şənbə günü, 26 sentyabr 2026
     

Ağsulu şəhid Yadigar Vahabovun anası: “Harada vuruşduğunu deməzdi...”

Image


Vətən çağırır məni

Ana, kəsmə yolumu.

Ayrılıq çağ gəldi,

Gəl uğurla balanı...

“Vətən məni çağırır ana, getməliyəm, Vətənin dar günündə geri çəkilə bilmərəm” dedi Yadigar.

Yadigar Mahir oğlu Vahabov 16 avqust 1996-cı ildə Ağsu rayonunun Xatman kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı qəhrəmanlıqlar göstərib. İgid YadigarVahabov oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olub. Canını, qanını Vətən torpağına halal edən qəhrəmanımız 2020-ci il sentyabrın 29-da Səfərbərlik Xidmətinin çağırışı ilə döyüşə yollanıb. 24 yaşı vardı.

Yadigarın anası Şölə Vahabova ilə Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 gün-Tarixi zəfər” çoxcildliyinin IV cildinin Sumqayıt şəhərində keçirilən təqdimat mərasimində tanış olduq, söhbətləşdik.

Ana oğlu barədə gözyaşı içində danışdı. Yadigarın uşaqlığı doğma kəndində keçib, sakit təbiətli, səmimi, sözəbaxan uşaq olub. 2002-ci ildə Bəhruz Nəsirov adına Dilman kənd tam orta məktəbinin birinci sinfinə gedib, məktəbi 6-cı sinfə qədər oxuyub. “Kənddə dolanışıq, gün-güzaran ağır olduğu üçün üç qız, iki oğlan olmaqla beş uşağı saxlamaq çətin idi. Yoldaşım Vahabov Mahir 2009-cu ildə bizi ailəvi olaraq Bakı şəhərinə gətirdi ki, gedək uşaqlara bir gün ağlayaq. Biz Xırdalan şəhərində girayədə qaldıq. Bakıya gələndən sonra Yadigar çox təəssüf ki, məktəbə gedə bilmədi. Atası yadigarı şirə zavoduna işə düzəltdi. Çox sakit təbiətli olmaqla yanaşı ağıllı və işgüzar uşaq idi Yadigar. 2011-ci ildə həyat yoldaşım yol qəzası nəticəsində həyatını itirdi. Böyük oğlum 9 ay idi ki, Ağdamda əsgərlikdə idi və bu da bizim üçün çox çətin oldu. Yadigar qazandığı pulu ancaq gətirib evə verərdi, bir qəpiyinə də toxunmazdı. Mənə çox bağlı idi, mən də ondan güc alırdım. 2017-2018-ci illərdə Yadigar Azərbaycan Milli Ordusunun Goranboyda yerləşən N saylı hərbi hissəsində əsgərlikdə olub və pulyomot atıcısı kiçik çavuş kimi xidmət edib. Yadigar əsgərlik vaxtında da özünə yaxşı hörmət qazandı, komandirlərinin yanında həm sözünü deyən, həm də işinə əməl edən bir oğul idi. Əsgərlikdə olanda mən onun yerini dəyişmək istəyirdim. Mənə dedi ki, ana, mənə heç nə lazım deyil, məni hara göndərəcəklərsə ora da gedəcəyəm, mən heç bir oğlandan artıq deyiləm. O ancaq ermənilərlə üzbə-üz postlarda xidmət etdi. 2018-ci ildə həqiqi hərbi xidmətdən qayıdandan sonra Xırdalanda inşaat materailları dükaında işlədi. 2020-ci ilin sentyabrın ayının 27-də Vətən müharibəsi başladı. Sentyabrın 28-də Yadigarı səfərbərliklə müharibəyə çağırdılar. Yadigar həmin günün gecəsi saat 1-də özünü Ağsu çağrış xidmətinə çatdırdı. Dedi ki, ana, getməliyəm. Bir gecə onu komissarlıqda saxladılar, sentybarın 29-da saat 8-9 arası yola saldıq müharibəyə getdi.

Füzuli istiqamətində döyüşlərə qatıldı. Füzulinin, Cəbrayılın, Cəngilanın, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etdi. Yadigar çox mərd oğul idi. Döyüş yoldaşları deyir ki, 90 əsgərin içində ən böyük pulyomot Yadigarda olub. Verilən hər bir əmrə cəld reaksiya verib, tez icra edib, heç zaman canını fikirləşməyib, ölümü eyninə almayıb. Ancaq Qarabağa can atıb. Müharibdə üç gün sussuz qalan döyüş yoldaşlarına deyib ki, mən gedib su gətirəcəyəm. İki hərbiçi yoldaşı ilə gedib 1500-2000 metrlik dərinliyində olan yerdən su gətirib. Yoldaşlarına deyib ki, gedim silahımı götürüm, deyiblər getmə, deyib, yox, özüm yerini bilirəm gedib götürəcəyəm. Qubadlının İldırımdağında ermənilər minomyot atıblar və qarşısna düşüb, balam çox saylı qəlpə yaralarından şəhid olub, üç nəfər yaralanıb. 90 nəfərin içində bir tək Yadigar şəhid olub.

