Cümə axşamı günü, 08 oktyabr 2026
     

SÖZ-ün Nəsimi dühasına işıq tutan alim - Züleyxa Nadir yazır

Image


Uşaqlıqdan ziyalı və əsilzadə, savadlı və dünyagörüşü zəngin olan insanlarla söhbət etməyə meylli olmuşam. Onlarla yaxından təmas qurmaq, öyrənmək, bilmədiklərimi əldə etmək arzum heç vaxt məni tərk etməyib. Xüsusilə də elm adamlarını, alimləri nağıl qəhrəmanlarına bənzətmişəm, onları  sevmişəm, pərəstiş etmişəm. Nağıl dünyamdakı o insanlar işıqlı və nurlu olublar. Mən də hər zaman  həmin işıqda xəyallara dalıb  uşaqlıq arzularımın qanadında uçmuşam.

Sonralar həyat yollarında gerçək dünyanın  bu cür işıqlı qəhrəmanları ilə üz-üzə gəldim. Uşaqlıqda görmək istədiyim,  öyrənməyə can atdığım insanları tanıdım, ünsiyyət qurdum, həmsöhbət oldum. Hər dəfə yeni gördüyüm, yaxından tanış olduğum şəxsiyyətin işıqlı dünyasına daxil olarkən, sanki nəsə kəşf etdim və özümü dünyanın ən bəxtəvər insanlarının sırasına qoydum...
***
Bir neçə gün əvvəl  arzularımın daha bir  işıqlı qəhrəmanı ilə tanış oldum. Bu,  filologiya üzrə fəlsəfə doktoru, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent  Səadət xanım Şıxıyeva idi. Nə xoş ki, Tanrı bu yaşantını mənə nəsib etdi! Onunla bir neçə saat həmsöhbət oldum və bu sevimli xanımı dinlədikcə intellektinə heyran qaldım. Səadət xanım Azərbaycanda  Nəsimini ardıcıl öyrənən yeganə alimdi.  30 illik elmi tədqiqatlarını sırf İmadəddin Nəsimiyə həsr edib. Üç on ildi  bu klassik şairi tədqiq edir, SÖZün Nəsimi dühasına işıq tutur.
-Uşaqlıqda yazıçı olmaq istəmişəm, - deyir Səadət xanım, - amma səkkizinci sinifdə oxuyanda fikrim dəyişdi. Həmin vaxt povest yazmağa hazırlaşırdım. Həmid Araslının orta məktəb dərsliyi olan "Ədəbiyyat" kitabını oxuyandan sonra tədqiqatçı olmaq fikrinə düşdüm. Klassiklərə üz tutdum. Nəsimi məni özünə daha çox çəkdi. Onu oxuduqca aurasına düşdüm. Nəsimi yaradıcılığı möcüzəli bir dünyadı. Mənə elə gəlir ki,  onunla ruh ekiziyəm. O çılğındı, səbrsizdi, sərtdi, bəzən də çox yumşaqdı. Mən də eləyəm. Bu, şir bürcü altında doğulmağımdan irəli  gələn  xarakterlərdi. Bəlkə Nəsimi də eyni bürcdəndi.  Mən onu müasirimiz kimi görürəm, keçmişdə qalan insan deyil. Hürufi şairinin altı əsrlik bir yol gəldiyini hiss etmirəm.
Alim haqqında yazı yazmaq çətindi. Onunla söhbət etmək  nə qədər  xoş olsa da, bir o qədər məsuliyyət tələb edir. Əslində Səadət xanımla söhbətimin mövzusunun Nəsimi olmayacağını görüşməmişdən əvvəl qərara almışdım. Bunu özünə də dedim. Nəsimi ilə bağlı müsahibələrini, bəzi yazılarını oxumuşdum. Eləcə də Azərbaycan oxucusunun çoxu, xüsusilə də elm ictimaiyyəti Nəsimi haqqında Səadət xanımın məqalələrinə, əsərlərinə  yaxından bələddir. O, iki elmi əsərin, 200-dən çox məqalənin müəllifidi. Bu gün iki kitabı çapa hazırlanır, irihəcmli monoqrafiya üzərində tamamlama işləri aparır. Bundan başqa, institutun "Elmi araşdırmalar" jurnalının elmi redaktoru, "Turkish Studies" adlı beynəlxalq indeksli elmi elektron jurnalın Mərkəzi Asiya üzrə koordinatoru, "E-Journal of New WorldSciencesAcademy" (NWSA) elektron elmi jurnalında redaksiya heyətinin  üzvü, "Akademik Tarih ve Düşünce Dergisi" elektron elmi jurnalının Azərbaycan üzrə rubrika redaktoru, rəyçisi (hakem),  redaksiya heyətinin üzvüdür. Ona görə də alim xanımla bir qədər başqa mövzuda söhbət etməyi planlaşdırmışdım.
