şənbə günü, 26 sentyabr 2026
     

Bir örtükdən daha artıq: Kəlağayı İpəkdə yazılan tarix- Nigar Həziyeva ilə söhbət - MÜSAHİBƏ

Image


Qadın- tarix boyu yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin yaddaşını daşıyan bir varlıq kimi mövcud olub. O, bir tərəfdən ana, digər tərəfdən yaradıcı, qoruyucu və ötürücüdür. Məncə, qadının rolu təkcə sosial çərçivələrlə ölçülə bilməz, çünki o, həm də milli kimliyin, mənəvi dəyərlərin və mədəni irsin ən incə, lakin ən möhkəm dayaqlarından biridir. Elə bu səbəbdəndir ki, hər bir xalqın özünəməxsusluğunu qoruyub saxlayan elementlər arasında qadın obrazı xüsusi yer tutur. Düşünürəm ki, bu baxımdan Azərbaycan qadını həm tarixdə, həm də bu gün öz missiyasını qətiyyətli şəkildə davam etdirir.
Azərbaycan mədəniyyətində qadının simvolik ifadələrindən biri də kəlağayıdır. İlk baxışda sadə bir baş örtüyü kimi görünə bilər, amma əslində o, bir xalqın estetik düşüncəsinin, həyat tərzinin və dünyagörüşünün incə qatlarını özündə cəmləyən nadir mədəni irs nümunəsidir. Məncə, kəlağayı yalnız bir aksesuar deyil, o, qadının daxili aləmini, zərifliyini və eyni zamanda gücünü ifadə edən bir simvoldur. Onun rəngləri, naxışları, bağlanma forması belə müəyyən mesajlar ötürür, qadının yaşını, statusunu, hətta bəzən əhvalını belə ifadə edə bilir. Düşünürəm ki, müasir dövrdə qloballaşmanın təsiri ilə bir çox milli dəyərlər ya arxa plana keçir, ya da unudulmaq təhlükəsi ilə üz-üzə qalır. Belə bir zamanda kəlağayı kimi elementlərin yaşadılması və yenidən aktuallaşdırılması xüsusi əhəmiyyət daşıyır. Çünki bu, sadəcə keçmişə bağlılıq deyil, həm də gələcəyə ötürülən kimlik məsələsidir. Milli irsi qorumaq onu muzey vitrininə qoymaq demək deyil, əksinə, onu gündəlik həyatın bir hissəsinə çevirmək, yeni nəfəs vermək və yeni nəsillərə sevdirə bilməkdir. Məhz bu nöqtədə fərdi təşəbbüslər və yerli brendlər ön plana çıxır. Düşünürəm ki, bu gün Azərbaycan gəncliyinin, xüsusilə qadınlarının milli dəyərlərə yeni baxış bucağından yanaşması sevindirici haldır. Onlar yalnız qorumaqla kifayətlənmir, eyni zamanda bu dəyərləri müasir dünyaya uyğunlaşdırır, yeni estetik yanaşmalarla təqdim edirlər. Bu isə həm mədəniyyətin davamlılığını təmin edir, həm də onu daha geniş auditoriyaya çatdırır.

Mövzu ilə bağlı daha ətraflı tarixçi, "Yeləni" brendinin yaradıcısı Nigar Həziyeva ilə söhbət etdik:

-Nigar xanım, kəlağayı nədir və sizin üçün nə ifadə edir və bu sənətlə yolunuz necə başladı?

- Kəlağayı mənim üçün Azərbaycan deməkdir. Kəlağayı mənim üçün mənim özüm deməkdir. Çünki mən artıq uzun illərdir- on beş ildir ki, kəlağayını təbliğ edirəm. Həm Azərbaycanda, həm də ölkədən kənarda. Hara getsəm, kəlağayı ilə gedirəm və çalışıram ki, onu səhifəmdə də bir brend olaraq-Azərbaycan xanımının örpəyi kimi təqdim edim. Mənim üçün qəbulolunmazdır kəlağayıdan əba düzəltmək. Əba Azərbaycan geyimi deyil. Ümumiyyətlə, ondan ətək tikmək, hətta xaricdə çimərlik geyimi üzərində istifadə etmək kimi hallarla da rastlaşmışıq. Təəssüf ki, bazarda qazanc məqsədilə belə təqdimatlar və satışlar olur. Amma mənim üçün kəlağayı çox müqəddəsdir. Bu sevgi məndə uşaqlıqdan yaranıb. Anamın qızılı saçları var idi və o, həmişə kəlağayı örtərdi. Yay aylarında əlimdən tutub kənddə bir nənəmgildən digərinə gedəndə səbirsizliklə gözləyirdim ki, nə vaxt o kəlağayını mən başıma örtəcəyəm. Anamın bir kəlağayısı var idi-altı nəslin qoxusunu daşıyan. Şamaxıdan gəlmişdi. Qaynanasından anama, anamdan mənə keçmişdi. Hazırda onun bir nüsxəsi Azərbaycan İncəsənət Muzeyindədir, biri də məndə. Adı "al-yaşıldır". Üzərində naxış yoxdur, amma dörd rəngin harmoniyası ilə seçilir. Mən kəlağayıda özümü gördüm. Çünki yaradıcılığa, dizayna, incəsənətə meylim var. Əsl peşəm tarixçidir və vətənpərvərlik hissi ilə birlikdə bu üçlük məndə bir Azərbaycan brendi yaratdı. Bu brenddə Azərbaycanın memarlığını, tarixini ipək üzərinə köçürərək təqdim edirəm. Məqsədim odur ki, milli dəyərimiz xaricdə də düzgün tanıdılsın. Buna görə yaratdığım hər kəlağayının "pasportu" var - iki-üç dildə məlumat verilir ki, onu alan insan bunun nə olduğunu bilsin və mənim verdiyim dəyəri o da versin.

