çərşənbə günü, 23 sentyabr 2026
     

Avropada faşist düşərgələri, Qarabağda erməni həbs-işgəncə “düşərgələri”...

Image


Məhərrəm Zülfüqarlı: “Əgər nazirlik bu ideyanı gerçəkləşdirərsə erməni faşizmini, onların törətdiyi cinayətləri dünyada ifşa edən muzeylərin yaradılması tezləşə bilər”

Erməni faşizmi alman faşizmdən daha dəhşətlidir, daha ağrılı, daha qanlıdır. Erməni faşizmi, yaxud “Njdeizm” xüsusi ilə etnik təmizləməyə və terrora köklənmiş bir ideologiyadır. Bu mənfur ideologiyadan türk xalqı, xüsusən də azərbaycanlılar böyük əziyyətlər çəkib, faciələr yaşayıb.

Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürdükləri azərbaycanlıların başlarına gətirdikləri müsibətləri nə yer, nə də göy qəbul edər. Yer altında gizli əsir düşərgələri, qaranlıq zirzəmilər o acı hadisələrin şahididir. Torpaqlarımız işğaldan azad olunduqdan sonra nəinki biz, eləcə də bütün dünya erməni faşistlərinin cinayətlərini gördülər. Azad ərazilərimizin hər yerində ermənilərin insanlarımıza işgəncə verdiyi yeraltı məkanlar, türmələr var.

Çox maraqlıdır ki, bu gün Avropa ölkələrinin bir çoxunda faşist Almaniyasının dövründən əsir düşərgəsi kimi istifadə olunmuş yerləri saxlayırlar və onları muzeyə çevirirlər. Lap elə bu günlərdə Strasburqun yaxınlığında mövcud olmuş bir faşist düşərgəsini muzey kimi bərpa etməyə başlayıblar. Bu olduqca diqqət çəkən məsələdir. Yəni insanlar o muzeyə gəlsinlər və faşistlərin insanlara necə işgəncə verdiyini görsünlər.

Qeyd etdiyimiz kimi Qarabağda və Şərqi Zəngəzurda da erməni faşistlərinin işgəncə, qanunsuz həbs yerləri ilə bağlı çoxlu faktlar ortaya çıxıb. Yerin altında xüsusi işgəncə yerlər düzəldiblər, gün işığı düşməyən zirzəmilərdə insanları aylarla, illərlə saxlayıblar, onlara amansız işgəncələr veriblər.

Bu baxımdan erməni faşistlərinin Qarabağ və Şərqi Zəngəzur ərazisində etnik azərbaycanlılara milli düşmənçilik zəminində xüsusi işgəncə verdiyi yerlərinin muzeylərə çevrilməsi məsələsi aktuallaşıb. Bu yerlərin canlı muzeylərə çevrilməsi vaxtı çoxdan gəlib çatıb, hətta deyərdik ki, bu məsələdə gecikirik. Əgər avropalılar 80-85 il bundan əvvəl alman faşistlərinin həbs, əsir düşərgələri kimi istifadə etdiyi məkanları muzeyə çevirib faşizmin nə qədər qorxulu, dəhşətli bir ideologiya olduğunu unutmurlarsa, biz də erməni faşistlərinin xalqımıza qarşı etdiyi cinayətləri, qeyri-insani hərəkətləri unutmamalıyıq. O işgəncə yerlərini muzeylərə çevirməliyik ki, dünya erməni faşiziminin alman faşizimindən də dəhşətli olduğunu görsünlər. Onu da görsünlər ki, illərdir arxasında durduqları erməni faşistləri etnik zəmində azərbaycanlılara qarşı nələr edib.

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a bildirdi ki, bu olduqca aktual məsələdir.

M.Zülfüqarlı qeyd etdi ki,1933-cü ildə Almaniyada hakimiyyətə gəlmiş Nasional Sosialist Partiyasının həm alman xalqına, həm də bəşəriyyətə qarşı törətdiyi cinayətlər hələ də unudulmayıb. M.Zülfüqarlının sözlərinə görə, faşistlərin İkinci Dünya müharibəsində məğlubiyyətindən sonra onların cinayətlərini gələcək nəsillərə çatdırmaq Avropada bu cür muzeylər yaradılır. “Faşistlərin yaratdığı əsir düşərgələrində insanlara verdikləri işgəncələri, insanları diri-diri krematoriyalarda yandırdıqlarını müasir insanların görməsi üçün muzeylər yaradıldı. Müharibədən sonra alman faşizmini alman xalqı nifrətlə yad edir, yeni nəsil almanlar onların cinayətlərini etiraf edirdilər. Bu da alman faşiziminin dünya ictimaiyyətinə çatdırılmasında müsbət rol oynayırdı. Ona görə də indi Almaniyada və Avropanın digər yerlərindəki alman faşist düşərgələri, konslagerlər muzeylərə çevrilir. Bu cinayətlər insanlara çatdırır ki, gələcəkdə belə hallar olmasın.

