Ermənistanın Rusiyaya münasibətini dəyərləndirən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, İrəvanın Rusiya ilə münasibətləri ilə bağlı açıqlamalarının onun hərəkətlərinə zidd olduğunu vurğulayıb.
Zaxarova bildirib ki, Rusiyaya qarşı siyasət yürüdən Ermənistanın NATO ilə yaxınlaşması narahatlıq doğurur.
Ermənistanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşmasına da toxunan Zaxarova, bu təşkilatın iqtisadi birlikdən aqressiv hərbi birliyə çevrildiyini iddia edib: "Ermənistan hökumətinin bu məsələyə yanaşması ölkələrimiz arasında qarşılıqlı faydalı strateji tərəfdaşlığı zəiflədir və İrəvanın bu tərəfdaşlıqdan əldə etdiyi faydaları itirmək riskini yaradır. Ermənistan hökumətinin Aİ ilə yaxınlaşmasını davam etdirərkən Avrasiya İqtisadi Birliyində (AİB) qalmaq yanaşması Rusiya tərəfi üçün qəbuledilməzdir. Ümid edirik ki, İrəvan praqmatik yol tutacaq".
Zaxarova bildirib ki, onlar Ermənistanın müstəqil və suveren ölkə olaraq qalmasını dəstəkləyirlər.
Rusiya Xin sözçüsü qeyd edib ki, bütün bunlar Qərbin Rusiyanı Cənubi Qafqazdan çıxmaq istəyi ilə bağlıdır: "Əksinə, Rusiya Cənubi Qafqazdan çıxmayacaq və çıxmaq niyyətində də deyil. Bu, tarixi və coğrafi səbəblərə görə mümkün deyil. Lakin Aİ və ABŞ-ın regiondakı maraqlarının nə dərəcədə ciddi və uzunmüddətli olduğu sualı açıq qalır”.
Cənubi Qafqazın inkişafına dəstəklərini iddia edən Zaxarova, bu istiqamətdə region ölkələri ilə işləməyə hazır olduqlarını bildirib.
Tahir TAĞIYEV