-Kəlağayının Azərbaycan mədəniyyətindəki əhəmiyyəti və tarixi barədə nə deyə bilərsiniz? Bu ənənə bu günə necə gəlib çatıb?

-Kəlağayının yaranmasına gəldikdə, ipəkçilik Azərbaycanın müxtəlif bölgələrində inkişaf edib. Baramaçılıqdan ipək əldə olunub və ilk kəlağayılar sadəcə rənglərdən ibarət olub, naxışsız. Təbii boyalardan istifadə edilirdi. Zamanla Şamaxı, Gəncə, Şəki və İsmayıllının Basqal kəndində bu sənət daha da inkişaf etdi və naxışlar yaranmağa başladı. Hətta Basqaldan bir usta Londonda sərgidə iştirak edir. Deyir ki, kəlağayıları nümayiş etdirməyə belə imkan tapmadım-ingilis xanımlar hamısını dərhal aldılar. Sovet dövründə isə bu sənət sıxışdırıldı və tədricən azaldı. Ən çox Basqal və Şəkidə qorunub saxlanıldı. Sonralar ipək fabrikləri yarandı və bu sənət yenidən dirçəldi. Hər naxışın öz dili, öz mənası var. Məsələn, buta ana bətnini, insan yaradılışını simvolizə edir. Şirvan, Qarabağ, Şəki, Gəncə butalarının hər birinin öz anlamı var. Mən isə bu "yatmış" naxışları muzeylərdən toplayaraq yenidən canlandırıram və yeni kompozisiyalar yaradıram. Hər kəlağayım unikaldır- birində olan naxış digərində təkrar olunmur. Məsələn, Xurşidbanu Natəvanın "Gül dəftəri"ndən ilhamlanaraq hazırladığım kəlağayısında üç motiv istifadə etmişəm. Yaşıl rəngin üzərində Qarabağ atının rəngi ilə kompozisiya qurmuşam.

-Kəlağayı üzərindəki ornamentlər və rənglər hansı mənaları daşıyır? Bu simvolların dili nə deyir?

