çərşənbə günü, 23 sentyabr 2026
     

Zərəngiz Dəmirçi Qayalı: “Daşkənd, Səmərqənd və Buxaraya olan səfərim ömrümə yazılan günlərdəndir!”

Image


“Daşkənd, Səmərqənd və Buxaraya olan səfərim ömrümə yazılan günlərdəndir!” Bunu baki-xeber.com-a tanınmış jurnalist, şair-publisist Zərəngiz Dəmirçi Qayalı söyləyib.

Xatırladaq ki, mayın 9-dan 16-dək türk dünyasının bir qrup ədəbiyyat, incəsənət, elm xadimi, ədəbiyyatsevər insanları görkəmli özbək şairi, mütəfəkkiri Əlişir Nəvainin 585 və Özbəkistanin Xalq şairi, Qəhrəmanı Abdulla Oripovun isə 85 illik yubiley tədbirlərinə qatılmaq üçün Özbəkistana səfər etmişlər. Özbəkistan Mədəniyyət Nazirliyinin və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən bu tədbirə Azərbaycandan gedən nümayəndələr arasında Zərəngiz xanım da vardı.

Zərəngiz xanımın səfər təəssüratlaını sizlərə çatdırırıq: “Həyatımızda elə günlər, elə yaşantılar olur ki, anında əbədiləşir, tarixə çevrilir. Hər yadına düşəndə ömrün yeni, şərəfli bir səhifəsi kimi səni duyğulandırır, qürurlandırır. Eyni ilə mayın 9-dan 16-dək yaşadığım qədim türk yurdu Özbəkistana səfərimdə olduğu kimi. İrəlicədən, bu səfərin səbəbkarı, gözəl şair qardaşım, Turan sevdalı, türk ellərini qarış-qarış gəzən və türk xalqları yazarlarının da bir araya gəlməsində böyük əməyi olan Dünya Türklərinnin Koordinasiya Mərkəzinin rəhbəri İlqar Türkoğluna minnətdarlığımı bildirirəm.

Səfərimizin səbəbi Türk dünyasının nəhəng simalarından olan Əlişir Nəvainin 585 illik və tanınmış özbək şairi, ədibi, ictimai xadimi Abdulla Oripovun 85 illik yubileylərinin təntənə ilə keçirilməsi, bu əlamətdar gün münasibətilə türk xalqlarının yazarlarının100-ə yaxın nümayəndəsinin bir araya gəlməsi idi. Keçmiş dönəmdə hər il qeyd olunan 9 May-Qələbə bayramı və ölkəmizdə qeyd olunan 10 may-Ulu Öndər Heydər Əliyevin anım günü də bu ərəfədə qeyd edildiyi üçün bayram bayrama qarışmışdı. Təntənə ilə keçirilən bu bayram səfərimizdə məni ən çox duyğulandıran qədir-qaim, qutsal ocaqlarımız, göz oxşayan tarixi mədəniyyət abidələri, İslam Sivilizasiyası Muzeyi, Özbəkistan Yazıçılar, Ədiblər Parkı, Əmir Teymurun və övladlarının ziyarətgahı, ən doğması isə yaşıllıqlara qərq olmuş canlı özbək təbiətinin, varlığının olması idi. Bu diyarda təbiətə olan doğmalıq, halallıq, gözəlliklər məni heyran etdi. Aldığım mükafatlar, gördüyüm xoş rəftarlar heç mənim təbiətin gözəlliklərini seyr edərkən duydugum sevinc hissindən artıq deyildi. Bir də məni ən çox sevindirən Azərbaycanın və Özbəkistan xalqlarının ruhunun doğmalığı idi. Səfər çərçivəsində hamımızın yaxşı tanıdığı, Azərbaycan və Özbəkistanın Xalq artisti Fərrux Zakirovun Ulu Öndər Heydər Əliyevin yubileyi münasibəti ilə keçirilən konsertdə oxuduğu Azərbaycanın xalq və bəstəkar mahnıları ruhumuzu oxşadı, ürəyimizi fərəhləndirdi.

