Rusiya Federasiyası Xarici işlər naziri Sergey Lavrov Nikol Paşinyanın, Moskva ilə əlaqələrin zəifləməsinə baxmayaraq, Ermənistanın rifahının mümkün artımı ilə bağlı fikirlərini şərh edərkən Ermənistanın baş nazirini bu vədləri əməli şəkildə dəstəkləməyə çağırıb.
Nazir Vesti-yə bildirib ki, Ermənistan liderinin açıqlamalarına şərh verə bilmir. “Əgər o, Ermənistanın varlanacağına inanırsa, qoy bunu təmin etsin"- o deyib.
Qeyd edək ki, bir müddət əvvəl Qarni şəhərində keçirilən seçki mitinqində Paşinyan ictimaiyyəti inandırmağa çalışıb ki, ölkə hakimiyyəti Rusiya ilə əlaqələrin pisləşməsi səbəbindən əmtəə qiymətlərinin artmasından qorxmur, çünki onlar Ermənistanı "dünyanın kəsişməsinə" çevirməklə varlanmağı gözləyirlər.
Xatırladaq ki, Moskva daha öncə İrəvana, Aİ-yə daxil olmaq istiqamətində irəliləməyə davam edərsə, qaz, neft məhsulları və almazların güzəştli tədarükü haqqında müqaviləni ləğv edəcəyi barədə xəbərdarlıq edib.
SAMİRƏ