Bazar ertəsi günü, 02 noyabr 2026
     

Koronavirus düşmən ordusunu çökdürür - İrəvan Azərbaycanın qəfil hücum xofu qarşısında...

Image


Cənubi Qafqaz ölkələri arasında koronavirus təhdidinin bu gün işğalçı Ermənistana daha çox təsir göstərməsi müşahidə olunur. Pandemiyaya qarşı zəif mübarizə Ermənistanda yoluxanların sayını artırmaqla yanaşı, onun iqtisadiyyatını da sürətlə məhv etməkdədir. Düşmən ölkədə bu fonda açıq etiraf olunur ki, Ermənistanda vəziyyətin bu şəkildə davam etməsi onun bir dövlət kimi süqutunu sürətləndirməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli siyasətini davam etdirməsinə də imkan verməyəcək.

Erməni siyasi ekspert  Akop Köçəryan da bildirir ki, koronavirus və onun iqtisadi nəticələri erməni hakimiyyətinin cəmiyyətə misilsiz nailliyyət kimi göstərməyə cəhd etdiyi hər şeyi məhv etdi. İqtisadiyyatdakı gözləntilər yaxşı heç nə vəd etmir.  O, baş nazir Nikol Paşinyanın hazırkı durumla bağlı fikrinin reallıqdan uzaq olduğunu və insanların belə nağıllara inamının qalmadığını bildirib: “Reallıq budur ki, Ermənistan keçən il xarici bazarlara 2,6 milyard dollarlıq mal ixrac edib. Baş nazir deyəndə ki, ixrac beş il ərzində 30 milyarda çatmalıdır, qeyri-ciddi idi. Belə çıxır ki, 5 il ərzində ixrac 12 dəfə artmalıdır. Koronavirus Ermənistana dəhşətli zərbə vuracaq. İl hələ yeni başlayıb, amma belə templərlə ilin sonuna nə olacağını təsəvvür belə etmək olmur. Əksinə, azsaylı istehsal sahələri də bağlanır. Ən dəhşətlisi isə virus bəlasının orduya bulaşmasıdır. Bu, döyüş hazırlığından tutmuş ordunun şəxsi heyətlə təminatına qədər hər şeyə ciddi təsir edəcək”.

