şənbə günü, 26 sentyabr 2026
     

“Biz dünyadan köçüb getsək də, övladlarımız əbədi yaşayacaq” - şəhid anasından kövrək mesaj...

Image


Torpaq o oğulları qoltuğunun altında saxlaya bilməsə də, bir övlad kimi onları qoynuna aldı. Şəhidlər Vətən, Vətən də şəhidlərin ünvanına çevrildi. Bir insan şəhid olursa onunla bərabər ata-anası, yar-yoldaşı da mənən şəhid olur. Azərbaycanın elə nöqtəsi yoxdur ki, oradan canını Vətən yolunda fəda edən oğullar olmasın. Abşeron və Sumqayıt oğulları da Vətənin dar günündə qılıc kimi qınından sıyrılıb torpaqlarımızın müdafiəsinə qoşuldular, gözə göz, dişə diş, qisasa qisas aldılar...

30 ildən çoxdur ki, Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası Azərbaycanın qəhrəman oğul və qızlarının, şəhid oğullarının, müqəddəs amallar uğrunda həlak olan insanlarının xatirəsini əbədiləşdirmək missiyasını yerinə yetirir. Bu missiyanı ehtiva edən onlarla kitab, cildliklər hazırlanıb və şəhid ailələrinə, ölkə ictimaiyyətinə təqdim edilib. "44 gün – Tarixi zəfər" IV cildliyi redaksiyanın ərsəyə gətirdiyi ən qiymətli nəşrlərdəndir.

Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası "44 gün – Tarixi zəfər" adlı çoxcildliyin IV cildinin təqdimatını Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt şəhəri və Abşeron rayonundan olan şəhid ailərinə təqdim etdi.

"44 gün – Tarixi zəfər" adlı çoxcildliyin IV cildində Sumqayıt şəhəri və Abşeron rayonundan olan cəsur

Vətən oğulları haqqında əlifba sırası ilə ensiklopedik məlumatlar yer alıb.

Təqdimat mərasiminində Sumqayıt şəhər İcra hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Tərlan Hacı-zadə, Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri, Sumqayıt və Abşeron rayonundan olan şəhid ailələrinin üzvləri iştirak edirdilər.

Təqdimat mərasimi şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra dövlət himnimiz səsləndi. Ardınca Redaksiyanın ərsəyə gətirdiyi "Vətən daşı... və ya 44 günün dastanı" adlı layihə əsasında çəkilən və şəhid Vüsal Şükürova həsr olunan sənədli film təqdim olundu.

Sumqayıt şəhər İcra hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Tərlan Hacı-zadə çıxış edərək bildirdi ki, Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi bu nəşr şəhidlərimizin adının əbədiləşdirilməsinə verilən böyük töhfədir. Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısının göstərişi ilə Sumayıt şəhərindəki Şəhidlər Xiyabanın yenidən qurulduğunu deyən T.Hacı-zadə vurğuladı ki, Şəhidlər Xiabanında 528 şəhid uyuyur: "Sumqayıt təkcə kimyaçılar və gənclik şəhəri deyil, həm də qəhrəmanlığa ünvan olan şəhərdir. Vətən müharibəsində Sumqayıt 117 şəhid verib".

Şair-publisist Rəfail Tağızadə bildirdi ki, Xatirə Kitabı Redaksiyası öz üzərinə düşən missiyanı layiqincə həyata keçirir və bu böyük işlər kiçik, lakin fədakar kollektivin əməyi, zəhməti hesabına başa gəlir: "Biz hamımız ölüb gedəcəyik, amma şəhidlər əbədi yaşayacaqlar".

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova

isə çıxışında bildirdi ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamə və həyatımız üçün mühüm hadisədir. "Respublika Xatirə Kitabında əsasən, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar cildlərə salınır, bugünkü və gələcək nəsillər üçün tarixi hadisə kimi xarakterizə edilir.

Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. Əbəs yerə bu kitabı yaddaşımızın abidəsi adlandırmırıq. Çünki bu kitabda tarixin səs-sədası, milli kimliyimiz örnək nüanslar kimi səciyyələnir və burada "Heç kim unudulmur, heç nə yaddan çıxmır!" prinsipi əsas götürülür.

Redaksiyamız 1941-45-ci illər Böyük Vətən mühari­bəsində həlak olan və itkin düşən Azərbaycan övladları haqqında məlumatların axtarışını və toplanmasını mütəşəkkil qaydada təşkil edib və bu münasibətlə on altı cilddə A hərfindən Z hərfinə qədər adları keçən şəhidlər haqqında kitab nəşr etdirib. Çoxcildliyin əlavələrdən ibarət on yeddinci cildi də artıq çapdan çıxıb.

Redaksiyanın çap etdirdiyi "Qələbə-75 və "Qələbə-80: Azərbaycan xalqının mübarizə əzmi" xüsusi buraxılışları da bu qəbildəndir.

Redaksiya bu silsilə üzrə eləcə də "Tarixin qan yaddaşı", "223-cü Qırmızı Bayraqlı Belqrad Diviziyası", "Gözlə məni, ana", "Vətənin şöhrətini ucaldanlar" və s. kitablar dərc etdirib.

Redaksiyanın Azərbaycanın Milli Qəhrəmanları haqqında dərc etdirdiyi kitab da bu işin davamı kimi təzahür edir.