Ümumiyyətlə mən bu səfərdə özüm də bilmədən itirdiyim, yaxud məndən çalınmış yarı hissəmi tapdım elə bil? Mən ruhuma, könlümə, qanıma, canıma doğma olan bir diyarla tanış olurdum. Elə bil ki, nə vaxtsa, mən bu yerləri görmüşdüm? Çox qəribədir, babalarımın gəzdiyi bu müqəddəs torpaq məni ahənrüba kimi özünə çəkir, ürəyimlə, şüurumla, ağlımla qaynayıb qarışır, mənə noxtalji duyğular yaşadırdı. Ürəyimdən, ruhumdan süzülən, qələmimlə reallaşan “Əmir Teymurla xəyali söhbət”, “Qədim qalalar”, “Türk ocaqları”, “Səni deyib gəlmişəm” və digər silsilə nəğmələr töküldü ağ kağızlara. Nə vaxtsa, bunlar işıq üzü görəcəklər, inşallah!”.

Məlumat üçün bildirək ki, Zərəngiz Dəmirçi Qayalı (20.01.1962), 1992-ci ildə Bakı Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” fakültəsini bitirib. O, 44 illik əmək cəbhəsində çalışıb ki, bunun 31 ilini mədəniyyətimizə həsr edib. O, 25 il AZƏRTAC-ın mədəniyyət üzrə müxbiri olub. Ömrünü ədəbiyyatımızın, ədəbiyyat xadimlərimizin təbliğinə və öyrənilməsinə həsr edib. Qeyd olunan yubileylər, anim günləri, keçirən bütün sənət bayramlari, festivalları, demək olar ki, mədəniyyət, ədəbiyyat hadisələrini AZƏRTAC-la işıqlandırmaq, təbliğ etmək yolunda böyük fədakarlıqlar göstərib. O, hələ uşaqlıq çağlarından şeirə, sənətə könül verib, şeirlər, poemalar yazan bir müdrikimizdir. Onun indiyədək – “Haqqı sevdim”, “Vəfam mənim”, “Güllələnmişlər”, “Qayalı”, “Oğul”, ulu öndər Heydər Əliyevə həsr edilmiş “Əziz rəhbər”, 44 günlük Qələbəmizə həsr edilmiş “İki qardaş gücü”, “Zəfər sədası” adlı 8 kitabı dərc olunub. Sonunu, doqquzuncu-“Qələbə köynəyi” kitabı isə nəşrə hazırlanır. Zaman-zaman onun fədakar əməyi dovlətimiz tərəfindən müxtəlif mükafatlara layiq görülüb. O, Prezidentin Xüsusi Təqaüd Fondunun təqaüdünə layiq görülüb (2009-2010). Ona Prezident İlham Əliyevin Sərəncamı ilə Jurnalist Evi MMC-dən 2017-ci ildə mənzil bağışlanıb. Azərbaycan Yazıçılar, Jurnalistlər birliklərinin və beş xarici ölkənin yaradıcılıq birliklərinin üzvü olan şairə-publisist illərlə göstərdiyi jurnalistik fəaliyyətiniə görə “Qızıl qələm” mükafatı, ”Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalı ilə təltif olunub. Ədəbi yaradıcılığına görə iki dəfə “İlin qadın şairi” nominasiyasının qalibi olub, AYB-nin, “Beynəlxalq Rəsul Rza”, “Beynəlxalq Nizami Gəncəvi”, Türk dünyasının Beynəlxalq Mahmud Kaşğari Fondunun “Mahmud Kaşğari 1000” fəxri mükafatlarına və Özbəkistanda “Əlişir Nəvai 585 və Abdulla Oripov 85” Fəxri mükafatlarına və s. orden, medallara layiq görülüb.

Həmkarımızın yaradıcılığı ötən il okeanın o tayında da dəyərləndirilib. Belə ki, 2025-ci il noyabrın 30-da ABŞ-ın Nyu-York şəhərində keçirilən “Mark Tven adına Beynəlxalq Teatr Festivalında” Zərəngiz xanımın “Cavab ver” poeması əsasında səhnələşdirilmiş “Xocalı” tamaşası münsiflər heyətinin ən baş mükafatına- I yerə layiq görülüb. Səhnə əsəri üç nöminasiyada festivalın qalibi olub. Bu uğurun ardınca o, Şimali Amerika Yazarlar Birliyinə üzv qəbul olunub. Zərəngiz xanım hal-hazırda 65 illik yubileyi ərəfəsindədir, ona böyük yaradıcılıq uğurları arzulayırıq.

