Cümə günü, 26 iyun 2026
     

Camal Mustafayevin xatirələri: “Nəsillərin varisliyini unutmaq olmaz!”

Image


2026-cı il aprelin 15-də zəmanəmizin görkəmli filosofu, unudulmaz böyük, dahi şəxsiyyət Camal Mustafayevin anadan olmasından 98 il keçir.Yaxşı olar ki, onun ruhu qarşısında baş əyək, ehtiramla onu bir daha xatırlayaq,onun haqqında yaddaşımızı bir daha yeniləyək, təzələyək:

Həyat və yaradıcılığının qısa xronikası.Camal Vəli oğlu Mustafayev 1928-ci il aprelin 15-də Gürcüstanda Qarayazının (indiki Qardabani) Kosalı kəndində anadan olmuşdur. Orta təhsilini 1935–1944-cü illərdə Kosalı kənd orta məktəbində almışdır. Sonra Tbilisidə İkiillik Müəllimlər İnstitutunda oxumuşur. 1946–1948-ci illərdə Kosalı kəndində müəllim işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin fəlsəfə şöbəsinə daxil olub. 1949-cu ildə Moskva Dövlət Universitetinə keçirilib və oranı 1952-ci ildə bitirib. İki il Gürcüstanda Qarayazı rayonunda məktəb direktoru işləyib. 1954-cü ildə SSRİ EA Fəlsəfə İnstitutunun əyani aspirantı olub. Aspirantura illərində onun elmi araşdırmaları "Nizaminin fəlsəfi və etik görüşləri" mövzusu ətrafında olmuşdur. O, bu mövzuda namizədlik dissertasiyası müdafiə etmişdir. 1957–1968-ci illərdə C. Mustafayev Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, elmi işçi və baş elmi işçi vəzifələrində işləmişdir. 1968-ci ildə o, Azərbaycan Dövlət Universitetinin müdafiə şurasında "Nizaminin ideyalar aləmi və müasirlik" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. 1968–1976-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda fəlsəfə kafedrasının müdiri işləmişdir. 1976-cı ildən 1999-cu ilədək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kafedra müdiri və professoru olmuşdur. 1985–1991-ci illərdə universitetdə etika-estetika kafedrasının müdiri vəzifəsində çalışmışdır. Professor Camal Mustafayev 1999-cu ildən ömrünün sonuna- 2017-ci il dekabrın 2-ədək Xəzər Universiteti Tərcümə Araşdırmaları departamentinin direktoru vəzifəsində çalışmışdır. 1982-ci il dekabrın 2-də Azərbaycan SSR əməkdar elm xadimi adına layiq görülmüşdür.

C. Mustafayev orta əsrlər Azərbaycan fəlsəfi fikir tarixin sahəsində bir sıra sanballı əsərlər çap etdirmişdir. Xüsusən onun Nizami fəlsəfəsinə, XII əsr Azərbaycan düşüncəsinə aid əsərləri geniş oxucu kütləsinə bəllidir.SSRİ-nin paytaxtı Moskva və başqa şəhərlərin nüfuzlu jurnallarında əsərləri çap olunmuşdur. Onun Müsəlman şərq sosial utopiyasına aid tədqiqat işləri və s. əsərləri xarici dillərə tərcümə olunmuşdur. C. Mustafayev Azərbaycan fəlsəfəsi, etika və estetikası sahəsində bir sıra elmlər namizədi, elmlər doktoru yetişdirmişdir. O eyni zamanda müasir Azərbaycan şeirinin əsas tədqiqatçılarındandır. C. Mustafayevin elmi və pedaqoji fəaliyyəti 70-dən çox elmi və publisistik məqalə və müsahibələrdə, 2 monoqrafiyada öz əksini tapmışdır. O, çoxsaylı beynəlxalq, ittifaq, respublika səviyyəli konqres, simpozium və konfransda iştirak etmiş, məruzələr etmişdir. Bir sıra Azərbaycan şairlərinin yaradıcılığı haqqında məqalələr yazıb dərc etdirən C. Mustafayev BDU-nun, Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun müdafiə şuralarının, Xəzər Universiteti Elmi-inzibati Şurasının üzvü olmuşdur.

