Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni sədri məlum olub.
Mətbuatın yaydığı məlumata görə, səsvermənin nəticələrinə əsasən, rejissor Əli İsa Cabbarov AKİ-nin sədri seçilib.
Bununla da təşkilatın qurultayı başa çatıb. Qeyd edək ki, sədr postu uğrunda Xalq artisti Şəfiqə Məmmədova və ittifaqın katibi, rejissor Əli İsa Cabbarov mübarizə aparırdı.