Cümə axşamı günü, 08 oktyabr 2026
     

Şah İsmayıl haqda yarımçıq kino - 1 milyon vəsaitin havaya sovrulduğu deyilir

Image


Müasir dövrdə Azərbaycanda tarixi filmlərin çəkilməsinə elə də böyük əhəmiyyət verilmir. Kinematoqraflar və kino şirkətləri əsasən mücərrəd mövzulu, yaxud da ailə-məişət müstəvisində filmlər çəkməklə işlərini bitmiş hesab edirlər. Qarabağ xanı İbrahim xan, Gəncə hökmdarı Cavad xan, Cümhuriyyət tarixinə aid olan film istisna olmaqla, demək olar ki, hələlik heç bir xanlığımız, xanlarımız haqqında tarixi bədii filmlər istehsalata buraxılmayıb. Sovet dövründə isə Sovet ideologiyasının təsir altında yalnız Quba xanı Fətəli xanın mübarizə yolunu əks etdirən film ekranlaşdırılıb.

Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycanın dövlətçilik ənənəsi nədənsə hər zaman arxa plana keçirilir. Baxmayaraq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kino ilə bağlı imzaladığı sərəncamlarda, sənədlərdə milli dövlətçilik tariximizi yaradan böyük şəxsiyyətlər haqqında azərbaycançılıq ideologiyası əsasında filmlər çəkilməsi məsələsi önə çəkilib. Dövlət tarixi şəxsiyyətlərimizlə bağlı filmlərin çəkilməsində maraqlı olsa da, kinematoqraflarımız bu sahəyə nədənsə elə də maraq göstərmirlər. Çoxları hesab edir ki, bu filmlərin çəkilməsi üçün Azərbaycanda maddi-texniki baza yoxdur və sair. Halbuki, istək olandan sonra maddi-texniki bazanın formalaşdırılması çətin deyil.

İllərdir Azərbaycanın böyük dövlət xadimi Şah İsmayıl Xətai haqqında bədii filmin çəkilməsi gündəmdədir. Hətta illər əvvəl filmin ssenarisi də yazılıb hazırlanıb. Xeyli müddət əvvəl məlumat yayıldı ki, Mədəniyyət Nazirliyi tərəfindən Şah İsmayıl Xətai haqqında bədii filmin çəkilişlərinə start verilib. Hətta ilkin mərhələdə filmin çəkilişlərinə dövlət büdcəsindən 1 milyon manat da ayrılıb. Son günlər isə filmin çəkilişlərinin məlum olmayan səbəblər üzündən təxirə salındığı və ayrılan 1 milyon manat dövlət vəsaitinin havaya sovrulduğu haqqında məlumatlar yayılıb.

Şah İsmayıl Xətai filminin çəkilişləri hansı səbəbdən təxirə salınıb?

  • Şeyx Əbdül Mahmudov: “Şah İsmayıl Xətai haqqında film həmişə gündəmdədir və film “Azərbaycanfilm” kinostudiyasının planındadır”

Şah İsmayıl Xətai filminin rejissoru Şeyx Əbdül Mahmudov “Bakı-Xəbər”ə bildirdi ki, filmin çəkilişləri gündəmdədir. Bu filmin Şah İsmayıl Xətainin 500, Heydər Əliyevin isə 95 illiyinə həsr ediləcəyini deyən Şeyx Əbdülün sözlərinə görə, vaxtilə bu filmin çəkilişlərinə mane olan qüvvələr olub, bu səbəbdən də filmin istehsalata buraxılması bu qədər ləngiyib. “Şah İsmayıl Xətai haqqında film həmişə gündəmdədir və film “Azərbaycanfilm” kinostudiyasının planındadır. Özü də bu film plana yeni daxil edilməyib, vaxtilə ulu öndərin təşəbbüsü ilə salınıb. Artıq 40 ildir bu filmin çəkilməsi üçün çalışıram, çox təəssüflər olsun ki, o vaxt filmin yaradıcı heyətində təmsil olunan insanların çoxu indi həyatda yoxdur. Şah İsmayıl Xətai haqqında bədii filmin çəkilməsinə qarşı olan müəyyən qüvvələr vardı, onlar bizim işimizə maneçilik törədirdilər. Onlarla böyük mübarizəmdən sonra, 2000-ci ildə ulu öndərin xeyir-duası ilə çəkilişlərə başladıq. Həmin dövrdə rəhmətlik Heydər Əliyevin təşəbbüsü ilə filmin ssenarisi qəbul edildi və filmin çəkilməsinə razılıq verildi. Hətta filmin çəkilişləri üçün 1 milyon pul ayrıldı. Mən filmin çəkilişləri üçün məkanlar seçməyə başladım, aktyor seçimi aparıldı, çəkilişlərə başladıq və birdən filmin çəkilişləri dayandı. O vaxt bizim işimizə mane olan adamların çoxu indi işdən uzaqlaşıblar, ona görə də onların dalınca danışmaq istəmirəm. Dediyim kimi, bu film kinostudiyanın planındadır, dövlət ona pul xərcləyib. Bu böyük kinoepopeyadır, ekran əsəridir. Bu film Xətainin 500, Heydər Əliyevin isə 95 illiyinə həsr olunur. Yəni ssenari belə təsdiq olunub. Müəyyən problemlər vardı, amma o da yavaş-yavaş aradan qaldırılır”.