Camal Mustafayev “Fəlsəfi-tarixi araşdırmalar” əsərində professor Camal Mustafayevi n son illərdə tamamladığı araşdırmaları ehtiva edir. Bu əsərlərdən “Fəzlullah Nəiminin izilə”, “Nəsiminin açılmamış sirləri” “Xəzər-xəbər” jurnalında nəşr edilib, maraqla qarşılanıb. Müəllif orta əsrlərin nadir türk qaynaqları əsasında Nəiminin, Nəsiminin fəaliyyəti, taleyi haqqında tarixi həqiqətləri ilk dəfə üzəçıxarıb. Bundan başqa, Nəsiminin şeirlərində sirli nöqtələri daşıdığı mənalara müvafiq olaraq sistemli açıb. Kitabda təqdim edilən “Zərdüştlük Avropa fəlsəfəsində” araş dırması daha zəngin mövzuya həsr edilib. Yunanların Zoroastr adı ilə tanıdıqları Zərdüştün İşıq, Xeyir idealı yayan təlimi onların fəlsəfi inkişafında gerçəkdən tarixi rol oynamışdı. Sonralar xüsusən alman fəlsəfəsinə həqiqətən faydalı təsir etmişdi. Müəllif bütün bu tarixi xeyli müddət davamlı izləyib. Bu əsər Şərq-Qərb fəlsəfi təmaslarının başlanğıc mərhələsini öyrənmək baxımından əhəmiyyət daşıyır. Müəllif digər bir tədqiqatında “Aşıq Ələsgər irsində sufilik” mövzusunu incələyib. İlk dəfə yazılan bu araşdırma Aşıq Ələsgərin dünyagörüşü haqqında təsəvyürləri dəyişir, zənginləşdirir. “Qalib gələcəkmi cahanda kamal?” mövzusunda Səməd Vurğunun “İnsan” dramında filosof Şahbazın məşhur fəlsəfi sualı araşdırılır. Bu sual idraka inam, sülhə, əmin-amanlığa çağırış mənasında açıqlanır.

Camal Mustafayevin uşaqlıq xatirələrindən: “Mənim anadan olduğum tarix haqqında xatırladığım odur ki, böyüklərimin dediklərinə görə mən heyvandarlıqla məşğul olan əhalimizin Dana dağına- kəndimizə yaxın Qarayazı düzünə köçən gündə (aprelin birinci yarısında) anadan olmuşam.

Atam repressiya olunandan sonra bizi Nəzərlidə yaşayan dayılarımız Osman...Qasımağalılar öz uşaqları kimi saxladılar. Tezliklə onları da atama görə sürgün etdilər.

Yadımdadır ki, dayım Osman Qasımağalı 1935-ci ildə xüsusi komissiyanın qərarı ilə mükafatlandırılmışdır. Qarayazıdakı heyvandarlıq sürüləri yoxlanan zaman onun briqadir olduğu sürü ən yaxşı sürü hesab olunmuş və onu medal və patefonla təltif etmişdilər. O vaxtlar patefon kəndlərimizdə nadir təsadüf olanan bir hadisə idi. 40-cı illərdən sonra patefonlar artmağa başladı”.

Böyük Nizami Gəncəvi həmişə deyərdi xudaya, məni söz pusqusunda duranlardan gözlə! Həmişə hər şeydə öncə yaxşını dəyərləndirmək lazımdır. Qüsurları, nöqsanları ikinci dərəcəli saymaq lazımdır”. Dünyadan bir şey qanmayan biz uşaqları görəndə bəzi özünü-sözünü bilməyən cahillər: “bəh-bəh qolçomaq uşaqları” – deyə təhqiramiz sözlər deyirdilər

“Mən məktəbə gələndə artıq əlifbanı tanıyır, çoxlu şeir bilirdim. Qardaşım Qara 6-cı sinifdə var-gəl edib şeir hazırlayanda mən dərhal yadımda saxlayırdım. “Yarımıncı sinif” müəllimim mərhum İbrahimxəlil müəllim idi. O, mənim şeirləri əzbərdən deməyimə görə çox sevirdi.

Kosalı məktəbinin direktoru, ədəbiyyat müəllimi Məcid Musayev idi.

Seyfəddin Tomayev də güclü savadlı müəllim idi.

Nurəddin müəllim zəhmətkeş idi. Bu zəhmətkeşlik ondakı qürur hissini daşıyırdı. Nurəddində zahiri və zehni yaraşıq bir-birini tamamlayırdı.

Sədi bəyin xüsusi hörməti vardı, sözlərini xalq arasında oxuyardılar. Əfsanə yayılmışdı ki, o, yuxuda da yaxşı avazla oxuyur.

Yarımıncı sinifdə əzbərdən şeir demək qabiliyyətimi biləndən sonra Məhəd Abbasov İbrahimxəlil müəllimə dedi ki, bu uşaq yarımncı deyil, birinci sinfə layiqdi. Ondan sonra məni yarımıncıdan birinciyə keçirdi.

