şənbə günü, 26 sentyabr 2026
     

Qarabağı tanıyan nə Putindir, nə də Paşinyan - 1992- ci ildə ilk dəfə "O " tanıdı...

Image


Ermənistan və Rusiya media seqmentində son dövrlərdə Nikol Paşinyan ilə Vladimir Putin arasında keçirilən görüş və bu görüş fonunda Qarabağ məsələsinin hüquqi-siyasi aspektləri hələ də geniş şəkildə müzakirə olunur. Xüsusi diqqət mərkəzində olan mövzulardan biri Qarabağın ilk olaraq kim tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlıdır.

Həmin görüşdə Putin Paşinyana " Sizin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağınız münaqişənin xarakterini dəyişdi və KTMT ölkələrin daxili işinə müdaxilə etməməyi qərara aldı" dedi. Paşinyan isə cavabında " bizə qədər Qarabağı Azərbaycan ərazisi kimi iki dəfə siz tanldınız" kimi kəskin cavab verdi. Lakin bu mübahisədə həm Putinin , həm də Paşinyanın çox ciddi səhvi var. Belə ki, müzakirələrdə tez-tez unudulan və ya məqsədli şəkildə kölgədə saxlanılan mühüm məqam beynəlxalq hüququn bu məsələyə artıq 1990-cı illərin əvvəllərində aydın və birmənalı münasibət bildirməsidir.
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra qısa müddət ərzində beynəlxalq aləm tərəfindən tanınmağa başladı. 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edilən Azərbaycan keçmiş Sovet İttifaqı dövründə mövcud olmuş inzibati sərhədləri daxilində tanındı. Bu fakt beynəlxalq hüququn əsas prinsiplərindən biri olan “uti possidetis juris” prinsipinə əsaslanır ki, bu prinsipə görə yeni yaranan dövlətlər əvvəlki inzibati sərhədlər çərçivəsində tanınır. Bu prinsip beynəlxalq hüquqda dövlətlərin sərhədlərinin sabitliyini təmin edən fundamental mexanizmlərdən biri hesab olunur və xüsusilə dekolonizasiya və postsovet məkanında dövlət quruculuğu proseslərində geniş tətbiq olunub. Prinsipin mahiyyəti ondan ibarətdir ki, keçmiş inzibati sərhədlər müstəqil dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri kimi qəbul edilir. Bu baxımdan, Azərbaycanın ərazi bütövlüyü məsələsi heç vaxt mübahisə predmeti olmayıb. Qarabağ regionu da daxil olmaqla, ölkənin bütün ərazisi beynəlxalq hüquqa görə Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edilib. Bu mövqe yalnız ayrı-ayrı dövlətlərin siyasi bəyanatları ilə deyil, həm də beynəlxalq təşkilatların rəsmi sənədləri ilə təsdiqlənib. Xüsusilə BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul olunmuş 822, 853, 874 və 884 saylı qətnamələr bu məsələdə həlledici rol oynayır. Həmin qətnamələrdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bir daha təsdiqlənir, işğal olunmuş ərazilərdən erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması tələb olunur. Bu sənədlər beynəlxalq hüquqi baxımdan ən yüksək səviyyəli qərarlar sayılır və onların icrası bütün üzv dövlətlər üçün məcburi xarakter daşıyır.

Bütün bunları nəzərə aldıqda, “Qarabağı kim ilk olaraq Azərbaycanın tərkib hissəsi kimi tanıdı?” sualı əslində yanlış qoyulmuş sualdır. Çünki bu tanınma məsələsi artıq 1990-cı illərin əvvəllərində beynəlxalq hüquq çərçivəsində həll olunmuşdu. Ayrı-ayrı dövlətlərin və ya liderlərin sonrakı dövrlərdə verdiyi bəyanatlar yalnız mövcud hüquqi reallığın siyasi təsdiqi və ya gecikmiş etirafı kimi qiymətləndirilə bilər. Prosesin kulminasiya nöqtəsi isə 2022-ci il oktyabrın 6-da qəbul edilən Praqa Bəyanatı oldu. Çünki Praqa Bəyanatı ilə tərəflər beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqliklərini təsdiqləyiblər. Bu prinsiplər isə münaqişənin yenidən açılmasını istisna edir. Bu baxımdan, məsələni yenidən münaqişə kimi təqdim etmək cəhdləri yalnız siyasi ritorika səviyyəsində qalır. Qarabağ münaqişəsi bitib, münaqişə tərəfləri olan Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı olaraq tanıyıb, sərhədlərin delimitasiyası və demarkasiyası aparılır, sülh sazişini paraflanıb, iki ölkə arasında münasibətlərin, o cümlədən iqtisadi münasibətlərin bərpası istiqamətində mühüm addımlar atılır, yekun sülh sazişinin bağlanması üçün lazımı işlər görülür. Son illərdə Nikol Paşinyan tərəfindən səsləndirilən və Azərbaycanın ərazi bütövlüyünün, o cümlədən Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasını ehtiva edən bəyanatlar da məhz bu kontekstdə dəyərləndirilməlidir. Bu, yeni bir hüquqi vəziyyət yaratmır, sadəcə beynəlxalq hüququn artıq mövcud olan normalarının siyasi səviyyədə qəbul və etiraf edilməsidir. Digər tərəfdən, bu mövzunun Rusiya mediasında müzakirəsi də müəyyən geosiyasi məqsədlərlə əlaqələndirilə bilər. Rusiya regionda təsir imkanlarını qorumağa çalışdığı üçün bu kimi məsələlərin interpretasiyası bəzən siyasi maraqlara uyğun şəkildə təqdim olunur. Lakin fakt dəyişməz olaraq qalır: Qarabağ beynəlxalq hüquqa görə həmişə Azərbaycanın tərkib hissəsi olub. Burada bir mühüm məqamı da qeyd etmək lazımdır ki, beynəlxalq hüquqda tanınma prosesi dövlətlərarası münasibətlərdə vacib rol oynasa da, ərazi bütövlüyü məsələsi fərqli kateqoriyaya aiddir. Əgər bir dövlət beynəlxalq təşkilatlar tərəfindən müəyyən sərhədlərlə tanınırsa, həmin sərhədlər daxilində olan ərazilərin statusu ayrıca müzakirə mövzusu ola bilməz. Bu, beynəlxalq sistemin sabitliyi üçün əsas prinsiplərdən biridir. Bu reallığı nəzərə almadan aparılan hər hansı müzakirə isə ya məlumatsızlıqdan, ya da məqsədli şəkildə faktların təhrif edilməsindən irəli gəlir. Ona görə də məsələyə obyektiv yanaşmaq üçün emosional və siyasi ritorikadan uzaq duraraq beynəlxalq hüququn mövcud normalarına əsaslanmaq vacibdir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