2022-ci ilə qədər hərbi texnika və silahların xarici bazarları əsasən üzümüzə bağlanmışdı və ya Ermənistanın onlara çıxışı məhdudlaşdırılmışdı. Beynəlxalq tərəfdaşlar bizə silah verməkdən imtina etdilər, çünki onlar Ermənistanın bu silahları beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda istifadə edəcəyinə əmin idilər”.
Bu fikri Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 28-də İrəvanda keçirilən paradda səsləndirib. Paşinyan bildirib ki, beynəlxalq silah bazarı yalnız Praqada əldə edilən razılaşmalardan, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıdıqdan sonra İrəvanın üzünə açılıb.
SAMİRƏ