 Amma bu mümkünmü? Ömrünün 30 ilini İmadəddin Nəsimiyə həsr edən, necə deyərlər, gecə-gündüz İmadəddin  Nəsimi ilə nəfəs alan, "Nəsimi ilə yatan,  Nəsimi ilə duran" bir alim bu dünyaya Nəsimi gözü ilə baxmazmı?  Baxar! Nədən danışırsa danışsın, kimdən söz açırsa-açsın, dönüb-dolaşıb Nəsimiyə xitab etməzmi? Edər!  O danışırdı, mən qulaq asırdım. Arada sual vermək istəyirdim, amma o qədər  gözəl danışırdı ki, sözünü kəsməyə qıymırdım. Hətta qarşımdakı dəftərçəmə qeydlər etməyə də qorxurdum ki, birdən söylədiyi fikir havada qalar, tuta bilmərəm. Yaddaşıma hopdurmağa çalışırdım. Buna nə dərəcədə nail ola bilmişəm... yazının davamında biləcəm (kaş ki, burada bir təbəssüm işarəsi qoymaq mümkün olaydı).
***
Dünyanın düzənini alim qadınlar sahmana salırlar. Bu, gəlişigözəl söz deyil, həqiqətən belədir. Yüz illərdi, min illərdi dünya alim qadınların elm nurunda təmizlənir, arınır, durulur. Qadınlıq elə bir duyğudur ki, o, dünyanın bütün yaxşılıqlarını özündə  cəmləyə bilir. Pislikləri isə əlinin tərsi ilə itələyib yerinə gözəllik qoyur. Qadın cəmiyyətdə və ailədə özünü təsdiq edib, istədiyini, hardan gedib, hardan gəldiyini biləndə yaxşı insan, ali məqsədi olan və onun uğrunda döyüşəndə isə şəxsiyyət olur. Yaxşı insan və şəxsiyyət olaraq qadın böyük dəyərlərin daşıyıcısıdı. Qadın bu dünyanın sakitliyinə, əminamanlığına və sabitliyinə cavabdeh birisidir. Qadın yaradıcı olanda, alimlik missiyasını çiyinlərinə götürəndə isə BÖYÜK olur. Səadət xanım  BÖYÜK alimdir. Çünki ömrünü BÖYÜK Nəsimiyə,  qüdrətli SÖZ ustasının yaradıcılığına, onun zəngin mədəni-mənəvi sərvətinin üzə çıxarılmasına, dərin poetik fikirlərinin, fəlsəfi görüşlərinin və elmi-fəlsəfi düşüncələrinin araşdırılmasına həsr edib.
Taleyini hürufi şairinin yaradıcılığına bağlayan Səadət xanım illərdi Nəsiminin  "əlindən tutaraq" elmin yollarında addımlayır.  Bəzən yorulub, bəzən də küsüb, inciyib, amma Nəsimi eşqi, Nəsimi sevgisi onu bu neqativ duyğulardan xilas edib. Özünü elm dəryasına atıb. Elm isə elə bir dəryadır ki, ora düşən adam kamil üzgüçü olmalıdı, əks halda dibi görünməyən sularda boğulmağa məhkum olacaq. Səadət xanım kamil üzgüçü olduğu üçün heç bir zaman batmayıb. Az-çox elmin nə olduğunu bilən adam gərək bu yükün altına məcburi olaraq girməsin. Elm yükü elə bir çəkidə olur ki, onu ancaq fədakarlar daşıya bilər. Səadət xanım məhz elmin fədaisidi, İmadəddin Nəsiminin fədakarıdı. Elm təkcə bilik tələb etmir. Əgər sənin səbrin, enerjin, tükənməz potensialın varsa, buyur gəl, yoxdursa nahaq əziyyət çəkib özünü yorma. Elm sənin gözünün işığını istəyir, verəcəksənsə gəl. Elm sənin düz qamətini masa  arxasında oturmaqdan əyəcək, razısansa gəl. Ürəyin  ağrıyacaq, dözəcəksənsə gəl. Elm səni bəlkə əlində qələm yazı  masası  başında öldürəcək, qorxmursansa gəl.
Səadət xanım sadaladığım  bu sınaqlardan uğurla keçib. Ötən 30 il onu Nəsimi dünyasına qırılmaz tellərlə bağlayıb. Bu zərif, incə duyğulu xanım 650 il əvvəl dünyaya gəlmiş İmadəddin Nəsiminin qəlbləri titrədən, vicdanları oyadan şeirlərinin xiridarına çevrilib. Səadət xanım elmi yaradıcılığında insanların diqqətini bədii SÖZün ülviliyinə yönləndirmək üçün Nəsimi poeziyasının, Nəsimi lirikasının gözəlliyinə və Nəsimi şəxsiyyətinin bütövlüyünə söykənib.
Bu gözəl fikirli, incə duyğulu, işıqlı xanımdan başqa nə gözləmək olar ki?! Onunla söhbət edərkən anladım ki, Səadət xanım heç bir zaman neqativ  hisslərə köklənmir, nikbindi, ritmik musiqidən həzz alır, həyatı sevir. Savadı, enerjisi, potensialı, bilik və bacarığı ilə yanaşı zəhməti ilə qazandığı elmi titulu onun alimlik şərəfinin tacıdı. Alimlik təkcə insanın elmi savadı, geniş biliyi ilə ölçülmür. Həyat universitetində oxuyarkən onun  çətinliklərinə sinə gərmək, fədakar və xeyirxah olmaq, vətəni, milləti sevmək isə bir başqa alimlikdi. Və həyatdan aldığın həmin alimlik dərəcəsi elmlə birləşəndə xüsusi ahəng yaradır. Səadət xanımın taleyini bəzəyən bu ahəng Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması üçün çox böyük vasitədi.