Müharibədə olanda həmişə mənimlə danışırdı. Həmişə gülərdi, evin hal-əhvalını soruşardı. Heç deməzdin ki, bu müharibədədir. Mənimlə oktyabrın 30-u axşamı danışdı. Bir-iki kəlmə dedi. Dedi ki, elə ola bilər mənə beş gün zəng çatmaz set olmur. Dedim heç olmasa mənimlə bir kəlmə arada danış, səsini eşidim. “Hə, yaxşı” deyib telefonu söndürdü. Demə döyüşə gedirmişlər. Oktyabrın 31-də ondan zəng gəlmədi, gecə boyu gözlədim, zəng gəlmədi ki, gəlmədi. Çox narahat idim, özümə yer tapa bilmirdim. Yanındakı yoldaşına zəng etdim, o da dedi ki, Yadigar burada deyil. Demə ki, Yadigar onun yanında şəhid olubmuş. Demədi ki, ya şəhid olub, ya yaralanıb. Noyabrın 1-də yuxudan durdum, ürəyim partlayırdı. Ürəyimə dammışdı ki, nəsə pis bir hadisə olub. Qara xəbərin gələcəyi ürəyimə dammışdı. Saat 9 olardı. Qardaşım zəng etdi Yadigarı soruşdu, “necədir” dedi. Dedim ki, axşam danışmayıb mənimlə. Qardaşım dedi ki, məni hərbi komissarlığa çağırıblar, deyəsən Yadigar yaralanıb, siz də gəlin. O dəqiqə bildim ki, balama nə isə olub. Ölsəydim bundan yaxşı idi. Özümü öldürmək həddində idim. O ağır vəziyyətdə məni kəndə apardılar. Onda dəqiq bildim ki, balam şəhid olub. Axşam hava qaralanda balamı gətirdilər və həmin gün də dəfn etdilər”.

Balasının həyatdan nakam köçməsi ananın ürəyini dağlayıb: “Balam heç nədən doymadı. Harada olduğunu soruşanda yerini demirdi. Hər şeyin qaydasında olduğunu deyib evlə maraqlanırdı. Bacılarına deyirmiş, anam fəxr etsin ki, oğlu Qarabağdadır. Mənə heç nə demirdi ki, ürəyimə nəsə gətirərəm”.
“Vətən çağırıbsa, getməliyəm” deyən Yadigar son zəngində bacılarından hallallıq istəyib, analarından muğayət olmağı tapşırıb.
Anası deyir ki, Yadigar beş övladı arasında evin sonbeşiyi idi: “Deyirdim, Yadigar, bircə sən qalmısan, səni də evləndirim, gözüm arxada qalmasın. Həmişə deyəndə səni evləndirim, cavab verirdi ki, yox, ay ana, hələ evlənməyimə var. Arzuları ürəyində getdi. Balam məni yox, vətəni, torpağı seçdi”.
Anasının sözlərinə görə, Yadigarın vətənə sevgisi hər şeydən üstünmüş. Əsgər yoldaşları da ailəsinə şəhidin necə qəhrəmancasına vuruşmasından danışıblar:
“Naxçıvanlı döyüş yoldaşı deyirdi ki, "yaxşı oğlan idi, dostluğunu, yoldaşlığını, mərdliyini unutmayacam. Ancaq qabağa getməyə can atırdı. Hər yerdə özünə hörmət qazandı. Komandirləri ancaq yaxşı fikirlər deyirdilər".
Zənglərinin birində deyirdi ki, hərbi biletimə məni manqa komandiri yazdılar. Qayıdandan sonra Bakıda hərbi sahədə işləyə biləcəm.
İndi bilmirəm nədən təsəlli alım, şəkillərini böyüdüb asmışam ki, üzünü görüm. Balamın yerini mənə heç nə verə bilməz.
Evə çox bağlı idi. Cəbhədən də zəng edəndə soruşurdu ki, dolana bilirsiz? Nəyəsə ehtiyacınız var? Pul göndərim? Deyirdim mən dolanıram, siz özünüzdən muğayat olun. Hər danışanda yalvarırdım ki, bir kəlmə də danış, səsini eşidim...”

Yadigar Vahabov Prezident İlham Əliyevin Sərəncamları ilə "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

Bir oğul itirib bir dərdli ana,

Başına qaralar bağlayıb ağlar.

İçində tufan var, qəlbində ağrı

Kədərdən bağrını dağlayıb ağlar.

Yadigar kimi igid oğulların anaları ağlasa da, torpaqlarımızın azadlığı,

Böyük Zəfərin qazanılması yolunda oğullarının əməyinin olduğu ilə qürur duyurlar. Analar ağlar qalsa da, azad torpaqlarımız əbədi bahara, azadlığa qovuşub...

İradə SARIYEVA

Sumqayıt-Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