2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə birlikdə daha mə­suliyyətli bir araşdırmaya başlayıb. Aparılan iş birliyinin məqsədi Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Azərbaycanın əzəli və əbədi torpağı olan Dağlıq Qarabağ və ətraf rayonlara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı talelərinin araş­dırılması işi əsas prioritet kimi qəbul olunub. Redaksiya bununla bağlı iki dildə (Azərbaycan və ingilis dilində) 4 cilddə kitab nəşr etdirib, orada itkin düşmüş və girov götürüldüyü ehtimal olunan vətəndaşlarımızın acı taleyi əks olunub.

RespublikaXatirə Kitabı Redaksiyası ümummilli liderin 100 illiyi ilə əlaqədar "2023-cü il – Heydər Əliyev İli"ndə "Heydər Əliyev Xatirə kitabının yaradıcısıdır" adlı kitab nəşr etdirib. Bu kitab qüdrətli dövlət başçısı, dövlətimizin rəmzi, dövlətçiliyimizin, Konstitusiyamızın və qanunlarımızın qarantı Heydər Əliyevə tərəfimizdən bir vəfa borcudur. 7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində həmin kitabın təqdimatı keçirilib".

N.Məmmədova qeyd etdi ki, redaksiya həmçinin, "Bakı Xəbər" qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə 10 kitab nəşr etdirib, həmin kitabların təqdimatını keçirib. Layihə üzrə işlər davam etdirilir. "Redaksiya, eyni zamanda, "Vətən daşı... və ya 44 günün dastanı" adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlər geniş ictimaiyyətə təqdim olunub.

Respublika Xatirə Kitabı Redaksiyası Vətən uğrunda qəhrəmanlıqla həlak olan, xalqımıza tarixi zəfər bəxş edən cəsur oğulların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə "44 gün – Tarixi zəfər" adlı 4 cilddə kitab nəşr etdirib, onların təqdimatlarını keçirib. Bu kitablar Azərbaycanın hər yerində şəhid ailələrinə çatdırılıb.

Hazırda sizinlə bu möhtəşəm zalda "44 gün – Tarixi zəfər" adlı çoxcildliyin IV cildinin təqdimatına toplaşmışıq. Bu cilddə Sumqayıt şəhəri və Abşeron rayonundan olan cəsur Vətən oğulları haqqında əlifba sırası ilə ensiklopedik məlumatlar yer alıb.

Respublika Xatirə Kitabı yaddaşımızın tarix salnaməsidir və redaksiya hazırda dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı altında bugünkü və gələcək strateji işlə­rini də eyni məhəbbət və həvəslə davam etdirmək üçün əzmlə çalışır.

Xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları – öz canlarını Vətən üçün fəda edən, şərəf tariximizi yazan şəhid oğullar daim yaddaşımızda yaşayacaq, xatirələri həmişə bizə əziz olacaq. İllər, qərinələr ötəcək, onlar heç vaxt unudulmayacaqlar.

Sağlamlıqlarını itirmiş qazilərimiz də bizim fədailərimizidr, onların hünəri ilə bu gün başımızın üstündə nikbin bir səma pərvaz edir.

Bundan sonra qarşımızda duran əsas vəzifələrdən biri Respublika Xatirə Kitabı Redaksiyasının gələcəkdə görüləcək işlərə daha məsuliyyətlə yanaşmasıdır. Redaksiya Birinci Qarabağ müharibəsində həlak olmuş şəxslərin adlarının əbədiləşdirilməsi istiqamətində yeni layihə hazırlayıb, bu işi gələcək nəsillərə ötürmək, kitabın gələcək uğurunu, gələcək taleyini müəy­yənləşdirmək istiqamətində atılacaq addımlara prioritet yanaşır".

Baş redaktor son olaraq redaksiyanın belə bir tədbir keçirməsinə yaratdığı şəraitə görə Sumqayıt şəhər və Abşeron rayon İcra Hakimiyyətlərinə və əziyyəti keçən hər kəsə təşəkkürünü bildirdi.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı çıxış etdi və Rəfail Tağızadənin "Şəhidim" şeirini ifa etdi.

Şəhid Vəli Vəliyevin atası Kamran Vəliyev çıxış edərək bildirdi ki, Xatirə Kitabı Redaksiyanın gördüyü bu işlər onalara böyük təsəllidir: "Çox sağ olun ki, oğullarımızı yaşadırsınız".

Şəhid Pərvin Təhməzovun anası Əsli Təhməzova şəhid övladlarının əbədiyyən yaşayacağına inamları tamdır: "Dünyada ən gözəl yol bizim oğullarımızın yoludur. Onlar bu yolla gedib şəhidlik zirvəsinə ucaldılar. Biz dünyadan köçüb getsək də, övladlarımız əbədi yaşayacaq. Nəzakət xanım, bizim qəhrəman oğullarımızı yaşatdığınız üçün çox sağ olun".

Şəhid Elnur Səmədovun həyat yoldaşı Aynur Səmədova, şəhid Rəsul Sadıqovun nənəsi Səkinə Sadıqova da çıxışlarında şəhidlərimizin xatirəsinin kitablarda əbədiləşdirilməsinin onlar üçün böyük təsəlli olduğunu və bu kitabların gələcək nəsillər üçün örnək olduğunu dedilər.

Tədbirin sonunda "44 gün-Tarixi zəfər" çoxcildliyinin IV cildi şəhid ailələrinə təqdim edildi və xatirə şəkilləri çəkildi.

Hər şəhid bir qəhrəmandır!

İradə SARIYEVA

Sumqayıt-Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