Daha sonra çıxış edən Ədliyyə Nazirliyinin əməkdaşı tərəfləri sakitləşməyə çağırıb. O bildirib ki, üzvlər arasında qarşıdurma yaranmamalıdır: “Biz bölünməməliyik, üzvləri qarşı-qarşıya qoymamalıyıq. Yenidən bir araya gəlməliyik. İnkişaf koordinasiyamız olmalıdır”. Nazirlik nümayəndəsi həmçinin Əli İsa Cabbarova daha çox səlahiyyət verilməsinin vacibliyini vurğulayıb:“Mən nizamnamədə bu istiqamətdə dəyişiklik edilməsini təklif etmişdim. Gəlin qarşı-qarşıya dayanmayaq, kinonu inkişaf etdirək. Bir-birimizi qıcıqlandırmayaq. Barışıq mövqeyindən çıxış edib yenidən toplaşaq. Təklifim budur. Şəfiqə Məmmədova da Əli İsa bəy də birlikdə çalışmalıdır. Əks halda, İttifaq dağıla bilər”.