Əziz oxucularımız, Zərəngiz Dəmirçi Qayalının “Özbəkistan silsiləsindən” bir neçə şeirini sizlərə təqdim edirik:

“Özbəkistan silsiləsindən” şeirlər

Cahan gülür üzümüzə

Cahan sevdalı doğuldum, borcluyam mən sənə, ana,

Bu sevdamı yaşatmaqçün gəlmişəm ulu cahana!

Atam, babam bu sevdada, qaynar damarımda qanım,

Turan üçün doğuldum mən, qurbandı Turana canım!

Uzaq yollar yaxın mənə, sabah kimi baxın mənə,

Ürəyimdə saf arzular, şimşək kimi çaxım yenə.

“Bu əsr türkün əsridir”!- dedi böyük ərlərimiz,

Çıx zülmətdən, doğrul, türküm, gülsün üzə səhərimiz.

Dişi qanlı, qara donlu, namərd düşmən yatmayıbdır,

Uca günəş şöləsini türkə saçar, batmayıbdır.

Yolum həqiqət yoludur, uğurumdan çəkil, düşmən!

Çox inandım ayılmışam, inanmaram sənə, bilsən.

Doğru yolum, həqiqətim, bu eşqimdən dönmərəm mən,

Vətən üçün doğulmuşam, bir çırağam, sönmərəm mən.

Anam günəş ömrümüzə şəfəqini saçacaqdır,

Ulu eşqim, həqiqətim kainatı qucacaqdır.

Doğru yolum, düz amalım, öz yolumdan dönmərəm mən,

Vətən üçün doğulmuşam, bir çırağam, sönmərəm mən!

Qanlar axan dünyamızın baxçasında gül əkərəm,

Ulu eşqi bu cahanda yürütməkçün yol çəkərəm,

Ölsün düşmən, bu eşqimi məndən ala bilməz qəti,

Qoca türkün əsri gəldi, unut, unut məşəqqəti!

Bu xeyirlər dünyasında yol da bizim, el də bizim,

Bu cahanı yaşatmaqçün gurşad çaylar, sel də bizim.

Səməndər tək külümüzdən doğulmuşuq, bilməliyik,

Cahan gülür üzümüzə, bu cahanda gülməliyik.

Sorma məndən:”Yolun hara?”-üzü Turana gedirik,

Qarlı dağlar, bağça bağlar, min bir gümana gedirik.

Zərəngizim, yol bizimdir, yolumuz haqqa qənşərdir,

Bizə qüvvət həqiqətdir, bir də anamız bəşərdir!

Özbəyin yurdu

(İslam sivilizasiyası muzeyi, Şahzində baba,

Əmir Teymur məqbərsi ziyarətgahlarında)

Məni heyran etdi özbəyin yurdu,

Türkümün zəkası xaniman qurdu.

Ağıldı, zəkadı, zövqdü, qürurdu,

Dörd yanım imarət, bağ-bağat, çəmən,

Bu görüşə candan sevinmişəm mən!

Əzəmətli, qədim qalaları var,

Dədələrin ruhu məni haraylar,

Hər tərəf çil-çıraq, büllur saraylar,

Dörd yanım imarət, bağ-bağat, çəmən,

Bu görüşə candan sevinmişəm mən!

Bilgə Xaqan gülsün gözündə yaşlar,

Qoy, çarə düşünsün zəkalı başlar,

Qurtarsın yurdumda qanlı savaşlar,

Dörd yanım imarət, bağ-bağat, çəmən,

Bu görüşə candan sevinmişəm mən!

Turan ellərimin, nəğməsi dinsin,

Dostlarım öyünsün, düşmənlər qansın,

Qəlbimizdə sevgi çırağı yansın,

Dörd yanım imarət, bağ-bağat, çəmən,

Bu görüşə candan sevinmişəm mən!

Atillam, Teymurum ölmədi, yaşar,

Polad, Mübarizim, Dəmirçioğlum var,

Vətən sevgisiylə igidlər doğar,

Dörd yanım imarət, bağ-bağat, çəmən,

Bu görüşə candan sevinmişəm mən!

