şənbə günü, 26 sentyabr 2026
     

İran-ABŞ danışıqlarının ŞOK DETALLARI ortaya çıxdı - 300 milyardlıq dalan... Dondurulmuş 24 milyardla bağlı "Qətər formulu"...

Image


Vaşinqton və Tehran arasında vasitəçi ölkələrin dəstəyi ilə həftələrdir davam edən atəşkəs danışıqları yeni mərhələyə qədəm qoyub. Vasitəçi ölkələrin məlumatına görə, iki ölkə arasında, xüsusən də Hörmüz boğazının gələcək statusu və milyardlarla dollarlıq dondurulmuş vəsaitlərin azad edilməsi kimi məsələlərdə fikir ayrılıqları davam edir.

Məlumatlara görə, ABŞ və İran arasında saziş layihəsində ən böyük sövdələşmə Hörmüz boğazı və milyardlarla dollarlıq maliyyələşdirmə ətrafında cərəyan edir. İran nüvə proqramını dayandırmaq və boğazı açmaq müqabilində tranzit haqqı və 300 milyard dollarlıq yenidənqurma yardımı tələb edir, Tramp isə qəti şəkildə beynəlxalq sulardan tranzit üçün heç bir ödəniş olmayacaq deyir.

“The New York Times” qəzeti yazır ki, vasitəçilər tərəfindən təqdim edilən layihə mətnində ABŞ və İran arasında ilkin olaraq 60 günlük atəşkəs nəzərdə tutulub. Bu keçid dövründə tərəflər daha əhatəli və davamlı sülh sazişi üçün danışıqları davam etdirəcəklər.

Danışıqlarda iştirak edən diplomatik mənbələr razılaşmanın regional tarazlığa birbaşa təsir edəcəyini bildirirlər. Xüsusilə, razılaşma layihəsində Livanda gərginliyin azaldılması və davam edən münaqişələrin dayandırılması nəzərdə tutulur.

Müharibədən əvvəl dünya neft və qaz daşımalarının beşdə birinin keçdiyi Hörmüz boğazı vasitəçilərin həll etməli olduğu ən həssas məsələ olaraq qalır. ABŞ mediasının məlumatına görə, müqavilə imzalanan kimi boğaz dərhal kommersiya daşımaları üçün açılacaq, lakin ABŞ-ın dəniz blokadası İranın boğazı minalardan nə qədər tez təmizləməsindən asılı olaraq tədricən aradan qaldırılacaq.

Tehran administrasiyası vasitəçilər vasitəsilə boğazın açıq qalmasını qəbul etdiyini bildirsə də, tranzit haqqından imtina etmir. Tehran bir müddətdən sonra boğazdan keçən gəmilər üçün İran və Oman tərəfindən “xidmət/tranzit haqqı” almaq hüququnu özümüzdə saxladığını bildirir. Lakin Prezident Tramp vasitəçilər tərəfindən çatdırılan bu tələbi rədd edərək, beynəlxalq su yollarının heç bir tranzit haqqı və ya rüsum olmadan hər kəs üçün tam açıq qalmalı olduğunu bildirir.

Danışıqlar layihəsinə əlavə edilən ən yeni element isə İran üçün büdcələşdirilmiş investisiya fondudur. İran tərəfi vasitəçilərə bombardmanlardan dəyən ziyanı ödəmək üçün 300 milyard dollarlıq "yenidənqurma proqramı" tələb edir. Trampın kürəkəni Kuşner isə ABŞ-ın birbaşa nağd ödənişlər etməsini siyasi intihar hesab edir. O, Trampa, sülh əldə ediləcəyi halında, Qərbin böyük enerji və neft şirkətlərinin birgə müəssisələr vasitəsilə İran bazarına daxil olmasını asanlaşdıracaq, arxasında Vaşinqton və qlobal kapitalın olacağı nəhəng bir beynəlxalq investisiya fondu yaratmağı təklif edir.

Digər tərəfdən, layihəyə görə, Tramp administrasiyasının müharibəni başlatmaq üçün əsaslandırdığı nüvə proqramı ilkin mərhələdə dondurulacaq və ətraflı danışıqlar ikinci raunda qalacaq. Məlumata görə, İran vasitəçilər vasitəsilə Vaşinqtonun sanksiyaları artırmamaq öhdəliyi müqabilində nüvə fəaliyyətini tamamilə dayandırmağa razılaşıb. Bununla belə, Tramp, silaha çevrilə bilən 970 funtluq uran ehtiyatının tez bir zamanda məhv edilməsini istəyir. ABŞ prezidenti vasitəçilərə mövcud ehtiyatların ABŞ-a təhvil verilməsi əvəzinə, beynəlxalq müfəttişlərin nəzarəti altında üçüncü bir ölkəyə göndərilməsinə razı olduğunu bildirib, lakin bu ölkə qətiyyən Rusiya və ya Çin olmamalıdır.

Bundan başqa, İran xarici banklarda bloklanmış təxminən 24 milyard dollarlıq vəsaitin azad edilməsini danışıqlar masasına oturmaq üçün ilkin şərt kimi irəli sürür.

Lakin keçmişdə Barak Obama administrasiyası tərəfindən sərbəst buraxılan nağd ödənişlərə görə ciddi daxili siyasi tənqidlərlə üzləşən Tramp komandasına ABŞ-ın İrana birbaşa nağd ödənişlər etdiyi təəssüratını yaradacaq heç bir formulu təsdiqləməyəcəyini bildirib.

Siyasi çıxılmaz vəziyyəti aradan qaldırmaq üçün Trampın komandası və vasitəçilər dondurulmuş vəsaitlərin yalnız humanitar yardım məqsədləri üçün Qətər kimi vasitəçi ölkələr üzərindən tədricən İrana köçürülməsini əhatə edən dolayı mexanizm üzərində işləyirlər.

ABŞ mətbuatında yer alan son xəbərlərə görə, layihə mətni üzərində əhəmiyyətli irəliləyiş əldə edilib, lakin hələlik yekun qərar verilməyib. Danışıqların gedişatını xüsusulə Hörmüz boğazı, sanksiyalar və İranın nüvə fəaliyyəti kimi məsələlər müəyyən edəcək.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