Eyni mövqeni digər erməni siyasi ekspert Armen Badalyan da bölüşür. Ekspert vurğulayır ki, ölkəsi böhran əleyhinə idarəetmənin çox aşağı keyfiyyətinə sahibdir. Onun sözlərinə görə, koronavirus ilkin dövrlərdə Ermənistanda ciddiyə alnmırdı: “Biz gördük ki, ilkin dövrdə bu infeksiya sadəcə nəzərə alınmırdı. Koronavirusun kiminsə iti olduğu bildirilirdi, sonra bu virusu pinsetlərlə qoparmaq, onu ev arağı ilə təmizləmək haqqında danışılırdı. Lakin məlum oldu ki, bu metodlarla ona qarşı mübarizə aparmaq mümkün deyil. Üstəlik, 5 aprel referendumu ilə bağlı görüşlər dayandırılmaq əvəzinə davam etdirilirdi. Nəticədə virus genişləndi, hətta orduya da sıçradı”. Ermənistan müdafiə naziri David Tonoyan isə baş verənlərə görə əhalini günahlandırmağa çalışır: “İnfeksiyanın orduya nüfuz etməsinin qarşısını almaq mümkün deyil, çünki hərbi qulluqçuların böyük bir hissəsi gündəlik olaraq mülki sakinlərlə ünsiyyətdədir”. O bildirib ki, daha əvvəl döyüş bölgəsinə daxil olmayan hərbi hissənin 3 hərbi qulluqçusundan nümunə götürülüb və COVID-19 testi nəticəsində hər 3 hərbi qulluqçuya koronavirus diaqnozu qoyulub. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan öz “Facebook” səhifəsində yazıb ki, daha 2 hərbi qulluqçuda koronavirus aşkarlanıb: “3 hərbi qulluqçuda koronavirus tapılması ilə əlaqədar döyüş bölgəsinə düşməyən eyni hərbi hissənin 32 hərbi qulluqçusundan, bundan sonra isə daha 5 hərbi qulluqçudan koronavirus xəstəliyi üçün nümunə götürülmüşdü. Test nəticəsində 2 hərbi qulluqçuya koronavirus diaqnozu qoyulub, 35 hərbi qulluqçunun test nəticəsi neqativdir. Təsdiq olunmuş hallar sözügedən hərbi hissədə qeydə alınmış ilk koronavirus halı ilə əlaqədardır. Hərbi qulluqçular xəstəxanaya yerləşdirilib, onların sağlamlıq vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir. Hər iki hərbi qulluqçu təcrid olunub”.  Amma Ermənistanın “1in.am” saytı yazır ki, əslində, orduda yoluxanların sayı daha çoxdur və bura cəbhə boyu ərsazilərdə olan hərbu qulluqçular da daxildir: “Ermənistan müdafiə naziri David Tonoyan məlumat verib ki, Silahlı Qüvvələrin hərbi hissələrindən birində xidmət edən 3 hərbçidə koronavirus testi müsbət çıxıb. Bu da əsgərlərin infeksiyaya yoluxması deməkdir. Nazir eyni zamanda məlumat verib ki, əsgərlər mülki şəxslərlə təmas nəticəsində yoluxublar. İnfeksiyanın yayılmasının, necə deyərlər, məşhur olan iki qaynağı – Eçmiədzin və sexdə yoluxma halları vardır. Yoluxmanın bu iki qaynağın hansından, ola bilsin, 3-cü, az məlum olanından gəlməsi haqqında isə məlumat verilmir.

İnfeksiyanın orduda yayılması halı cəmiyyətdə müəyyən ajiotaja səbəb olub, bir çox hallarda isə hətta elə bir rəy yaradıb ki, sanki düşmən paytaxtı ələ keçirib. Bizim hamımızın orduya münasibətdə qayğıkeş və diqqətli olması şübhəsizdir və təbii, bizim hamımız arzu edərdik ki, infeksiya orduya, üstəlik, müharibə rejimində olan orduya keçməsin. Ancaq bu mənada vəziyyət kritikdir. Birincisi, nazirin verdiyi məlumata əsasən, koronavirusa yoluxan əsgərlər Dağlıq Qarabağda deyil. Amma reallıq bunun əksini deməyə əsas verir. Eyni zamanda, Ermənistanın ön cəbhə xəttində də virusun yayılmasına dair məlumatlar var. İkincisi, bu 3 yoluxma halı sayıqlığın qatbaqat artırılması və sonrakı daha sərt addımların atılması üçün yeni stimul ola bilər. Bu da infeksiyanın digər hərbi hissələrə keçməsinin qarşısını almağa imkan verər. Amma reallıq yenə bunun əksini göstərir. Bundan əlavə, ordu infeksiyaya nə qədər həssas olsa da, öz daxili münasibətlərinin özəlliyinə, idarəçiliyinin xüsusiyyətlərinə, eyni zamanda operativliyinə görə xəstəliyin yayılmasının qarşısının alınması tədbirlərini, – təbii, əgər bu tədbirləri lazımi qaydada həyata keçirərsə, – daha asan reallaşdıra bilər. Yenə ıks hal müşahidə olunur. Şübhəsiz, 3 əsgərin infeksiyaya yoluxması haqqında siqnal orduya görə məsuliyyət daşıyanların sayıqlığını daha da artırmalıdır. Digər tərəfdən, cəmiyyət də sayıqlığını itirməməlidir. Hər bir vətəndaş unutmamalıdır ki, verdiyi reaksiya, hətta bu ən səmimi narahatlıq olsa belə, orduya münasibətdə tamamilə əks effekt verə bilər. Əslində elə bu da indi müşahidə olunur. Buna uyğun olaraq diqqətli, hesabatlı, lakin eyni zamanda məsuliyyətli olmaq lazımdır. Çünki infeksiya, onun ətrafında yaradılan ajiotaj ordunun döyüş qabiliyyətini aşağı salır. Bu halda Qarabağ müharibəsinin yenidən alovlanması Ermənistan üçün ciddi problemlər deməkdir. Bunu Azərbaycanda da yaxşı sezirlər”.

