İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Dannon, BMT-nin münaqişə zonalarında təcavüz və cinsi zorakılıq törətdiyinə görə İsraili "qara siyahı"ya əlavə etdiyini açıqlayıb.
X hesabında paylaşım edərək BMT-nin qərarına təpki göstərən Dannon, qərarın "siyasi" olduğunu iddia edib.
Dannon BMT rəsmilərini araşdırmalar aparmağa dəvət etməsinə baxmayaraq, xarici media Tel-Əvivin 7 oktyabr 2023-cü ildən bəri Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) rəsmilərinin həbsxanalarda saxlanılan fələstinlilərlə görüşməsinə icazə vermədiyini bildirir.
BMT münaqişə zonalarında cinsi zorakılıq hadisələri ilə bağlı hazırladığı illik hesabatını hələ dərc etməyib. İsrail mediası BMT-nin "qara siyahısı"na əlavə edilən qurumlar arasında İsrail Həbsxana Xidmətinin də olduğunu bildirir.
Tahir TAĞIYEV