Cümə axşamı günü, 08 oktyabr 2026
     

Kitabxana və klublar yeni qaydada idarə olunsa nə baş verəcək...

Image


“Mədəniyyətə ictimaiyyət arasında belə bir soyuq münasibət olduğu halda mədəniyyət sahələrində hansısa islahatların uğur qazanacağına inanmıram”

“Ümid edirəm ki, yeni islahat dalğası olub-qalan mədəniyyət ocaqlarını məhv etməyəcək”

Kitabxana və klublar mədəniyyətin təbliğində, maarifçilik məsələsində xüsusi rol oynayır. Bir vaxtlar daha aktiv fəaliyyət göstərən kitbxana və klublar son illər öz imkanlarından elə də istifadə edə bilmir. Bu problem ən çox da klublarla bağlı özünü göstərir. Nəzərə alsaq ki, klubların çoxu kənd və qəsəbələrdə yerləşir, onların əsas işi uşaq, yeniyetmə və gəncləri tərkibində fəaliyyət göstərən müxtəlif dərnəklərə, kurslara cəlb etmək, onlara mədəniyyətin, incəsənətin ayrı-ayrı sahələrini təlqin etməkdir. Ancaq təəssüf ki, bir sıra klublar bu işin öhdəsindən lazımı səviyyədə gələ bilmir.  

Burada ən ciddi çətinliklərdən biri də ixtisaslı kadr çatışmazlığıdır ki, bu istiqamətdə də köklü işlər görülməlidir. Doğrudur, müxtəlif qurumlar mədəniyyət işçilərinin peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı müxtəlif treninq və seminarlar təşkil edirlər, lakin bütövlükdə bu, kadr yetişdirməyi əhatə edə bilmir.

Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, kitabxana və klubların idarə olunması istiqamətində islahatlar keçirilir. Nazirin sözlərinə görə, mədəniyyət müəssisələrinin işinin müasir tələblər səviyyəsində qurulması, kitabxana və klublarla bağlı yeni layihə hazırlanıb. Bu istiqamətdə hazırlanan yeni layihə kitabxana, klub və digər mədəniyyət müəssisələrinin fəaliyyətində nə kimi dəyişiklik edə biləcək?

Yeni Yazarlar və Sənətçilər Qurumun rəhbəri, yazıçı – kultroloq Aydın xan Əbilovun sözlərinə görə, Azərbaycanda müstəqillik illərindən bəri mədəniyyət müssisələrində, kitabxanalarda, klublarda həm idarəetmə, eləcə də özəlləşdirmə ilə bağlı bir sıra islahatlar aparılıb. “Çox təəssüf ki, bu sahədə aparılan islahatlar heç də ümumi mədəniyyətimizin xeyrinə olmadı. Xatırlayırsınızsa, bir çox kinoteatrlar, klublar, mədəniyyət sarayları, dərnəklər, uşaqlar üçün rəsm qalereyaları bağlandı və onların çox az bir hissəsi saxlanıldı. Eyni zamanda da həmin dövrdə “islahatlar” adı altında çoxlu kitabxanalar qapadıldı, onların bina və ofisləri özəl şirkətlərə satıldı. Kitab mağazaları bağlandı, yerində restoranlar, mağazalar, kafe və barlar açıldı. Kinoteatrların yerində ya yaşayış, ya da ticarət obyektləri inşa edildi. Bu gün mədəniyyət naziri Əbülfəs Qarayev deyirsə mədəniyyət ocaqlarının idarəediləməsi ilə bağlı yeni layihə hazırlanıb, bir kultroloq olub bu barədə ehtiyatla danışmağa başlamalıyam. Ümid edirəm ki, yeni islahat dalğası olub-qalan mədəniyyət ocaqlarını məhv etməyəcək. Baxın, insanlarımız mədəniyyət ocaqlarından, kitabxanalardan, klublardan, teatrlardan çox kafe və restoranlara, şadlıq evlərinə gedir. Kitabxanalardakı kitabların üzünün sonuncu dəfə nə zaman açıldığını deyə bilmirik. Dünyanın hər yerində mədəniyyət ocaqlarına, muzey, kitabxana və klublara getmək bir prestij sayılır, öz estetik zövqünü və intellektini, dünyagörüşünü artırmaq üçün insanlar bu ocaqlara kütləvi axın edirlər. Azərbaycanda isə belə deyil. Mədəniyyətə ictimaiyyət arasında belə bir soyuq münasibət olduğu halda mədəniyyət sahələrində hansısa islahatların uğur qazanacağına inanmıram. Əlbəttə ki, mədəniyyət ocaqları, kitabxana və klublar çalışmalıdır öz işlərini zamanın tələbinə uyğun qursun. Amma mədəniyyət ocaqlarının idarəedilməsi sahəsində hansısa layihə hazırlanıbsa, o tətbiq edilməzdən əvvəl ictimai müzakirəyə buraxılmalıdır. Deyim ki, cənab nazir həmişə islahatların və yeniliyin tərəfdarı olub, bu sahədə durumun ağır olduğunu bildiyi üçün bu istiqamətdə islahatlar həyata keçirməyə qərar verib”.

A.X.Əbilov hesab edir ki, mədəniyyət sahəsində hər hansı bir layihə hazırlanırsa, onun hazırlanmasında ancaq məmurlar iştirak etməməlidir. Ekspertin sözlərinə görə, məmurlar çox zaman məsələlərə öz maraqlarına uyğun şəkildə yanaşırlar. “Hesab edirəm ki, Mədəniyyət Nazirliyinin tərkibində ictimai şura yaradılmalıdır və bu şurada yalnız məmurlar deyil, həm də tanınmış mədəniyyət xadimləri, mədəniyyətşünaslar təmsil olunmaldır. Həyata keçirilən islahatlarla, layihələrlə bağlı hanısa bir mədəniyyətşünasla məsləhətləşilirmi? Xeyr. Halbuki, xalqın içində olan mədəniyyətşünaslar mədəniyyət ocaqlarının problemlərini daha dərindən bilir. Təklif edərdim ki, Mədəniyyət Nazirliyi mədəniyyət xadimlərini, kulturoloqları, menecerləri, kreativ bizneslə məşğul olan insanları bir yerə yığsın, müzakirələr aparılsın və ümumi nəticələrə gəldikdən sonra bu islahatlar aparılsın. Kitabxana və klubları düşdüyü ağır durumdan çıxarmaq üçün hazırlanan layihə tətbiq edilməzdən əvvəl ictimai müzakirəyə buraxılsa daha effektiv olar”-deyə A.X.Əbilov vurğuladı.

İradə SARIYEVA

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