Türkiyənin Şanlıurfanın Siverek rayonundakı Ahmet Koyuncu Anadolu Peşə Liseyində silahlıinsident baş verib. Liseyin şagirdi məktəb binasının içərisində nizamsız şəkildə ətrafa atəş açıb.
İlkin məlumatlara görə, insident zamanı 10-u şagird, 4-ü müəllim, 1-i polis və 1-i bufet işçisi yaralanıb.
Şanlıurfa valisi Hasan Şıldak hücum edən şəxsin ov tüfəngi ilə silahlandığını və atışmadan sonra intihar etdiyini bildirib.
Liseydə 16 nəfəri yaraladıqdan sonra intihar edən 2007-ci il təvəllüdlü Ömər Ketin aktı törətməzdən əvvəl sosial şəbəkədə bununla bağlı paylaşım etdiyi ortaya çıxıb. Türkiyə mediası yazır ki, hadisəni törədən şagird liseyin rəsmi "Instagram” səhifəsində şərh bölümündə bu sözləri yazıb: “Hazır olun, bu məktəbə bir neçə gündən sonra hücum olacaq, hazır olun”.
Başqa bir paylaşımda isə məktəb direktorunun fotosunun altında "Hücum günü 50 nəfərdən birincisi sən olacaqsan müdir" yazıldığı ortaya çıxıb.
Tahir TAĞIYEV