-Hazırda bir çox brend var. Hər birinin öz adı, damğası var. Əvvəllər ustalar öz işlərini imzalamaq üçün naxışın üzərinə əllərinin izini qoyurdular. Bu isə onların əl işçiliyinin bilinməsi üçün idi. Rənglər isə əsas göstərici idi. Kəlağayının dəyəri onun rəngindən asılıdır. İllər əvvəl soğan qabığı, sumaq, nar qabığı kimi təbii boyalardan istifadə edilirdi.
Kəlağayıların növləri də fərqlənirdi. "Heyratı" növü dolğun naxışlı olurdu və yalnız bəy qızları taxardı. "Yeləni" isə yasəmən rəngli çərçivəli kəlağayı idi və yeni gəlinlər istifadə edirdi. Yasəmən rəng gücün rəmzi sayılırdı. Yəni, yeni evlənən xanımlar deyirdi, artıq mən evliyəm, yanımda yoldaşım var və mən güclüyəm. Nişanlı qızlar qırmızı, 30 yaşdan sonra xanımlar isə yenə çərçivəli, amma daha soğanı rəngli kəlağayı taxardılar. Yas mərasimlərində isə qara kəlağayı bağlanırdı. Bu gün artıq rəng və texnika daha da zənginləşib. Üç, dörd, hətta altı rəngli kəlağayılar hazırlanır. Bəzilərinin hazırlanması günlərlə çəkir. Əsas məsələlərdən biri də qış kəlağayısı ilə yay kəlağayısı idi. Aralarında çox fərq var. Qış kəlağayıları çox çətinliklə hazırlanır. Mənim üçün əsas olan keyfiyyət və tarixdir. "Yeləni"-ni digərlərindən fərqləndirən öncə keyfiyyəti, sonra tarixidir, adlarıdır. Zaman keçdikdən sonra məndən bir iz qalacaq. O kəlağayılar ki, sanki hər birində Natəvan xanımın, Sara xanımın ruhları canlanırdı. Sara xatun kəlağayısını Ağqoyunlu dövlətinin bayrağının rəngi ilə yaratmışam. Üzərinə vurduğum nəbati naxışları, o dövrdə Ağqoyunlunun inşa etdiyi abidələrin naxışlarını vurmuşam. O vaxtı Ağqoyunlu dövlətində daşdan qoçlar var idi və üzərində müəyyən belə simvollar olurdu.
İrəvan kəlağayısında da Göy Məscidin ornamentlərini daxil etmişəm. Bayrağına əsasən qırmızı ağ rənglərdən istifadə etmişəm.
-"Yeləni" brendinin adı haradan gəlir və bu brendi yaratmaqda əsas ideya nə olub?"Yeləni" kəlağayısını digərlərindən fərqləndirən əsas xüsusiyyətlər nələrdir?
- Yeləni brendini yaratmaqda məqsədim Azərbaycan kəlağayısının ölkəmiz daxilində və ölkədən kənarda-digər ölkələrdə layiqincə təmsil olunmasıdır. Bizim həm ipəyimiz, həm də gözəl ornamentləri, memarlıq üslublarımız var. Eyni zamanda, tarixi türk motivlərimiz və naxışlarımız da bu irsin ayrılmaz hissəsidir. Əsas məqsədim isə Azərbaycan tarixində iz qoymuş, böyük rolları olmuş xanımları-Xurşidbanu Natəvan, Sara xatun, Möminə xatun, Həcər xanım kimi şəxsiyyətləri kəlağayı vasitəsilə təqdim etməkdir. İrəvan kəlağayısı, Qobustan kəlağayısı, inşallah, gələcəkdə "Gülnar" kompozisiyası, Oğuz boyları ilə bağlı kolleksiyalar da təqdim olunacaq.
Əsas məqsədimiz bu irsi layiqincə təmsil etməkdir. Həmçinin bizim vebsaytımız da artıq fəaliyyətə başlayıb. Deyərdim ki, kəlağayı səhifələri arasında ilk dəfə vebsaytı olan brendlərdən biriyik. Brend əslində nə deməkdir? Həm keyfiyyəti, həm də gözəlliyi ön plana çıxarmaqdır. Kəlağayı tək bir rəngdən ibarət deyil, o, zəngin və çoxqatlı bir mədəniyyət nümunəsidir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2014-cü ildə UNESCO siyahısına daxil edilib. Yəni, əlbəttə ki, UNESCO tərəfindən qorunur, amma ilk növbədə biz özümüz onu qorumalı və təmsil etməliyik. "Yeləni" adı isə əslində kəlağayının bir növünün adıdır. Yeləni-çərçivəli, haşiyəli deməkdir. Yeləni brendinin üzərindəki simvollar türk motivləridir. Bu simvollardan biri Oğuz boylarından olan Dodurğa obasının bayrağında yer alan işarədir. Ortadakı motiv isə həm Azərbaycan xalçaçılığında, həm də ümumilikdə türk xalçalarında geniş istifadə olunan "sümbül" naxışıdır. Bu isə bərəkət rəmzi kimi qəbul olunur.
Bir azərbaycanlı xanım olaraq onu deyim ki belə bir deyim var qızlar yaş aldıqca analarına bənzəyirlər. Bizim gözəl köksoyumuz var. İnsan yaşlandıqca öz kökünə soyuna qayıdır. Nə olur olsun hər azərbaycanlı kiçik qızın içində o kəlağayı sevdası var. Kimi onu klassik variantda istifadə edir, kimi yeni dövrdə yeni üslubda istifadə edir. Təbliğat çox güclü bir şeydir. Əgər biz təbliğ etsək bu irsi dəyər heç vaxt itməyəcək.
-Bu gün bazarda çoxlu kəlağayı satılır. Sizcə bu, milli dəyərin yayılmasıdır, yoxsa keyfiyyətin itməsi riski var? İnsanlar əsl kəlağayını necə ayırd edə bilər?
- Son beş ildə artıq Azərbaycanda yenidən qədimdə olduğu kimi nişanlarda, toylarda kəlağayıdan istifadə olunur. İnanıram ki, bu daha da inkişaf edəcək. Nişanlarda, toylarda kəlağayı ilə gəlinin örtülməsi həm rayonlarda, həm də Bakıda artıq istifadə olunur.
Tələbat artdıqca keyfiyyət bəzən aşağı düşür. Keyfiyyət vacibdir. Mən öz brendimdə öncə keyfiyyətin olduğunu əmin edirəm. İstəyirəm ki, kəlağayı yalnız satış obyekti yox, milli dəyər kimi qorunsun. İnanıram ki, təbliğat güclüdür. Əgər biz bunu düzgün ötürsək, bu irs heç vaxt itməyəcək. Artıq son illərdə nişan və toylarımızda kəlağayı yenidən öz yerini alır. Kəlağayı sadəcə bir örtük deyil- bu, qandan gələn bir sevgidir. Azərbaycan qadınının ruhudur. Sonda demək istəyirəm ki, gəlin bu dəyəri qoruyaq. Yanlış təqdimat görəndə susmayaq. Çünki kəlağayı bizim kimliyimizdir.

Zeynəb Mustafazadə



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