Əslində, erməni tərəfinin bu həyəcanı əbəs sayılmır. Elə politoloq Qabil Hüseynli də bildirir ki, Ermənistan koronavirus pandemiyasına görə Rusiya və digər dövlətlərin köməyinə möhtacdır. Lakin bütün ölkələr bu virusdan əziyyət çəkir və heç kimi Ermənistan maraqlandırmır. Koronavirus pandemiyası ilə Rusiyanın bütün ölkələrlə əlaqələri kəsməsi və hazırda Gürcüstan üzərindən yük daşımalarında ciddi problemin yaşanmasını şərh edərkən ekspert İrəvanın daha ağır duruma düşəcəyini bildirir. Politoloq koronavirus səbəbindən Rusiyanın Ermənistandakı hərbi bazasını boşaldacağını düşünmür. Lakin Ermənistana yardım etməyəcəyini də bildirir: “Rusiyanın Ermənistandakı hərbi bazası Moskvanın regionda təsir gücü baxımından əhəmiyyətlidir. Bu mənada, Rusiyanın hərbçilərini Ermənistandan çıxarması real görünmür. Digər tərəfdən, bu gün Rusiya istəsə də, öz hərbçilərini Ermənistandan çıxara bilməz. Koronavirus pandemiyası Ermənistanda sürətlə yayılmaqdadır. Ermənistanın zəif səhiyyə sistemi bu virusun qarşısının alınmasında acizdir. Hətta virusun Ermənistanda yerləşən rus hərbi bazasına da sıçradığı ilə bağlı xəbərlər mövcuddur. Bu mənada, rus hərbçilərinin ölkəyə qaytarılması virusun Rusiyada sürətlə yayılması ilə nəticələnə bilər”. Politoloq qeyd edib ki, Ermənistan həm mövcud koronavirus pandemiyası ilə əlaqədar, həm də ölkədə yerləşən rus hərbi bazasında yoluxma hallarının qarşısını almaq üçün Moskvadan yardım tələb edir: “Lakin bu gün mövcud vəziyyət bir çox dövləti öz içinə qapanmağa məcbur edir. Rusiya öz ölkəsindəki vəziyyəti düşünməyə məcburdur. Bu baxımdan deyə bilərəm ki, Moskvanı hazırda nə Ermənistan, nə də oradakı hərbi bazası düşündürür. Kreml üçün bu gün əsas prioritet Rusiyada koronavirus pandemiyasının qarşısını almaqdır”. Məhz bu durumda Ermənistanda vəziyyətin daha da ağırlaşması gözlənilir. Siyasi və Hərbi Təhlillər İnstitutunun direktoru, rusiyalı ekspert Aleksandr Xramçixin isə qeyd edir ki, belə vəziyyətdə Qarabağ savaşının yenilənməsi Ermənistan üçün ciddi problem deməkdir: “Qarabağda isə müharibə qaçılmazdır, çünki Ermənistan tərəfi status-kvonu saxlamaq istəyir, Azərbaycan tərəfi isə yaranmış vəziyyətlə barışmaq niyyətində deyil. Amma indi Ermənistan çətin durumdadır”. Xramçixin qeyd edib ki, Azərbaycan ordusu silahlanma səviyyəsinə görə Ermənistan ordusunu üstələyir: “Ermənilər səngərlərdə otura bilərlər, azərbaycanlılar mütləq hücuma keçəcəklər. Çünki Azərbaycan əraziləri qaytarmaqda israrlıdır”.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