdir. İki nəfərin yoluxma səbəbi isə araşdırılır. O da qeyd olunur ki, bir sutka ərzində ölkədə 3 nəfər ölüb, daha 30 nəfər sağalıb.

Görünən odur ki, Ermənistanın özü də koronavirus qarşısında aciz qalıb. Məsələ ondadır ki, əhalisinin sayına görə Ermənistan bu virusla üz-üzə qalan ölkələr arasında ilk onluqda yer alır. Bu haqda ermənilərin özü böyük həyəcan təbili çalıblar. Bu arada Ermənistanın lragir.am saytında “Yavaş infeksiya taktikası: iki pislik arasında” başlığı ilə ölkə əhalisini qorxuya salan yazı dərc edilib. Həmin yazının girişində deyilir ki, koronavirus ilə təsdiqlənmiş infeksiyaların sayına görə Ermənistan dünyada 100.000 nəfərə düşən əhali arasında lider mövqelərdən birini tutur.

Görünən odur ki, Ermənistanda koronavirusla bağlı vəziyyət çox gərgindir. Belə olmasaydı, işğalçı ölkə əhalisinin sayına görə bu virusla üz-üzə qalan ölkələr arasında ilk onluqda yer almazdı. Bütün hallarda, Ermənistan koronavirusa görə dünya birincilərindən birinə necə çevrilib?

  • “Koronavirusun ölkədə yayılmasının digər səbəbi Ermənistanın İranla olan sıx əlaqələridir”

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP funksioneri Əli Orucovun fikrincə, Ermənistanda belə acınacaqlı vəziyyətin yaranması bir sıra amillərlə bağlıdır: “Bu onu göstərir ki, işğalçı ölkənin səhiyyə sistemi bərbad vəziyyətdədir. Koronavirusun Ermənistanda sürətlə yayılması bunun əyani sübutudur. Paşinyanın 2 ildir hakimiyyət başında olması ölkənin səhiyyə sistemində müsbət keyfiyyət dəyişikliklərinə səbəb olmayıb. Baxmayaraq ki, Paşinyan ölkədəki səhiyyənin düzələcəyi ilə bağlı çoxsaylı populist vəd verib. Ancaq bütün bunlar həyata keçmədi. Bu da səbəbsiz deyil. Məsələ ondadır ki, Ermənistanın səhiyyə infrastrukturunu yeniləmək üçün maddi imkanı yoxdur. Koronavirusun ölkədə yayılmasının digər səbəbi Ermənistanın İranla olan sıx əlaqələridir. Nəzərə almaq lazımdır ki, Ermənistanın açıq dənizə çıxışı yoxdur. Apardığı işğalçılıq siyasəti üzündən Azərbaycan və Türkiyə ilə sərhədlər bağlıdır. Bu səbəbdən Ermənistan Gürcüstan və İran vasitəsilə dünya ilə əlaqə qurur. Ermənistandan İrana gedib-gələn çox olur. İranda da virus geniş yayılıb. Bu səbəblərdən Ermənistanda belə bir acınacaqlı vəziyyət yaranıb”.

Vidadi ORDAHALLI

Son xəbərlər