Şeyx Əbdül qeyd etdi ki, film əvvəlcə 3 seriyalı nəzərdə tutulsa da, Heydər Əliyevin təşəbbüsü ilə 4 seriya olması planlaşdırılıb. Ölkədə iqtisadi çətinlik olduğu üçün filmin seriyasının az olmalı olduğunu düşündüyünü deyən Şeyx Əbdül bildirdi ki, Heydər Əliyev Xətai haqqında çəkiləcək filmin dünya səviyyəli bir film olmasını və dövlət büdcəsindən çəkilişlərə lazımi vəsaitin ayrılacağını bildirib. “Heydər Əliyev dedi ki, bu filmin həcmi böyük olmalıdır, mənə dövlətin və dövlətçiliyin tarixinin əks olunması lazımdır. Rəhmətlik bildirdi ki, böyük neft kontraktı imzalamağa hazırlaşırıq və bu filmin smetası yüksək olmalı, beynəlxalq səviyyəli bir film kimi ərsəyə gəlməlidir, çünki bu bizim həm anadilli dövlətçilik, həm də mənəviyyat tariximizdir. Bilirsiniz ki, Şah İsmayıl Xətainin ata və ana tərəfi dövlətçilik tariximizlə sıx bağlıdır. Ona görə də Heydər Əliyev dedi ki, gedin smeta tutun, hələlik əlinizdə olan vəsaitlə işə başlayın, mən yenə də pul ayıracağam. O bu filmin olduqca səviyyəli olmalı olduğunu və neft kontraktından gələn ilk puldan filmə ayrılacağını deyirdi. Film 4 seriyalı çəkilməli idi, lakin Heydər Əliyev dünyasını dəyişdikdən sonra filmə qarşı yenidən təxribatlar başladı. Keçmiş mədəniyyət naziri də, kinostudiyanın direktoru da, filmin ssenari müəllifi və quruluşçu rejissoru olan mən də, heyət  üzvləri də filmin çəkilişlərinin hansı səbəbdən təxirə salındığını bilmədilər. Dedilər ki, guya vəsait yoxdur. Halbuki, rəhmətlik Heydər Əliyev filmə ayrılacaq vəsaiti plana saldırmışdı. Bu onların bəhanəsi idi. Məni yandıran odur ki, bəziləri vəzifələrindən sui-istifadə edərək mənasız şeylərə pul xərcləyirlər. Ancaq dövlətçilik tariximizlə bağlı filmlərə belə biganə qalırlar. Tariximizlə bağlı film çəkilmədi, pul da xərcləndi və ortada da bir şey yoxdur. Bilmirəm, kimlər idi onlar və nə məqsəd güdürdülər ki, bütün dünyanın rəsmi etiraf etdiyi, təsdiqlədiyi möhtəşəm tarixi şəxsiyyətin yaratdığı, 2 milyon 800 min kvadratmetr ərazisi olan, 230 il ömrü olan bir möhtəşəm dövlətlə bağlı filmin çəkilişlərinə qarşı təxribat törətdilər”.        

Şeyx Əbdül qeyd etdi ki, hazırda filmin çəkilşləri gündəmdədir və 2 avqust Milli Kino Günündən sonra filmin çəkilişlərinin bərpa edilməsi üçün ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediləcək. “Kino bayramından sonra bu məsələyə qayıdılacaq. Filmin ssenarisi Kinematoqrafiya İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədovanın stolunun üstündədir. Ssenarinin təsdiq olunmuş 2 seriyası hazırdır və Kino Günündən sonra məsələ müzakirə ediləcək və filmin çəkilişlərinin yenidən bərpa edilməsi üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediləcək. Kimin nə danışmasından asılı olmayaraq, Şah İsmayıl Xətai filmi kinostudiyanın planındadır və dövlət rəhbərinin nəzərindədir. Bura pul xərclənib və onun çəkilşləri bərpa edilməlidir. O gün kinostudiyanın direktoru Müşfiq Hətəmovla da danışdım. O da dedi ki, bayramdan sonra filmin çəkilişlərini bərpa edəcəyik. Hamını xəbərdar edirəm ki, bu filmi çəkmək özfəaliyyət işi deyil, bu mənim 40 illik zəhmətimin bəhrəsidir. Təkcə mənim yox. Bu vaxt ərzində Fərman Kərimzadə, Əhmədağa Muğanlı, Oqtay Əfəndiyev, Mahmud İsmayılov, Ziya Bünyadov, Rasim İsmayılov, Nadir Zeynalov dünyasını dəyişib. Seçdiyim aktyorların hamısı qocalıb, film üçün yeni aktyorlar seçməliyəm. Heç kəs cəsarət edib bu mövzuya yaxın düşə bilməz, bu mümkünsüzdür. Əvvəla qanun, haqq-ədalət, sonra isə əxlaq var, nəhayət də dövlət buna pul xərcləyib. Allaha şükür dövlət də var, dövlətin sahibi də var, milli-mənəvi dəyərlərimizə sahib duran da var”.

Şeyx Əbdül qeyd etdi ki, filmin çəkilişlərinin reallaşması üçün ziyalıların da dəstəyinə ehtiyac var. O, həmçinin, bildirdi ki, Şah İsmayıl Xətai filminin ssenarisini kütləvi informasiya vasitələrində müzakirəyə verməyi də düşünür.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