Məhəd Abbasov həddən artıq ciddi, tələbkar idi. Ancaq ciddiliyilə də şagirdlərin sevimlisinə çevrilə bilirdi.

7 illik məktəb əsil universitet idi. Bircə dəfə “4” almaq böyük faciə hesab edilirdi.

Camal Mustafayev Moskva Universitetini bitirib direktor işlədiyi vaxtlar (1954-cü ildə) Məhəd müəllimin ixtiar vaxtıydı. Lakin eyni ciddiliklə, eyni səviyyədə dərslərini deyirdi.”O, müəllimlər otağına daxil olanda direktor olmağıma baxmayaraq I sinif şagirdi kimi ayağa qalxır, “otur” deyənə qədər oturmurdum.”

Gənc, xüsusi ünsiyyət qabiliyyəti olan, odlu-alovlu danışan Vəli Tomayevdə ilahidən bəxş edilmiş cazibə qüvvəsi və şairlik istedadı vardı. Bir gün Vəli müəllimin əlində hamar səthli xətkeş vardı. Bir nəfər hamıya ibrətli hekayət danışırdı. Vəli müəllim sağ əlində qələmlə xətkeşin üzərində nöqtələrlə nişanlar qoyurdu. (Morze əlifbasını xatırladan işarələr). Demə o, şeir misraları düzürmüş. O, həmin hekayət əsasında yazdığı şeiri xətkeş üzərində bizə oxudu

Vəli müəllim saf şair təbiətinə gclü cazibə qüvvəsinə malik idi. Mən artıq müəllim olub bir ziyalı kimi tanınanda da Vəli Tomiyevə əvvəlki gözlə – o zamankı şagird məhəbbətilə baxırdım.

Hamımızın ruhi örnəyimiz isə tövsiyə alacağımız ən dəyərli qaynaq Cəlil müəllim idi. Cəlil müəllim zəngin məlumatlı, çox iti hafizəsi olan, yüksək ünsiyyət mədəniyyəti, son dərəcə... maarif sistemini əla bilməsi hamımız üçün uğurlu yol idi. Biz də o yolnan gedirdik. Cəlil müəllim kimi şəxsiyyətlər unudulmazdır. Mənim müəllimim kimi yox, ümumiyyətlə Qarayazıda maarifin şöhrətlənməsində xüsumi xidməti olan belə şəxsiyyətlərə elin ehtiramı sonsuz idi.Qarayazıda maarifin, Gürcüstan azırbaycanlılarının maarif sistemində özünəməxsus yer tuturdusa, bu sistemin yüksək bənzərsizliyi vardısa bu ən çox Cəlil müəllimin parlaq xidmətləri ilə bağlı idi. Hər sahədə şəxsiyyət olmaq silinməz izlər buraxmaq deməkdir. Xatirələrdə, keçmiş nəsillərin yaddaşında yaşamaq deməkdir. Bizim maarif öndərimiz Cəlil müəllim belə bir şəxsiyyət idi.

“Mənim ədəbiyyat müəllimləri sırasında hafizələrdə daha dərin iz buraxmış şəxsiyyətlərdən biri – Məhəmməd Əmiraslanov olub. Əlbəttə bir ədəbiyyat müəllimi və direktor kimi Məcid Musayevin öz rolu vardı. O, bizim Kosalı məktəbinin direktoru idi. Qardaşı Həmid Musayev də ədəbiyyatın tədrisində özünəməxsus rol oynamışdı. Ancaq Məhəmməd Əmiraslanov ədəbiyyatı xalqın içərisinə aparmağı bacarırdı. Məhəmməd müəllim müəllimlərdən, şagirdlərdən özfəaliyyət dərnəyi yaratmışdı. İstər klassiklərin, istər müasir dramaturqların əsərlərindən səhnələr hazırlayırdı. Qarayazının kəndlərində, Qarayazının hüdudlarından kənarda bu səhnələr əhalinin diqqətini özünə çəkirdi. Bu maarifin ən təsirli yayılma forması idi. Bu cəhətdən onun təcrübəsini başqa heç kəs təkrarlaya bilməzdi. Kosalıda, Nazarlıda, Qarayazının hər yerində Məhəmməd Əmiraslanova bu günə qədər böyük hörmət bəslənir, həmişə ehtiramla yad edilir”.

5-ci sinifdən sonra müəllimlərin ən sevimlisi idim. Ailəm qürur hissi duyurdu. Atam deyərdi ki: bir nəsildən biri kitaba baxan təhsil alan olar. Kitaba baxan nə mal tanıyar, nə qoyun tanıyar. Atam bir gün məktəbə gəldi. Uşaqların içindən məni göstərib Məhəd müəllimdən soruşdu: “Ə müəllim, bundan bir şey çıxacaqmı?”. Məhəd müəllim: “Bunun çox yaxşı gələcəyi var, mən onun xətrini çox istəyirəm” – dedi.