***
Səadət xanımla söhbət edərkən adama elə gəlir ki, onun üçün dünyada ən sevimli, ən maraqlı mövzu Nəsimidir. Gərək onu bu mövzudan məharətlə ayırmağı bacarasan. İnsanların sözünü kəsməyin ustası deyiləm, bu məsələdə məharətim yoxdu. Dinləməyi daha çox sevsəm də  arada alim xanıma bəzi pərakəndə suallar verdim. Məsələn:
-Alim qadınla biznesmen qadının oxşar tərəfi varmı? - deyə soruşanda  qəşəng çöhrəsində təbəssüm yarandı.
-Elmin elə sahəsi var ki, onunla məşğul olanlar üçün biznesin heç bir çətinliyi yoxdu. Mənə elə gəlir ki, riyaziyyatçılar üçün bu adi bir iş sayıla bilər. Onlar rəqəmlərlə işlədiklərinə görə biznes qurmağı da bacarırlar. Mən bacarmaram. Biznes xüsusi istedad tələb edən bir sahədi. Mənim biznesim SÖZümün Nəsimi dühası ətrafında dolaşmasıdı.
-Bəs, yüksək çinli məmur olmağı necə, bacararsınızmı?
-Hansısa bir dövlət işində məmur kimi çalışmaq tədqiqatçı alimin şəxsiyyətini məhv edər. Amma elmi karyeramda yüksəlmək istəyərəm.
-Siz kimsiniz?
-Səmimi bir insan. İstər şəxsi, istər elmə münasibətdə, istərsə də nəsimişünaslıqda səmimiliyə üstünlük verirəm. Təvazökarlıqdan uzaq olsa da deyim ki, fədakaram, üstəlik də zəhmətkeşəm.
-Sizi ruhdan salan nədi? Hansı halda dözümsüz olursunuz?
-Bəzən əməyimin dəyərini ala bilməmək əhvalıma pis təsir edir. Elmə daraşan psevdoalimlərin meydan sulamasına dözə bilmirəm. Onlar elmdə islahatların aparılmasına mane olanlardı, büdcəyə ziyan vururlar. Belə hallarda sərt oluram, dözümsüzlk nümayiş etdirirəm. Plagiatlarla mübarizə aparmaq çox çətindi. Yersiz münaqişələr məni yorur. Elələri var ki, uğurlarım onlarda qıcıq yaradır. Elmdə xəyanət və ikiüzlülük görəndə, yalançılarla və özündənrazılarla üz-üzə gələndə dözə bilmirəm.  Nəsimi də yalanı və yersiz qürrələnməyi sevməyib, bu halların şeytani hiss olduğunu deyib.
-Azərbaycan elminin dünəni ilə bu günü arasında fərq varmı?
- Sovet övründə düşüncə və güc sahibləri elmin inkişaf etməsi üçün var güclərini sərf edirdilər. Bu gün  həmin tendensiya demək olar ki, çox azdı. Elmdə ciddi islahatlar aparılmalıdı. Alim ölkənin simasıdı,  maddi cəhətdən  tam təmin olunmalıdı, onun  fikri-zikri elmdə olmalıdı. Amma bu gün alimin dəyəri aşağı səviyyədədi. Belə getsə torpaqlarımız kimi, mənəvi sərvətlərimiz də işğal olunacaq, elmimiz əldən gedəcək.
-Azərbaycandan kənarda işləmək fikriniz olubmu?
-2000-ci ildə İranda ixtisasartırma kursunda olarkən bu ölkədə qalıb işləməyimi təklif etilər. Qardaş Türkiyədən də dəvətlərim olub. Amma heç birini qəbul etməmişəm. Azərbaycan mənim yuvamdı, evimdi, onu boş qoya bilmərəm. Kənardan baxanda Azərbaycan, Bakı başqa görünür, buralara təşnə olursan.
-Ailənizdə elmlə məşğul olan tək alim sizsinizmi?
-Üç bacı, bir qardaşıq. İkinci bacım tarixçi, qardaşım kimyaçıdı. Hər ikisi elmi dərəcə daşıyır. Üçüncü bacımın isə alimlik elmi dərəcəsi olmasa da, işinin alimidi, tərcüməcilklə məşğul olur.
***
İş elə gətirmişdi ki, Səadət xanımın doğum günündən bir gün əvvəl görşmüşdük. Yazını onun bu özəl gününə hədiyyə olaraq hazırlayacaqdım. Amma olmadı, bəzən həyat adamı elə sürprizlə qarşılaşdırır ki, qalırsan mat-məəttəl. Mən də xoşagəlməz sürprizin "qurbanı" olduğum üçün yazını gecikdirməli oldum.
Qismət bu günə imiş...
“OLAYLAR.AZ”



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