Zərəngiz, təbil tək qəlbim döyünsün,

Turan ellərimiz coşsun, öyünsün,

Düşmənin hiyləsi pozulsun, sönsün,

Dörd yanım imarət, bağ-bağat, çəmən,

Bu görüşə candan sevinmişəm mən!

Səmərqənd

Səmərqəndim-daşları naxışılı,

Ey, tarix baxışlı şəhərim!

Sən mənim qəlbimə fəxrsən,

Günəşli, yağışlı səhərim!

Sən türkün dünyada

Ən böyük izisən!

Bir canlı tablosan,

Dünyanın gözüsən!

İnsanı heyrətə salansan,

Tarixdə əbədi qalansan,

Sən mənim qəlbimi coşdurdun,

Sən mənə nəğmələr qoşdurdun!

Ey, sənət beşiyim,

Ey, ruhlar şəhərim,

Səmərqənd-ilhamlı səhərim,

Canlı tarixim, hünərim!

Babalar ruhunu

Səndəmi qoydular?

Daşları, qəlbinin,

Gözünün oduyla oydular?

Nədir bu möcüzə?

Nədir bu kəhkəşan?

Min kərə, maşallah!

Min kərə, sənə can!

Səmərqənd, dincəlsin,

Qoy, ruhum! Möcüzəm,

Məlumum, məchulum!

Qoy, sənə vurulum!

Zərəngizin ruhu,

Ruhuna oxşadı!

Dünyanın ən gözəl şəhəri,

Tarixin yaşıdı-Səmərqənd!

Səmərqənd, Səmərqənd!

Daşkənd

Daşkəndim-daş, kəndim!

Babalar səni daş qəlibdə tökdülər?

Yüz dəfə ölçdülər,

Bir dəfə biçdilər, Daşkəndim?

Bəlkə də bilmədi heç onlar?

Zəlzələ qopacaq,

Uçanlar dağılıb uçacaq?

Daşkəndim, boş kəndim olacaq?

Amma ki, tarixin,

Sinəndə izi var, Daşkəndim,

Türklüyün özü var,

Qocaman əsrlər qoyduğu

Üzü var, Daşkəndim!

Nəfəsin insanı güldürür,

Sən tarixsən, bunu bildirir.

Türklüyün izisən,

Tarixin gözüsən!

Mən səni çox sevdim,

Hüsnünə güvəndim!

Bu günsən, keçmişsən,

Bəsbəlli dünəndin!

Daşkəndim, bal kimi,

Suyun var!

Səmanda bir qatar,

Səsələnən durnalar.

Çəmənin, çiçəyin nə əziz?

Ruhun da tərtəmiz,

Hüsnün də qüsursuz,

Ruhuma çox yaxın?

Doğmayıq, axı biz?

Turan yolçususan, Daşkəndim!

Sevgi elçisisən, Daşkəndim!

Sən türkün tarixə bürünmüş kürküsən,

Ən gözəl nəğməsən, ən şirin türküsən!

Zərəngiz hüsnünə vuruldu.

Sinəndə çay kimi çağladı, duruldu!

Daşkəndim, sən var ol, biz varıq!

Türk eli, Turanıq, dostlarıq!

Buxara

(Dünyanınn ən tarixi şəhəri)

Buxara-heyran oldum bu qədim diyara!

Gözlərim gülsün, ürəyim sevinsin!

Hələ türksən, dönə-dönə gəl, bu diyara,

Qəlbində fəxr, qürur, ilham zəngləri dinsin!

Buxara-qədimdən qədim şəhərim,

Dünyaca şöhrətim, ən qürurlu yerim!

Buxara-istə məndən ruhumu göylərinə sərim,

Ey, çırpan ürəyim, ey görən gözlərim!

Buxara-heyran oldum sənə, nəsən sən?

Ey qibləgah deyilən müqəddəs, ulu Vətən!

Sən türkün göz bəbəyi, mənəviyyatı, ürəyi,

Baxışından tarix boylanan türkün gələcəyi!

Buxara-haqqa, Tanrıya, cahana sədamız,

Türklüyün qəlbində daşlaşan əbədi nidamız!