Bundan sonar atam fikrindən daşındı. məni oxumağa buraxdı. “Kitabının xərci-xəracəti nə olsa mənə de!” – “Heç bir şey lazım deyil, lazım olsa deyərəm”. Məhəd müəllim repressiya zülmlərini görmüş, lakin özünü sındırmayan atamla mülayim danışırdı.

Hələ 5-ci sinifdə müstəqil mövzularda yazdığım inşa yazım əldən-ələ gəzirdi. Yazıçılarımırayon mərkəzində Qaratəpədə rayon xalq maarif şöbəsinin müdiri Cəlil müəllim tərəfindən sərgiyə apardılar.

Müxtəlif yerlərə, o cümlədən Tiflisə ekskursiyalar təşkil olunurdu. Bizi o yerlərə belə işlərdə fəal olan “Əmiraslan Mansırov aparırdı”.

Mən öz dostlarımdan Məmməd Xiyalovu, Abdulla İsayevi tale baxışından özümə yaxın hiss edirəm.

“Biz təkcə müəllimlərdən deyil, bir-birimizdən də öyrənirdik. V.Əliyev, M.Xiyalov, A.İsayev riyaziyyata, mən isə ədəbiyyata və humanitar sahəyə meyilli idim. Hələ 6-cı, 7-ci siniflərdə riyaziyyata xüsusi həvəsləri olan Abdulla İsayevə, Məmməd Xiyalova, Vilayət Əliyevə qibtə edirdim. Onlar da mənim humanitar sahədə fərqləndiyimə qibtə ilə baxırdılar. Bu dövrlərdə bədii ədəbiyyatı mütaliə etməyi çox sevirdim. Abdulla İsayevlə ailəvi yaxın idim. Talelərimiz də bizi çox yaxınlaşdırmışdı. Abdulla həmişə məndən oxuduğum əsərlərin məzmununu soruşardı. mən ona danışardım. Abdulla məzmununu öyrəndiyi əsərləri oxumazdı. “Sən danışdım daha nəyə oxuyum?” – deyərdi.

Məktəbdə intellektual ünsiyyət vardı, əsil bilik yarışı vardı. İndi bunlar yoxa çıxıb.

Divar qəzetlərinə nüfuzlu müəllimlərdən redaktorlar təyin olunardı. Bu qəzetlərdə şagirdlərin nailiyyətləri qeyd olunur, yaxşı oxuyanlar mükafatlandırılır, həvəsləndirilirdi.

Rübdən- rübə keçərkən onun yekunlarına görə mükafat verilirdi. Məni aldığım qiymətlərə görə pioner paltarı ilə mükafatlandırmışdılar. müəllimlər heç nəyə sosial mənşəyə baxmadan qabiliyyətə fikir verirdilər. Bəzi cahillərin atmacaları nəzərə alnmasa yaxşı oxuyanlarla bütün kənd camaatı öyünürdü. Beləsi gənclərdə onlar gələcəyini görürdülər. Görünür özünü dərk eləməsini də öz içərisindən çıxan oğullara etibar edirdi. xalqın təbii duyğuları, hörmət və ehtiramı da buradan doğur.

“Yaşıdlarım və biz orta təhsil ala bilmədik. Biz cəmisi indiki səviyyədə 8 illik təzhsillə kifayətlənməli olduq. Müharibə başlananda hörmətli kolxoz sədrimiz Sirəc dayı bizi kolxozda müxtəlif işlərə cəlb etdi. Abdulla İsayev, Məmməd Xiyalov, Qəzənfər Əfəndiyev, İsmayıl Qocayev, Vəli Qədirov (biz onunla 7-dən 70-ə qədər dostluq etdik), Əmrah Ömərov hərəmiz bir işdə kolxoza kömək edirdik. Alaq çəkənləri, toxa vuranların yerini ölçür, kombaynların yığdıqları məhsulların çəkisini çəkirdik. Yaxşı riyazi təfəkkürü olduğuna görə Məmməd Xiyalov seçilirdi. Elə o vaxtlardan da o, təsərrüfatda işləməyə girişdi.

Bu dövrdə məktəb direktoru İsa Bayramov idi. O, uşaqlıqdan məni hazırlıqlı, yaxşı xətti olan şagird kimi tanıyırdı. Buna görə də İsa müəllim mənə məktəbdə katib işləməyi məsləhət gördü. Katib ola-ola həmdə yarımsinifdə dərs də verdi. Müharibə dövrü olduğundan müəllimlər də yoxuydu. Bir neçə ay dərs dedim.