Erməni faşizminin də Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri dünya ictimaiyyətinə çatdırmaq üçün muzeylərin yaradılması aktual məsələdir. Amma erməni xalqı da alman xalqı kimi erməni faşizmini, onların qanlı cinayətlərini pisləməlidir və bunu törədənləri lənətləməlidir. Bu muzeylərin yaradılması erməni faşizminin dünyada tanıdılmasında mühüm rol oynaya bilər. Ermənilərin azərbaycanlılara ən çox işgəncə verdiyi həbsxanalardan biri Şuşa həbsxanası olub. Hesab edirəm ki, Şuşa həbsxanasını muzeyə çevirmək olar, bu vacibdir. O həbsxanada insanlar ən ağır işgəncələrə məruz qalıblar. Oradan sağ qurtarmış insanların xatirələri əsasında o muzeyə məlumatlar toplamaq, onların video çıxışlarını qoymaq olar.

Çünki ən başlıca faktlar məhz o sağ qalan şahidlərdir. Bundan başqa, Qarabağın digər ərazilərində olan zindanlar, həbsxanalardır ki, orada insanlara qarşı törədilən vəhşilikləri əks etdirən şəkillərin, sənədlərin toplanması vacibdir. Bu ona görə vacibdir ki, gələcək nəsillər erməni faşizmini unutmasınlar. Hər bir dağıdılmış qəsəbədə, kənddə də belə muzeylər yaratmaq lazımdır. Yəni kəndlər, qəsəbələr bərpa olunarkən mütləq o xarabalığın bir hissəsi saxlanmalıdır və gələcəkdə insanlar görsünlər ki, erməni faşistləri insanlara qarşı necə cinayətlər törədiblər”.

M.Zülfüqarlının fikrincə, ermənilərin vandalcasına dağıtdığı məscidlər bərpa olunarkən onun müəyyən hissəsini saxlamaq lazımdır. “Mən məsələni deyim ki, ermənilər Lalayanın rəhbərliyi ilə 1918-ci ilin mart soyqırımlarında Şamaxıda Qafqazın ən qədim məscidlərindən biri olan Cümə məscidində insanları diri-diri yandırmışdılar. İndi həmin məscid təmir olunsa da, o yanğını əks etdirən epizod qalır. Yanğından qalan hiss tavanda saxlanılıb və oraya gələn turistlərə həmin faciənin izini göstərirlər. Bax, bu bir nümunədir və gələcəkdə də erməni faşizminin törətdiyi cinayətlərin izlərini beynəlxalq ictimaiyyətə, ora gələn turistlərə göstərmək üçün bu cür muzeylərin yaradılmasına böyük ehtiyac var. Hesab edirəm ki, bu işin görülməsini ölkə rəhbərindən, Prezidentdən gözləmək lazım deyil. Bu Mədəniyyət Nazirliyinin işidir və onlar təşəbbüslə çıxış eləməlidirlər. Bir vətənpərvər kimi bu işi öz öhdələrinə götürüb həll eləməlidirlər. Əgər nazirlik bu ideyanı gerçəkləşdirərsə erməni faşizmini, onların törətdiyi cinayətləri dünyada ifşa edən muzeylərin yaradılması tezləşə bilər. Gələcəkdə də bütün dünya bilər ki, Azərbaycanda separatizmi dəstəkləyən qüvvələrin köməyi ilə ermənilər hansı vəhşilikləri törədiblər. Bir daha təkrarlayıram, bu vəhşilikləri, cinayətləri də birinci növbədə erməni xalqı qınamalıdır. Həmin cinayətləri, cinayətkarları bilavasitə erməni xalqı da lənətləməlidir ki, Qafqazda gələcəkdə möhkəm sülh əldə oluna bilsin”-deyə M.Zülfüqarlı bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

22.09.2026 / 13:22
Daşkəsəndə narkotiklərin satışı ilə məşğul olan şəxs saxlandı

22.09.2026 / 13:15
Qafqaz Albaniyasının möhür və damğaları

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