İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri İbrahim Əzizi ABŞ-la danışıqlarda ölkəsinin qırmızı xətlərindən geri çəkilməyəcəyini deyib.
"İran ABŞ prezidenti Donald Trampın açıqlamalarına görə uranı zənginləşdirmək və zənginləşdirilmiş urana sahib olmaq hüququndan, Hörmüz boğazı üzərində suverenlik və sanksiyaların ləğvi ilə bağlı qırmızı xətlərindən geri çəkilməyəcək" - deyə Əzizi sosial mediada bildirib.
Əzizi Trampın strateji vəziyyətdən çıxış yolu axtardığını iddia edib: "Trampın təhdidlər səsləndirməklə razılığa gəlmək arasında tərəddüd etdiyi açıq görünür".
İranla danışıqlarla bağlı son açıqlamasında Tramp, danışıqların çox yaxşı getdiyini deyib: “İran bizə istədiyimiz şeyləri verməyə başlayır".
Tahir TAĞIYEV