Dünyada səndən qədim, səndən ulu kim var?

Buxara-sən tarixə əzəli, əbədi yadigar!

Buxara-Nəvai baxışlı, peygəmbər duruşlu şəhərim,

Qoy, fəxr etsin sənlə bütün nəsillərim!

Sən, türkün göz bəbəyi, sən, türkün daş çiçəyi!

Könlümdə oyatdın sevgini, istəyi!

Buxara-Zərəngiz heyran oldu sənə,

Gələcəm, bu gözəl, sevimli diyara yenə!

Əbədi tarixsən, ey ulu məkanım!

Sən mənim nəfəsim, ürəyim və canım!

Buxara, Buxara, Buxara, Buxara!

Doğmalıq

(Özbək ellərini gəzərkən)

Ruhumu oxşadı mənim

Özbəkistan çiçəkləri.

Yoxsa, yerə enib bu gün,

Göy üzünün mələkləri?

Havası saf, suyu təmiz,

Sevgisi selləndi, daşdı.

Ruhumuz qaynadı, coşdu,

Gözlərim incilər saçdı.

Qardaş elin sorağına,

Heyran oldum növrağına,

Özbəkistan torpağında,

Mehman oldum gül bağına.

Türkün eli, bizim eldi,

Doğma qardaş, doğma dildi,

Birləşəcək türk elləri,

Turan eşqi üzə güdü.

Haqqın elçisiyik bizlər,

Turan yolçusuyuq bizlər,

Bu kəhkəşan, bu çathaçat,

Gözümdə canlanır həyat.

Zərəngiz, yürü yolunu,

Çagır kökünü, elini,

“Can!”-deyib, “Can!”-eşit daha,

Dost boynuna sal qolunu!.

Əmir Teymurla xəyali söhbət

(Əzəmətli Teymur xan türbəsini gəzərkən)

Əmir Teymur türbəsi,

Bir əzəmət çeşməsi!

Tarixin zəhmli baxışı,

Ruhların sel kimi axışı!

Sanki, bu əsrimiz,

O əsrə calanır?

Ürəyim çırpınır, döyünür,

Xəyalım dolanır?

Min haray çəkirəm içimdə,

Dadıma ruh gəlir!

Xəyalım göylərə uçubdur,

Əzəmət, ucalıq mənimlə,

Tanrıya yüksəlir!

Ulduzlar necə də sayrışır?

Gör, nələr söyləyir, danışır?

Bir dünya fatehi sükutda,

Yox belə möhtəşəm ruh-ada!

Bir cahan sərvəri,

Yatıbdır, “Müəllim”- dediyi

Pirinin ayağı altında?

Dünyaya mesajdır bu qəbir,

Teymur xan adında!

Bax, elmin qiymətin,

Göylərə ucaldıb bu dahi!

Piri-ustadını özüylə yaşadıb,

Qocaldıb bu dahi!

Ey, cahan sərvəri,

Sevdin sən müqəddəs,

Müəllim- Pirini?

Göstərə bilmərəm cahana,

Səni tək birini!

Yox daha, səndəki qüdrətə

Tay olan bir kimsə!

Nə inam, nə iman, sineqoq,

Nə ruhlar, nə rahib, nə kilsə?

Türkləri sevməyən kəslərə,

Türk oğlu, dərs dedi!

Zərəngiz, bu hikmət,

Bir dünya dərsidir!

Zərəngiz Dəmirçi Qayalı

Şair-publisist,

Bakı-Daşkənd-Səmərqənd- Buxara,

09.05.2026-16.05.2026.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 18:29
Prezident İlham Əliyevin tapşırığı ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına yeni nəfəs verildi

23.09.2026 / 18:12
Avropa İttifaqı Gürcüstandan əl çəkmir - müxalifətə pul ayırır...

23.09.2026 / 17:55
Trampın jurnalistlərlə “müharibəsi” şiddətlənir...

23.09.2026 / 17:50
Dağ-mədən proqramı: gəlir iki dəfə artmalıdır, amma 5.3 milyard manat investisiya lazımdır...

23.09.2026 / 16:21
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək

23.09.2026 / 15:54
"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