01/06/2020 00:11
728 x 90

Ermənistanın Rusiya səfirindən ilginc açıqlama - qacqın ermənilər qayıdır, Paşinyan yeni inqilab qurbanı ola bilər...

Yeganə Hacıyeva:“Koronovirusun yaradacağı problemlər fonunda Ermənistanın daha bir inqlaba hamilə olduğu real görünür”

img

Bütün dünyanı cənginə alan koronavirus pandemiyası ilə bağlı ölkələr qabaqlayıcı tədbirlərə əl atırlar. Bəllidir ki, pandemiya ilə bağlı qoyulan qadağalar iqtisadiyyata mənfi təsir edir. İqtisadi cəhətdən zəif ölkələrin bu sınaqdan çıxa bilməsi isə heç də asan görünmür. Məsələn, pandemiya elan olunan gündən hiss edilir ki, Ermənistanın vəziyyəti daha da ağırlaşır. Həmin ölkənin öz KİV-ində yazılan məlumatlarda bildirilir ki, Ermənistan ordusunda da koronavirus geniş yayılıb. Onsuz da iqtisadiyyatı bərbad vəziyyətdə olan Ermənistanın xəstəliyin yayılması ilə bağlı qabaqlayıcı tədbirlər görə bilməsi mümkünsüz sayılır. Ən əsası isə, ölkəni tərk etmiş əmək miqrantalrı ilə bağlı vəziyyətin ciddi hal alacağı proqnozlaşdırılır.

Ermənistanın Rusiyadakı səfiri belə bir həyəcan təbilini artıq çalıb. Onun sözlərinə görə, Rusiyada qaydaların sərtləşməsi əmək miqratı kimi həmin ölkədə çalışan ermənilərin vəziyyətini pisləşdirə bilər. Çünki onların məşğul olduqları bir çox sahələrdə işlər bağlanıb. Artıq Ermənistanda Rusiyadakı miqrantların tez bir zamanda kütləvi şəkildə ölkəyə dönüşünü proqnozlaşdırırlar. Bu halın ölkədəki sosial vəziyyəti daha da gərginləşdirə biləcəyinə şübhə yeri qalmır. Hətta bunun Paşinyana qarşı inqlabla nəticələyini də bildirirlər. Ermənistanda bu fonda inqlabın ola biləcəyini nə dərəcədə real saymaq olar?

Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onsuz da vəziyyətin gərgin olduğu Ermənistanda durumun getdikcə daha dramatik hal ala biləcəyinə şübhə yeri qalmır: “Ermənistanda son hakimiyyət dəyişikliyi daha çox iqtisadi tələblər fonunda baş verdi. Paşinyan meydanlara əhalini yığaraq, onlara iqtisadi islahatların aparacağı ilə bağlı çoxlu vədlər verdi. Ancaq bu müddət ərzində həmin vədlərə əməl edilmədi. Bu da ölkədən axını daha da gücləndirdi. Ermənilər yalnız Rusiyaya miqrasiya etməyiblər. Ancaq daha çoxu ora gedib. Minimum yaşayışlarını təmin etmək üçün ora gedib, iaşə sektorunda çalışanlar az deyil. Ermənistan səfirinin elan etdiyi həyəcanın kökündə ciddi məntiq var. Rusiyanın tətbiq etdiyi qadağalar həmin miqrantalrın geri qayıtmasını şərtləndirəcək. Ölkəyə dönəndən sonra isə onların təminatı ilə məşğul olmağa hakimiyyətin resursu qalmayıb. Təbiidir ki, bütün bunları Ermənistan yürüdülən yanlış siyasəti hesabına yaşayır. Bunun da hesabını əhali Paşinyandan soracaq. Bu baxımdan da, koronovirusun yaradacağı problemlər fonunda Ermənistanın daha bir inqilaba hamilə olduğu real görünür”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər