şənbə günü, 26 sentyabr 2026
     

Əsgərliyə getmədən dövlət tədbirlərində “vətənsevərlikdən oxuyan” müğənnilər...

Image


Xəyalə Rəis:“Problem o zaman yaranır ki, səhnədə yüksək pafosla vətənpərvərlik nümayiş etdirən bəzi şəxslərin özlərinin hərbi xidmət keçmədiyi məlum olur”.

Müğənni Kərim Abbasovun “əsgərliyə getməyənlər dövlət tədbirində vətənpərvərlikdən oxuyurlar” fikri gündəmdə müzakirə yaradıb. “Araşdırın, görün, dövlət tədbirlərində oxuyanların hansı əsgərlikdə olub? Boş-boş oxuyursunuz "Vətən, ölərəm". Vaxtında 6 ay əsgərlik çəkməyən adamsan, sən Vətən üçün ölənsən? Bizdə özünü olmayan şey kimi göstərmək çoxdur". Bunu müğənni Kərim Abasov sosial şəbəkədə canlı yayımda deyib. Sənətçi bir çox həmkarının əsgərliyə getməməsindən danışıb. O bildirib ki, vətənpərvər mövzuda mahnı oxuyanların əksəriyyəti əsgərliyə getməyib: "Kimdə nə yoxdursa, ondan danışır. 1 il 6 ay əsgərlikdə olmuşam. Nə olsun? Gedib vətənin keşiyini çəkənlər qalıb kənarda, əsgərliyə getməyənlərin hamısı dövlət tədbirlərindədir. 1999-cu ildən 2001-ci ilə kimi əsgərlikdə olmuşam. Təzə gedən vaxtı məni o qədər döymüşdülər ki… Əməliyyatdan çıxıb əsgər getmişdim, necə döydülərsə, xəstəxanalıq oldum. İndi elə şeylər yoxdur, o vaxtlar var idi".

Kimlərdir əsgərliyə getməyib, amma dövlət tədbirlərində vətənpərvərlik mahnıları oxuyan, ekranlarda bu qəbildən olan ifalar təqdim edən? Kərim bəy niyə konkret ad çəkməyib? Kimləri nəzərdə tutub?

Kərim Abbasovun bu fikri ətrafında həm özümüz araşdırma apardıq, həm onun özünə bu istiqamətdə sual ünvanladıq, həm də ekspertin rəyini öyrəndik.

Bildirək ki, Azərbaycanda müxtəlif səbəblərdən (səhhət, hərbi xidmətə yararsızlıq, qanuni möhlət və s.) hərbi xidmətdə olmayan müğənnilərin dəqiq və rəsmi siyahısı yoxdur. Lakin bir neçə il əvvəl mətbuatda və ictimaiyyətdə adı hallanan məşhur sənətçilər arasında Abbas Bağırov və Zamiq Hüseynov hərbi xidmətdə olmadıqlarını açıqlayıblar. Bundan əlavə, media və sosial şəbəkə müzakirələrində müxtəlif dövrlərdə Faiq Ağayev, Emil Bədəlov və digər bir sıra şou-biznes nümayəndələrinin də əsgərlikdə olmadığı iddia edilib.

Mətbuatda bəstəkar-müğənni Hacı Nazimin, Müğənni Elvin Abdullayevin, Adulla Şaiq Adına Dövlət Kukla teatrının aktyoru Rəhim Rəhimovun, gənc müğənni Kamil Cəfərovun, ölkəmizi "Eurovision 2012" beynəlxalq mahnı müsabiqəsində təmsil edən və qalib olan Eldar Qasımovun, müğənnilər Yaşar Cəlilovun və Elnur Məmmədovun hərbi xidmətdə olmadıqları barədə məlumatlar yer alıb. O da yazılır ki, müxtəlif konsert proqramları ilə əsgərlərin qarşısında çıxış edən İzzət Bağırovun adı da hərbi xidmətdə olmayanların siyahısındadır.

Yazını hazırladığımız vaxt K.Abbasovdan sorğumuza cavab gəlmədi. Amma cavab verərsə yeni açıqlamasını təqdim edəcəyik.

Sənətşünas, Xpress.az saytının baş redaktoru Xəyalə Rəis baki-xeber.com-a bildirdi ki, son illərdə Azərbaycanda vətənpərvərlik mövzusu həm cəmiyyətin, həm də medianın ən həssas sahələrindən birinə çevrilib. “Xüsusilə Qarabağ müharibəsindən sonra Vətən, şəhidlik, əsgər həyatı və milli birlik haqqında mahnılar daha çox səslənir. Toylardan televiziya proqramlarına, dövlət tədbirlərindən sosial şəbəkələrə qədər hər yerdə bu ruh hiss olunur. Lakin cəmiyyət daxilində getdikcə daha çox müzakirə olunan bir sual var: “Əsgərlik etməyən bir müğənninin səhnədə vətənpərvərlikdən danışması nə qədər doğrudur?”

Bu sual əslində təkcə musiqi ilə bağlı deyil. Burada söhbət səmimiyyətdən, mənəvi məsuliyyətdən və cəmiyyətin gözləntilərindən gedir.

Musiqi tarix boyu cəmiyyətin hisslərini ifadə edən ən güclü vasitələrdən biri olub. Müharibə dövrlərində isə mahnılar insanlara motivasiya verib, birlik yaradıb və mənəvi dayaq rolunu oynayıb. Azərbaycanda da vətənpərvərlik mahnıları xüsusilə çətin dövrlərdə insanların emosional vəziyyətinə təsir göstərib.

Bu baxımdan müğənnilərin Vətən haqqında mahnılar oxuması təbii görünür. Çünki incəsənət yalnız əyləncə deyil, həm də ideya və hisslərin ötürülməsi vasitəsidir. Bir çox sənət adamı hesab edir ki, onların missiyası xalqın ruhunu diri saxlamaqdır.

Ancaq problem burada başlamır.

Problem o zaman yaranır ki, səhnədə yüksək pafosla vətənpərvərlik nümayiş etdirən bəzi şəxslərin özlərinin hərbi xidmət keçmədiyi məlum olur. Bu zaman cəmiyyətdə müəyyən suallar ortaya çıxır: Əgər Vətən bu qədər müqəddəsdirsə, niyə həmin insan vaxtilə xidmət etməyib? Əgər əsgərlikdən yayınmaq mümkün olubsa, onda bu pafos nə dərəcədə həqiqidir?

Cəmiyyət niyə buna həssas yanaşır?

Azərbaycan cəmiyyəti üçün müharibə uzaq bir mövzu deyil. Demək olar ki, hər ailənin bu müharibə ilə bir bağlılığı var — şəhid, qazi, xidmət etmiş bir övlad və ya yaxın insan.

Bu səbəbdən insanlar vətənpərvərlik mövzusunda sözlə əməl arasında uyğunluq axtarırlar. Xüsusilə döyüşə gedən gənclərlə müqayisədə bəzi məşhurların rahat həyat yaşayıb sonradan səhnədə qəhrəmanlıqdan danışması bir çox insana süni görünür.

Burada əsas məsələ əsgərlik etməməkdən daha çox, bunun necə təqdim olunmasıdır. Çünki bəzən insan sağlamlıq səbəbindən və ya qanuni əsaslarla xidmət etməyə bilər. Cəmiyyət buna müəyyən qədər anlayış göstərir. Amma əgər biri müxtəlif yollarla hərbi xidmətdən yayınıb, sonra isə efirlərdə ən böyük vətənpərvər obrazı yaratmağa çalışırsa, bu artıq inandırıcılıq probleminə çevrilir.

Vətənə xidmət yalnız silahla olmur. Həkim, müəllim, jurnalist və sənətçi də öz sahəsində ölkəyə fayda verə bilər.

Müğənnilərin vətənpərvərlik mahnıları insanlarda ruh yüksəkliyi yarada, milli birlik hissini gücləndirə və şəhidlərin xatirəsini yaşada bilər. Müharibə dövründə məhz musiqinin insanlara psixoloji dəstək verdiyini düşünənlər az deyil.

Bu yanaşmaya görə, insanın əsgərlik etməməsi onun Vətəni sevmədiyi anlamına gəlmir. Əsas olan niyyət, davranış və cəmiyyət qarşısında dürüst mövqedir”.

X.Rəis qeyd etdi ki, müasir dövrdə vətənpərvərlik bəzən şou elementinə də çevrilə bilir. Sosial şəbəkələrdə emosional çıxışlar, pafoslu videolar və xüsusi imic yaratmaq cəhdləri insanların diqqətindən yayınmır: “Cəmiyyət isə artıq görüntüdən çox səmimiyyət axtarır.

İnsanlar üçün ən təsirli vətənpərvərlik nümayişi yüksək səslə danışmaq deyil, davranışla nümunə olmaqdır. Əsgərlik etmiş bir insanın Vətən haqqında danışması daha inandırıcı qəbul edilir. Çünki onun sözlərinin arxasında şəxsi təcrübə və məsuliyyət hissi dayanır.

Bu isə o demək deyil ki, hərbi xidmət keçməyən insan danışmamalıdır. Sadəcə, belə mövzularda cəmiyyət daha çox dürüstlük və təvazökarlıq gözləyir.

Əsgərlik etməyən müğənnilərin vətənpərvərlik mahnıları oxuması hüquqi baxımdan problem deyil. Amma mənəvi və ictimai baxımdan bu məsələ həmişə müzakirə olunacaq.

Çünki Vətən mövzusu Azərbaycanda sadəcə bir söz deyil-insanların ağrısı, itkisi və qürurudur.

Bu səbəbdən cəmiyyət üçün əsas sual budur:

“İnsan səhnədə görünmək üçün danışır, yoxsa həqiqətən hiss etdiyi üçün?”

Və görünür ki, insanların qiymətləndirdiyi əsas meyar da məhz budur — səmimiyyət”-deyə X.Rəis vurğuladı.

Leyla QARAXANLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