Xəbər verildiyi kimi, ABŞ və İran nümayəndə heyətləri ötən həftə İslamabad şəhərində görüşdülər, lakin 21 saatdan sonra heç bir razılığa gələ bilmədən masadan ayrıldılar. ABŞ İranın şərtləri qəbul etmədiyini açıqladı, İran isə onları "qəbuledilməz" adlandırdı. Danışıqlardan sonra həm ABŞ, həm də İran sərt mesajlar verdilər.
Bu arada, "Wall Street Journal" qəzeti tərəflər arasında diplomatiya qapılarının hələ də açıq qaldığını və bir neçə gün ərzində ikinci danışıqlar raundunun keçirilə biləcəyini irəli sürüb.
Qəzeti region ölkələrinin ABŞ və İranı danışıqlar masasına qaytarmağa çalışdığını bildirib. Danışıqlarda əsas fikir ayrılığı Hörmüz boğazının heç bir ödəniş tələb olunmadan yenidən açılması, İran uranının gələcəyi və dondurulmuş İran aktivlərinin azad edilməsi ilə bağlıdır.
İran rəsmilərinin az miqdarda uran zənginləşdirməsinin davam etdirilməsi və ya mövcud uran ehtiyatlarının azaldılması ilə bağlı təkliflər irəli sürdüyü bildirilsə də, tərəflər ortaq məxrəcə gələ bilməyiblər.
ABŞ-ın vitse-prezidenti Vens İslamabadda İranla birbaşa danışıqların "razılaşma olmadan" başa çatdığını açıqlamışdı. İran mediası isə İslamabadda Tehran-Vaşinqton danışıqlarında ortaq bir çərçivə və razılaşmanın əldə edilə bilməməsinin səbəbinin ABŞ-ın radikal tələbləri ilə əlaqəli olduğunu irəli sürüb.
Tahir TAĞIYEV