28 may axşamı Odessadan Türkiyəyə quru yük daşıyan Türkiyə yük gəmisi dron hücumuna məruz qalıb. Elə həmin gün Türkiyənin Tribeca xəbər agentliyi Qara dənizdə daha üç tankerə dron hücumlarının qeydə alındığını xəbər verib.
Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, nəticədə iki heyət üzvü yüngül xəsarət alıb. "Qara dənizdə son zamanlar artan hərbi əməliyyatların bölgəmiz üçün yaratdığı risklər və təhdidlərlə bağlı narahatlığımızı bildiririk və həmçinin bütün səviyyələrdə bütün maraqlı tərəfləri ölkəmiz üçün potensial mənfi nəticələr barədə xəbərdar edirik", - Nazirliyin olayla bağlı yaydığı bəyanatda deyilir.
Türkiyə Xarici İşlər Nazirliyi tərəfləri nəzarətsiz eskalasiyaya səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
SAMİRƏ