1944-cü ildə Tiflisdəki İkiillik Pedaqoji İnstitutdan – Azərbaycan şöbəsinin müdiri Hacılarovun göndərdiyi nümayəndələr bizim kəndə də gəldilər. Onlar 9-cu sinifi bitirmək üçün arayışı olanları İnstituta qəbul etmək üçün gəlmişdilər. Bu vaxtlar məktəbimizin direktoru Fərrux Kərimov idi. Gəncənin Bağmanlar məhləsindən olan güclü, yaraşıqlı insan, həm də hərbçi-zabit olan mehriban, gülərüz Fərrux müəllim öz xüsusi ünsiyyət qabiliyyətinə görə Nəzərli, Kosalıda özünə əməlli-başlı hörmət qazana bilmişdi.

Hacılarovun nümayəndələri Fərrux müəlllimlə bizdə qonaq oldular. Söhbət əsasında biz Fərrux müəllimə müraciət etdik ki, mənə 9-cu sinfi bitirmək haqqında arayış verə bilərmi? O, bunun riskli iş olduğunu bildirdi, lakin məmnuniyyətlə razı toldu. “Kaş yaxşı oxuyasınız, geri qayıtmayasınız” – dedi.

O, Abdulla İsayev, Binnət Mustafayev, Qəzənfər Əfəndiyev,... və mənə 9-cu sinfi bitirmək haqqında arayış verdi. Halbuki biz 8-ci sinfi bitirmişdik. Bizi İnstitutda formal olaraq müsahibə yolu, çox hörmətlə qəbul etdilər.

Oranı Abdulla İsayevlə mən bitirdik. Birgə də fəaliyyətə başladıq.

1946-cı ildə İnstitutu qırmızı diplomla bitirdim.”

“Qardaşım Qara “Qarayazı” seleksiya təcrübə stansiyasında gənc aqronom kimi işləyirdi. Kəndimizdə saz dərnəyi yaratmışdı. “Mən saz çalmağı öyrənə bilmədim, bu gözəl aləti öyrənməyə xüsusi qabiliyyətim olmadı. lakin bu sənəti ürəkdən sevdim”.

Camal müəllim Moskvadakı təlıbəlik illərini belə xatırlayırdı:“Moskva Universitetinin tələbəsi idim. O zaman məsafə uzaq olduğuna (qatarla 3 gündən çox yol gedirdik) və maddi çətinliklərə görə ildə bir dəfə kəndimizə gəlməli olurdum.

Moskvadan qayıdanda – istər yaylaqda, istərsə də aranda məni gənc tələbəni qonaq çağıranların sayı- sanbalı olmurdu. hamı öz hallal çörəyini kəsməyi ən böyük mükafat bilirdi. Bunun sirri nədədir? Aydındır ki, bir tələbədən heç kimin asılacağı yox idi. Xalqın daxilindəki sövq-təbii duyğusu gələcək ağlın, zəkanın, elmin, biliyin, gələcəyin bir təməl kimi dayanmaq istəyi gənc tələbəyə qarşı sadə insanlarda qayğı oyatmışdı. Bundan başqa təhsilli adam elmin nəcib əxlaqını yaşadan, elin dəyərini yaddaşlardan- yaddaşa keçməsinə zəmin olacaq varlıqdı. El öz mənəvi varlığını özünün gələcəyə ümidini öz içərisindən çıxan elmli, bilikli adamlara tapşırırdı. O dəyərlər elə bunlardır”.

Dahi şairimiz Nizami Gəncəvi haqqında həm namizədlik, həm də doktorluq dissertasiyası yazmış, iki monoqrafiya çap etdirmiş Camal Mustafayev deyirdi: “Mənə qədər Nizamidən çoxları – Azərbaycan EA müxbir üzvi Heydər Hüseynov, akademik Makoveleki, professor Şükufə Mirzəyeva və başqaları fəlsəfi səpgidə tədqiqatlar aparmışlar. Özlüyündə yaxşı nailiyyətlər də əldə etmişdilər. Mənim çətinliyim nədə oldu? Mən nəinki özgəsini, özümü də təkrarlamaq istəmirəm – istər yazıda, istər söhbətdə də. Belə bir çətin yol tutmaq Nizami yenidən kəşf etmək lazım idi. Mən o nailiyyətləri inkar etməmək şərtilə Nizami fəlsəfə üsul seçdim. Onun təfəkkürünü yaradıcılıq ruhuna uyğun olaraq Qərb-Şərq təfəkkürünün qovuşuğunda sintezində kəşf etməyə çalışdım. bu yaxşı səmərə verdi. Mənim öz fəlsəfi təsəvvürlərimi, müxtəlif sahələrdəki mə’lumatların hüdudlarını genişləndirdi. Axtarışlar məni müxtəlif sahələrə yönəltdi. Nizaminin öz arzusuna açar tapıldı. Onun özü belə deyirdi: “Mən taledən elə bir söz dəyərləndirən, qabiliyyət istəyirəm ki, onun ruhu mənim ruhumla səslənsin”.

Araşlırmaların axarı ilə getdim mənim ruhum Nizaminin dünya ruhuna qovuşdu. Onun məlumat genişliyini, sonsuz dərəcədə addıaddım izləməli oldum. Nəticədə mənə qədər olan Nizamişünaslığın nailiyyətlərindən fərqli, orijinal əsər meydana çıxara bildim. Əməyim köhnə Sovetlər Birliyində və ondan kənarda yüksək qiymətləndirildi. Mənim Nizamiyə onun isə mənə töhfəsi elə bu oldu.

Nəsillərin varisliyi haqqında Camal müəllimin özünəməxsus mülahizələri belədir:”Atalar öz faciəli talelərini yaşadılar. Bəs oğulların taleləri necə olmalıdır. Biz atalara oğullar prizmasından baxsaq daha yaxşı nəticələrə gələrik. Biz o faciələri xatırlayarkən ağlamaq-sızdamaq üçün deyil, bu günümüz, sabahımız üçün tarixi yaddaşımıza qayıdırıq. İndi Xiyalov Məmmədin atası Molla Mustafa haqqında xatirələr məhduddur. Xiyalov Məmməd haqqında xatirələr isə mahalnan birdir.O, elimizdə də, müxtəlif millətlərin arasında da şöhrətləndi, təkrarolunmaz insan kimi hörmət qazandı. bu artıq faciələrimizin tarixinin yeni dövrü, sevincli, fəxr etdiyimiz mərhələsidir. Ölüb gedənlər üçün biz daha ağlamamalıyıq. Biz belə insanlarla öyünürük və gələcəkdə də öyünəcəyik.

Yaxud İsaxanın oğlu Abdulla, nəvəsi Hamlet İsaxanlı həqiqi mənada, faciələr tarixini sıxışdıran yeni ağlın, elmin, biliyin təntənəsi olan tarixin dövrüdür. Biz bunları ön plana çəkməliyik. Nə qədər ağrılı olsa da keçmiş keçmişdir. Keçmiş bizə bu gün üçün laxzımdı, bizə sabah üçün lazımdır. Sabah H.İsaxanlının açdığı məktəbdə yetişən qüvvələrin, intellektlərindir. Biz tarixə nəsillərin varisliyi baxımından yanaşmalıyıq. Nəsillərin varisliyini unutmaq lazım deyil. Biz deməliyik: məhv olan oldu, indi isə yaşayırıq, yaşadırıq!”

P.S.Camal Mustafayev öz vəsiyyətinə görə Qarayazının Kosalı kənde qəbiristanlığında dəfn edilmişdir.Qnun vəsiyyətinin yerinə yetirilməsində mənəvi övladları Hamlet İsaxanlı və Elşad Həsənov mühüm rol oynadılar. Xüsusilə çox baha başa gələn qəbirüstü abidəsinin qoyul­masını Hamlet İsaxanlı reallaşdırdı. C.Mustafayevin haqqında Xəzər Universitetində kitab çap olounmuş, “ Pedaqəgika” nəşriyyatında xatirələr kitabı işıq üzü görmüşdür. Hazırda “Borçalı Cə­miy­­yəti” İctimai Birliyinin sədri Ramiz Həsənovun təşəbbüsü ilə Camal Mustafayevin həyat və yaradıcılığının elmi-publisistik təhlilinə həsr olunmuş monoqrafiya hazırlanır.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

SON XƏBƏRLƏR

26.06.2026 / 00:38
İranın vurduğu F-15 pilotunun səmada gördüyü sirli texnologiya ABŞ-ı qarışdırdı - "yadplanetli işi"... Pentaqon və ABŞ kəşfiyyatı ŞOKDA...

26.06.2026 / 00:24
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

26.06.2026 / 00:05
Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

25.06.2026 / 23:22
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı VİDEOÇARX paylaşılıb

25.06.2026 / 23:04
Vüsal Tahirov haqqında deyilənlərdən…

25.06.2026 / 22:57
Netanyahudan ABŞ-a ilginc mesaj - “İran üçün icazə istəmədim, sadəcə planlarımı dedim….”

25.06.2026 / 22:48
İsrail prezidentinin helikopteri qəza enişi etdi

25.06.2026 / 22:33
"Bu məsələ Kamal bəylə mənim yox, əməkçi teyzə ilə Ərdoğanın məsələsidir"...

25.06.2026 / 22:25
‘’BAYATI-ARAZ’’ AZƏRBAYCAN HƏRB ƏDƏBİYYATI TARİXİNDƏ HADİSƏDİR

25.06.2026 / 22:10
Prezidentin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib

25.06.2026 / 21:30
Kreml G-7 zirvəsindən sonra Trampın Ukrayna siyasətinin dəyişdiyinə hələ inanmaq istəmir...

25.06.2026 / 21:06
Ermənistan konstitusiyasının dəyişdirilməsi problemlə üzləşdi - Paşinyan yeni üsula əl atır...

25.06.2026 / 20:35
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub

25.06.2026 / 20:33
Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

25.06.2026 / 20:26
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb - FOTO

25.06.2026 / 20:05
ABŞ konqresmeni erməniləri Qarabağa qaytarmaq istəyir - Friman 1000-ə kimi saydı...

25.06.2026 / 19:43
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşdü

25.06.2026 / 19:28
Əliyev AP və AŞPA-nı islam düşmənçiliyində suçladı...

25.06.2026 / 19:04
Vüqar Rəhimzadə: AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib

25.06.2026 / 18:46
Ukraynanın Moskvanı birbaşa ABŞ-ın kəşfiyyat dəstəyilə vurduğu ortaya çıxdı…

25.06.2026 / 18:35
Hərbçilərimiz Konyada “Anadolu Qartalı - 2026” beynəlxalq təlimində iştirak edir - FOTO/VİDEO

25.06.2026 / 18:22
Yavər Hüseynova vəzifə verildi

25.06.2026 / 18:10
“Azərbaycanın arxeoloji irsi” kitabı İtaliyada…

25.06.2026 / 18:05
Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə - Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından seçmələr

25.06.2026 / 18:01
Fransa Rusiyanın “kölgə donanması”na aid daha bir tankeri ələ keçirdi…

25.06.2026 / 17:50
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 160-ə leçdi...

25.06.2026 / 17:38
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

25.06.2026 / 17:17
Qazaxıstan, Azərbaycan və Gürcüstan “Orta Dəhliz”lə bağlı vahid tarif modeli hazırlayır…

25.06.2026 / 16:34
Reyqan "Ulduz müharibələri" ilə SSRİ-ni yıxdı - Trampın "Qızıl Günbəz"i kimə qarşıdır?..

25.06.2026 / 16:26
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olundu

25.06.2026 / 16:23
Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif olundu

25.06.2026 / 16:22
Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna “general-mayor” rütbəsi verildi

25.06.2026 / 16:19
İran Hörmüzdən pulsuz keçidin qəti əleyhinədir - ABŞ-la yenidən sərt ritorika başlayır...

25.06.2026 / 16:14
“İntellektual gömrük” informasiya sistemi yaradıldı

25.06.2026 / 16:10
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib - FOTO

25.06.2026 / 16:04
Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransında iştirak edib

25.06.2026 / 15:50
Putinin 20 sentyabra təyin etdiyi seçkinin vaxtı dəyişdirilə bilər - Medvedyevin spikerlik iddiaları...

25.06.2026 / 15:49
Bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi

25.06.2026 / 15:46
Xamneyi ABŞ-İran sazişində 8-ci bəndin əleyhinədir - "Nüvə ləğv oluna bilməz"...

25.06.2026 / 15:26
Qərbi Azərbaycana qayıdış mövzusu Bakı-İrəvan sülh prosesinə daxil edilə bilər...

25.06.2026 / 15:25
İslamofobiya fəlakəti bəşəriyyətin “qapısını döyür”...

25.06.2026 / 15:24
Avropa Orta Dəhliz məsələsini siyasiləşdirməyə başlayır - Azərbaycansız mümkün deyil...

25.06.2026 / 15:20
“Ermənistan və Moldova oyuncaqdır, Ukrayna yolu gedirlər” - Medvedev 4 ölkəni təhqir etdi...

25.06.2026 / 15:14
Hüseyn Quliyev səfir vəzifəsindən geri çağırıldı

25.06.2026 / 15:00
Qalibaf Bakıda Trampa qarşı sərt bəyanatlar verdi...

25.06.2026 / 14:47
Ermənistan hakimiyyətinə qarşı 102-ci Rusiya bazası hərəkətə gətirilir - İrəvan panikada...

25.06.2026 / 14:22
Prezident "Maliyyə icarəsi haqqında" qanunu təsdiqlədi

25.06.2026 / 14:17
Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər

25.06.2026 / 14:09
İslam dünyasının birliyi və ortaq inkişafı naminə Bakı platforması - Millət vəkili yazır

25.06.2026 / 13:42
Trampa partiyadaşlarından ağır zərbə - İranla müharibəyə girməyi qadağan etdilər...

25.06.2026 / 13:36
Su polisi dəniz sahilində narkotiklərə qarşı əməliyyat keçirdi

25.06.2026 / 13:25
Daşınmaz əmlak satıldıqdan sonra hansı hallarda geri qaytarıla bilər?

25.06.2026 / 13:12
DÇ-2026 - çempionatlar tarixinə düşən yeni REKORDLAR...

25.06.2026 / 12:46
Yol polisinin qanuni tələbinə tabe olmaq istəməyən Şamaxı sakini qandallandı

25.06.2026 / 12:17
Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru ilə görüşüb

25.06.2026 / 11:58
Rumıniya Moldova ilə birləşmək üçün hərəkətə keçdi – Senatda müzakirələr başlayır...

25.06.2026 / 11:26
Prezident İlham Əliyev Sloveniya dövlət başçısını təbrik etdi

25.06.2026 / 11:20
AŞPA Gürcüstanda demokratiyanın kritik səviyyəsi barədə qətnamə qəbul etdi...

25.06.2026 / 11:10
İƏTPİ-nin 20-ci sessiyası çərçivəsində Bakı Bəyannaməsi qəbul olundu

25.06.2026 / 11:06
15 yaşadək futbolçular arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək - qərar verildi...

25.06.2026 / 10:58
" Ərdoğandan xahiş etdim ki, İranın tərəfində müharibəyə girməsin" - Tramp inanılmaz şeylər danışdı...

25.06.2026 / 10:42
Zelenskinin təhdidləri işə yaradı – Belarus rele stansiyalarını dayandırır...

25.06.2026 / 10:30
Masallıda çay kənarında çətənə yetişdirən şəxs yaxalandı...

25.06.2026 / 10:14
Venesuelada ard-arda iki güclü zəlzələ - ölənlərin sayı artır…

25.06.2026 / 10:10
Mərdəkanda üç gün əvvəl dənizdə batan dördüncü gəncin də meyiti tapıldı

25.06.2026 / 10:04
Azərbaycan nefti 76 dollara düşdü...

25.06.2026 / 09:55
Vaşinqtonda azərbaycanlıların etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçirildi

25.06.2026 / 09:36
Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir

25.06.2026 / 09:23
ABŞ İrana ərzaq satacaq, pulunu da dondurulmuş hesablardan çıxacaq - Tramp İran vəsaitlərindən bəhrələnməyin yolunu tapdı...

25.06.2026 / 09:15
Leyla Əliyeva “Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günündə iştirak edib - FOTO

25.06.2026 / 09:08
Mərkəzi Bank kredit götürmək qaydalarını dəyişir...

25.06.2026 / 08:32
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salındı

25.06.2026 / 07:22
Ukrayna müharibəsi Belarusa sıçraya bilər - Səbəb “reduktorlar”(?)…

24.06.2026 / 23:16
ABŞ İranla anlaşdı, təzminatı isə Körfəz ölkələrinin üzərinə qoyuldu - Qətər: “300 milyardı biz ödəyə bilərik”

24.06.2026 / 23:03
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət edildi...

24.06.2026 / 22:57
Büdcəmizin debitor borcu 7 milyardı aşır - Palatanın göstərdiyi səbəb əslində “həyəcan təbilidir”...

24.06.2026 / 22:15
Ukrayna dronlarnın Rusiyanı üstələməsinin səbəbi bilindi - Çin ikibaşlı oynayır...

24.06.2026 / 21:56
Çexiyanın prezidenti ilə baş naziri NATO zirvəsinə getmək üstündə bir-birini qırır...

24.06.2026 / 21:43
Əfsanələrə ilham verən qədim şəhər Troya - FOTO

24.06.2026 / 21:07
“Dahilərin görüşü” -Nizami və Əcəmi kompozisiyanın izahı...

24.06.2026 / 20:59
CHP mərkəzi ofisi Kılıçdaroğlu tərəfdarlarının üzünə bağlandı - gənclər barrikada qurdu…

Dövlət qulluğu statusu-dövlətçilikdə Azərbaycan brendi...

XƏBƏR ARXİVİ